Qasım bəy "Zakir" təxəllüs
Səhifə 5 / 12 · 33%
Qarabaldır xalqı, xüsus Ərəblər,
Qarınca dəməyə necə dən çəkər,
İşdədir sübhədək, ta ki, gecələr,
Döyürlər, kim gəlib eyləsə soraq.
Belə vilayəti dağıtsın tarı,
Ziyadə məğşuşdu Ərəs kənarı;
Xurda, Parababi, Qarğabazarı,
Maralyan, Horadiz, Nüzyar, Qoyucaq.
Hər obadan çıxar otuz ya əlli,
Өzü cələkəsən, adları bəlli;
Yenə şorta-şortdu Adıgözəlli,
Min evdən artıqdır yığıntı kazak.
Əgər xəbər alsan Molla Səfini,
Oğru, dürüst qarışdırıb kefini;
O, qələdə biçər ölü kəfəni,
Çöldə üç atını soyublar çılpaq.
Qarabağda nə day qaldı, nə dana,
Bu gün-sabah qaçar hərə bir yana
Tənbih etmək ilə Xınzırıstana,
Xub saldı nizamə ölkəni qoçaq.
Ədalətdə yoxdur bir kəsrü kəmi,
Mundan sonra vilayətin nə qəmi;
Əlbət, dağıdarmış külli-aləmi
Ağzından süd iysi gələn iki uşaq.
Biriidən şikayət edəsən əgər,
Danışmağa qoymaz, sözünü kəsər,
Qardaş malı kimi ortadan bölər,
Murovlar[17] olublar oğruya ortaq.
[17]-Murov -- Zakirin əsrində dövlət tərəfindən təyin olunmuş mahal böyüklərinə deyirlərmiş ki, rusca «uçastkovı zasedatel» adlanırmış.
Görsən tanımazsan Yarımsaqqalı[18],
Çıxıb əndazədən dövlətü malı;
Xandəmirov çaldı, çapdı mahalı,
O ki, tutub özün keçəl qurumsaq.
[18]- Yarımsaqqal -- Şuşsa şəhərinin polisa rəisi Əmircanovdan ibarətdir ki, saqqalının ortasını qırxdırarmış.
Gədə-güdə olub sahibməsləhət,
Gündüz axşamadək danışır xəlvət,
İşlərimiz belə keçsə bir müddət,
Qədimilər olur tamam şil, axsaq.
Gündə bir gətirir zakoni-tazə,
Fikri budu xəlqi verə güdazə;
Bizdən də məhrəmdir biri knyazə,
Nə məhrəm, füzulü heyvərə, yanşaq.
Həddən aşıb büxlü həsəd, şərarət,
Yoldaş yoldaşına eylər xəyanət;
Alimdə əməl yox, bəydə ədalət,
İşlərimiz olub saf gərdən-bucaq.
Üləmalər üz döndərib xudadən,
Usanmaz bir ləhzə cövrü cəfadən,
Başı əmmaməli seyyid-molladən--
Taətdə övladır o qatmaqurşaq
Həq bilir ki, beli şallı hacılar
Zəhrimar tək xəlqin ağzın acılır;
Düşəndə gözləməz
Bu əhldən sinədağəm, sinədağ!
Adın qoyub Kərbəlayi, Məşədi,
Neylim, peşələri yaman peşədi;
Çoxun gördüm
Belə millət olmaz, qoyun oturaq!
Gərək bu aləmdən eyləmək həzər,
Өz yerində deyil çünki xeyrü şər,
Bihörmət olubdur pədərə pəsər,
Yüzdə biri yaxşı olur ittifaq.
