Yüz veribdür mana yüz ğəm, sənəma, sən gedəli
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yüz veribdür mana yüz ğəm, sənəma, sən gedəli,Görmədim könlümi xürrəm, sənəma, sən gedəli.
Firqətündən iki çeşmüm, mənüm, Allah bilür,Giryəsiz bolmadı bir dəm, sənəma, sən gedəli.
Elə sayru düşübəm kim, mana sihhət verməz,Nəfəsi İsiyi-Məryəm, sənəma, sən gedəli.
Sən idin mərhəmi-razim mana həq vaqi’ədə,Dərdü ğəmdür mana məhrəm, sənəma, sən gedəli.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri şad idi vəslünlə, vəli qıldı fəraq,Sərü karın hame-dərhəm, sənəma, sən gedəli.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-yuz-veribdur-mana-yuz-gem-senema-sen-gedeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey məni aşüftə qılğan ənbərəfşan kakilün,Ruzigarımnı qılıb mundaq pərişan kakilün.
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.
Ruzin həmişə xürrəm, fərxəndə ruzigarınRuzin həmişə xürrəm, fərxəndə ruzigarın,Bolsun mübarək, ey gül, novruzü növbaharın.
Ol ki, can sərməsti-çeşmi-pürxumaridür anunOl ki, can sərməsti-çeşmi-pürxumaridür anun,Natəvan könlüm mənim lağər şikaridür anun.