Səhifə 11 / 12 · 83%

Bu müəşşəri-müstəzadında Zakir muğamatların bir çoxunu cinas səbkində zikr qılıbdır. Bu qisim şer deməkdə onun artıq məharəti var imiş. Onun təcnislərindən bir neçəsi aşağıda yazılacaqdır.

Qəzəliyyata gəldikdə, demək olar ki, Qövsidən sonra Zaqafqaziya şüərası arasında Zakirdən gözəl və xoşməzmun qəzəl yazanı olmayıbdır. Qəzəl yazmaqda mərhumun yədi-beyzası var imiş. Onlardan bir neçəsini oxucuların nəzəri-mərhəmətlərinə təqdim edirik ki, özləri mütaliə buyurub və qeyrilərin bu növ kəlamları ilə tutuşdurub, təşxis və təmyiz etsinlər.

Qəzəli-Zakir:

Hüsni-nigar əhli-nəzər afitabıdır,
Qoymaz, nə sud, görməyə, gisu səhabıdır.

Təbxi-qəza üçün mücəmi yandırın -- dedim,
Təbbaxi-yar tulladı kim, çubi-abıdır.

Badi-səhərlə nikhəti-zülf üstə şanənin --
Өmri-dirazdır arada inqilabıdır.

Pamal olursan, etmə sərazir, çox dedim,
Tutmadı zülf pəndimi, çəksin, əzabıdır.

Qəmzən xədənginə çəkib üşşaq bağrını,
Guya həlal mürci-şikarı kəbabıdır.

Ləb şəhdi-əngəbin, xəti-novdur sipahi-mur,
Qəd sərvi-bağ, kakili-mişkin qürabıdır.

Püstani-yardır görünən çaki-sinədən,
Ya cənnət içrə çeşmeyi-Kövsər hübabıdır?

Dün sübh şanə səxt dəyib tari-zülfünə,
Dildə hənuz şol əsərin piç-tabıdır.

Buyi-vəfa verir, necə mən ondan əl çəkim?
Gülgun sirişk bərgi-məhəbbət gülabıdır.

Gər qətli-am istəsə mücgani-çeşmi-məst,
Qövsi-qüzeh qaşın ona tiri-şəhabıdır.

Gül dəftərin tökübdü səba, zahirən bu gün
Biçarə bülbülün yenə baqi hesabıdır.

Өvraqi-ləlin açmağa etdim həvəs, dedi:
Bilməzsən onu, elmi-müəmma kitabıdır.

Saqi, şərabi-nabını get qeyrə ərz qıl!
Zakir o şux nərgisi-məstin xərabıdır.

Qəzəli-Zakir:

Dün hökm qıldı qətlimə ol şəh itab ilə,
Şad eylədi gədasını bu xoş cəvab ilə.

Olsun qara günü görəlim qanlı qəmzənin,
Өldürmәdi məni, yenə qoydu əzab ilə.

Zülfi siyahlər qəmini şam ta səhər --
Өmri-dirazdır çəkirəm piçü tab ilə.

Gündüz üzün qəmi, gecə zülfün keşakeşi,
Asayişim nə xurd ilə hasil, nə xab ilə.

Өldürmәsәn, nə sud mənə bərqi-tiğdən,
Mümkün deyil ki, sir ola təşnə sirab ilə.

Ol gül üzardə ərəqin xoş səfası var,
Türfə budur ki, saziş edər atəş ab ilə.

Zakir o şux nərgisi-məstin xərabıdır,
Ha böylə sərxoş olmaq olurmu şərab ilə?

  •  *       *       *       *       *
    

Cahan içrə mənim bir səngdil, bimehr mahım var,
Büti-peymanşikən, bir şuxçeşmi-kəcnigahım var.

Yolunda dürrlər sərf eləyibdir mərdümi-çeşmim,
Olurmu göz-gözə danmaq, iki adil güvahım var.

Nigarım zülf tək qoymaz düşəm pabusuna bir dəm,
Pərişan halım ondandır, əcəb bəxti-siyahım var!

Mənə mehrabü mənbər vəsfini təkrar edən vaiz
Utanmazmı, baxıb görsə bu surət qibləgahım var?

Könül şəhrin çapıb yəğmaladı qəm ləşkəri, Zakir,
Neçün imdad qılmaz, bəs deyirdin padşahım var?

  •  *       *       *       *       *
    

Dün eylədim nəzarə bəsi lalə dağına,
Gəlməz o dağ daği-dərunum ayağına.

Gəlmişdi bəhsə teyyi-mərahil edib günəş,
Qoydu ruxün yetən kimi eynin bucağına.

Bir pakzadi-nadirəsən, almayıb hənuz
Sən kimi tifli madəri-kiti qucağına.

Ver guşmal möhrə ki, çox xudnümalənir,
Əzbəs ki, bir pul adı dəyibdir qulağına.

Əzmi-çəmən qılıb bu gün ol sərv, qorxuram
Bərki-hənavü gül dolaşa əl-əyağına.

Өmri-dirazdır çəkirəm zülf rəncəsin,
Bir tari-muyi keçmədi könlüm darağına.

Əksi-ləbin səadətini bulmasaydı mey,
Meyl eyləməzdi hiç kəs ol qan çanağına.

Versin, nə növ hadisə üz versə Zakirə,
Müşküldü səbr yari-əzizin fərağına.

  •   *       *       *       *       *
    

Can cilvələnir qaməti-mövzunu görəndə,
Dil tazələnir arizi-dilcunu görəndə.

Zənciri-cünunə birə yüz rəğbətim artar,
Ruxsarı üzə zülfi-pürəfsunu görəndə.

Pürpiç oluram hər dəm oda düşmüş ilan tək
Ol arizi-gülnardə gisunu görəndə.

Dağıldı xiridari-qəmi-eşqin olanlar,
Bu mərdümi-çeşmim tökən altunu görəndə.

Gəlmişdim edəm mərdümi-çeşminlə müdara,
Bildim ki, düzəlməz bu iş əbrunu görəndə

Xunxarəliyi eyb deyil nərgisi-məstin,
Hər kim ola, qaynar qanı gülgunu görəndə.

Ey əhli-hünər, cəm deyil Zakir həvası,
Eyb eyləmə şerindəki məzmunu görəndə.

  •   *       *       *       *       *
    

Fəsli-bahar gəldi, könül, künci-bağ tut.
Möhnət bizi ayaqladı, bir dəm əyağ tut.

Təsbih tarını neçə gün alma dəstinə,
Dəsti-lətifi-saqiyi-simin sağ tut.

Tök cami-zərnigarə şəfəqgun badəni,
Yəni fəraq şamına rövşən çirağ tut.

Zar eyləmişdi xalqı fəğanü nəvalərin,
Bir gəz özün də nayü nəvayə qulaq tut.

Өz adətincə hər kəsə versən şərabi-nab,
Növbət mənə yetəndə, əzizim, çanağ tut.

Çək yanına təmamiyi-təqvavü taəti,
Şəbanın axirinəcən bizdən qıraq tut.

Zakir, köç eylə, mənzili-məqsudə vasil ol,
Dünyanı bir ribat, özünü bir qonaq tut!

Zakirin vəsfi-dilbər və mədhi-gözəl babında yazdığı mürəbbeat və qafiyələr Molla Pənah Vaqifin əşarı kimi açıq və sadə dildə yazılmış, təbii hissiyyatdan və dəruni zövqdən vücuda gəlmiş kəlamlardır. Onlardan bir neçəsi nümunə üçün aşağıda yazılır.

Qarabağ hakimi Mehdiqulu xanın kərimeyi-aliyəsi Xurşidbanu bəyimin naxoşluğu halında yazdığı kəlam:

Ey bürci-səltənət mahi-ənvəri,
Düşməyəsən görüm ziyadən səni!
Gecə-gündüz həqdən budur diləyim
Hifz eləsin yaman bəladən səni!

Sipehri-bərinin hilalı sənsən,
Şərafətdə mələk misalı sənsən,
Gülşəni-Xəlilin nihalı sənsən,
Barvər istərəm xudadən səni.

Məsihi çıxardan övci-əlayə,
Salan üftadələr başına sayə,
Yetmişdə İshaqı verən Sarayə,
Qurtarsın bu rəncü inadən səni.

Bəstəri-möhnətdə bixürdü bixab,
Kimdir, aya, razı çəkəsən əzab,
Ol saqiyi-Kövsər eyləsin sirab,
Əzizim, daruyi-şəfadən səni.

Çubi-Çini nədir, qibləsən, nəsən,
Təəccüb eylərəm bu əhvalə mən;
Dəstgirin olsun Hüseynü Həsən,
Fərağət olasan cəfadən səni.

Səqfi-sərayını, ey güli-novrəs,
Həddi nədir edə nişimən məkəs?
Tərcih verə gərək aqil olan kəs
İsmətdə yüz huriliqadən səni.

Tikilən evlərə atandır səbəb,
Payəndazın olsa canlar nə əcəb!
Cami-bəzmi-eyşin daim ləbaləb,
Qalmayasan zövqü səfadən səni!

Bu nə keyfiyyətdir, bu nə macəra,
Rəyincə dolanmaz təqdiri-qəza?
Pədəri-mərhumun hər sübhü məsa
Günilərdi badi-səbadən səni.

Şikəstə Zakirə veribsiz əmək,
Əmək bilməyəni kor etsin nəmək!
Neçə ki, baqidir həyatı, gərək
Unutmaya xeyir-duadən səni.

Bu kəlamdan anlaşılır ki, şairin Xurşidbanuya artıq ixlas və iradəti var imiş ki, belə xoşməzmun və gözəl şerlər ilə ol səltənət bürcünün mahi-münəvvərini tərif və tövsif qılıbdır. Xurşidbanu bəyim isə həqiqətdə nəcabət və hüsni-məlahətdən maəda elm və kəmalı ilə dəxi öz zamanının bərgüzidəsi olub, hər qisim tərifü təhsinə layiq bir vücud idi və özünün də təbi-şeriyyəsi var idi. Bir çox gözəl qəzəlləri vardır ki, öz mövqeyində onlardan bəhs olunacaqdır.

Zəmanə Zakirin yarını pərişan və digərgun etməyi barəsində:

Dün düşdü güzarım yarın kuyinə,
Dərdü qəm çövrəsin alıbdı gördüm.
Soruşdum əhvalın, cavab vermədi,
Gözləri yaş ilə dolubdu gördüm.

Ahü zar çəkməkdən yox olub varı,
Ayinəsin tutmuş möhnət qubarı;
Əyyami-xəzana dönüb baharı,
Saralıb gül rəngi, solubdu gördüm.

Kamana dönübdü qaməti-mövzun,
Əhvalını fələk edib digərgun;
Gecə-gündüz ağlamaqdan əşki-xun
Almas kiprikləri yolubdu gördüm.

Hanı ol mən görən əhmər yanaqlar,
Müsəlsəl giysular, nərmin buxaqlar?
Təravətdən düşüb qönçə dodaqlar,
Deyib-danışmaqdan qalıbdı gördüm.

Zakir, xarab olsun belə zəmanə,
Həmişə yaxşılıq verir yamanə:
Yar ilə qolboyun gəzdiyim xanə --
Dağılıbdı, bərbad olubdu, gördüm.

Yarın fəraqü həsrətində yazdığı qafiyələr:

Qadir allah bir də səbəb salaydı,
Bəyaz çəbinində tağı görəydim.
Sürtəydim üzümü gülgəz yanağə,
Siyah zülfü, tər buxağı görəydim.

Səs-səsə verəydi həzarə bülbül,
Düşəydi payinə bənəfşə, sünbül;
Xuraman-xuraman, əllərində gül
Gəzəydik hər tərəf bağı, görəydim.

Bu dövran dolanıb, zəmanə dönə,
Tarının kərəmi olaydı mənə;
Oturub səninlə dizbədiz yenə --
Deyib, gülüb, danışmağı görəydim.

Dərdü qəm çəkməkdən qan olub cigər,
Gətirən yox nazlı yardan bir xəbər;
O qədərə ölməyəydim, müxtəsər,
Yenə o gördüyüm çağı görəydim.

Zakirəm, çəkərəm cövrü cəfanı,
Yadlar ilə sürər zövqü səfanı;
Nə gərək sevəydim ol bivəfanı,
Nə də belə hicran daş görəydim.

Vəsfi-dilbər babında yazılmış qafiyələr:

A ləbləri badə, ağzı piyalə,
Bir söz desəm, olma bidəmağ, sana!
Dolanım başına, daha yaraşmaz
Yadlar ilə deyib-danışmaq sana.

Əcəb bihəyadır çərxi-kəcrəftar,
Hər ayda bir hilal eylər aşikar;
Şəksiz sənin ilə ədavəti var,
Onunçün göstərir qaş-qabaq sana.

Mədənisən felin, nazü qəmzənin,
Bərabərin yoxdur aləmdə sənin
Təhrik eyləməsə səba, qönçənin --
Ağzı nədir aça dil-dodaq sana?!

Cəvahir qolbaqlar bəyaz biləyi --
Gahi qucar, gahi eylər hənəyi;
Behiştin hurisi, göyün mələyi --
Yetişməz, yüz çala əl-ayaq sana.

Zakirəm, eylədin əqlimi zail,
Olmaz belə surət, belə şəmayil;
Elə mən deyiləm hüsnünə mail,
Göz dikibdir tamam Qarabağ sana.

Təcnisi-Zakir:

Өmürlәr sərf edib, canlar üzməmiş
Həmdəm olmaz, ey dil, oturan sana.
Mənzili-məqsudə yetmək istəyən
Həzrəti-Musa tək o Turan sana.

Cigər yandı hərarətdən yəx arac,
Şirin canım qəm oduna yaxar ac;
Zülfün alır Hindü Çindən ya xərac,
Bəndeyi-fərmandır o Turan sana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 dəq
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 dəq
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 dəq
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 dəq

Başqa şairlərin şeirləri