Kəmali-cürət ilə demək olar ki, millətimizin əxlaqü ətvarında dəxi bu müddəti-mütəmadi ərzində artıq bir tərəqqi və islahat vüqua gəlməyibdir. Xah nücəbalarımız, xah ruhani sinfi və xah mötəbər hacılarımız və məşhədlərimiz haman Zakir dövrünün adamlarıdır. Zahirdə geyimləri və libasları modaya müvafiq dəyişirilibsə də, kəmalü mərifətdə, azacıq da olsa, tərəqqi etməyiblər. Necə ki, bu barədə şair deyibdir:
Gəldim ki, görüm bu necə xandır,
Gördüm ki, elə haman hamandır.
Namənin axırında Zakir şəmməi öz halından yazıb, Mirzeyi-mərhumdan təvəqqe eləyir ki, onun uşaqlarının xilası barəsində bəzi möhtərəm şəxsləri vasitəçi eləsin və onu unutmasın və sonra Mirzənin fəraqında çəkdiyi möhnəti izhar qılmaqla oxucuları dəxi də artıq mütəəssir, məhzun qılır:
Cəmşid bəyə yetir səlami-əfzun,
Knyaz Behbudova ərz etsin əknun;
Nə rəvadır bisilisit, bizakun
Viran ola nahəq yerə bir ocaq.
İki nəfər sadə cəvanü novrəs,
Heç birindən yoxdur rəncidə bir kəs
Bir yanı Kolbasan, bir yanı Ərəs,
Kim görüb onları həmkari-qaçaq?
Böyüklük əmirə xoş səadətdir
Və lakin rəvişi ədl-ədalətdir;
Yıxılana, qaidədir, adətdir,
Dayaq olan kəsə həqq olur dayaq.
Fəraqət oturub hər kəs bir işdə,
Nə yazda yarıdıq, nə də ki, qışda;
Ya rəb, neyləmişik bu dağılmışda
Həram oldu bizə bir qarış torpaq?!
Çəkilib köksümə dağlar, dügünlər,
Kafirə olmasın nəsib bu günlər!
Qınamasın məni könlübütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.
Məqsudimiz hasil olmadı bizim,
Yeksandı hicrində gecə-gündüzüm;
Bu bədbəxtin halətindən, əzizim,
Barı o viladə olgil göz-qulaq.
Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edim əlhal,
Bir parasın yazdım, elədim irsal,
Bu şərt ilə: nə diş bilsin, nə dodaq.
Ziyarət eləyib şeyxülislami,
Zakiri-həzindən yetir səlami;
Hacı Yusif, Molla Əhməd təmami,
Haçan ola bir də deyək, danışaq.
Belə açıq və sadə dildə heç bir şair öz vilayətinin övzavü əhvalını və müasirlərinin dolanacağını bu sayaq doğruluqla aydın və aşkar yazmayıbdır.
Bu kəlam nəzmlənmiş nəsrdir. Bunda olan rədif və qafiyələr elm zoru ilə və savad gücü ilə icad olunmayıbdır. Bunlar camaatımızın ağzında müdam işlənən sözlərdir. Şair özü də el içində nəşvü nüma tapmış eloğlu olduğu üçün asanlıqla o sözləri öz məxsusi malı kimi sərf edir. Hansı bir şerdə belə bir sadə misra və qafiyələrə rast gəlmək olar: «Bizim başımızda çatdadı çanaq», «qoyun oturaq», «qurdu badalaq», «hamıdan qıvraq», «bir qarış torpaq», «dayaq olan kəsə həqq olar dayaq», «bir qədim ocaq», «olgil göz-qulaq», «nə diş bilsin, nə dodaq», «deyək, danışaq» və habelə.
Bu sözlərin təmami zərbül-misal məqamında müttəsil dilimizdə cari olan sözlərdir. Necə ki, millətimiz diridir, bu sadə sözlər onun dilində işlənəcəkdir və nə qədər ki, bu sözlər istemaldan düşməyəcəkdir, yəni əcnəbi lisanlardan əxz olunmuş qəliz ibarələrin hücumu altında boğulub tərk olmayacaqdır, millətimiz dəxi ölməyib, diri və salamat qalacaqdır. Necə ki, bir millətin danışdığı dil itib-batmayıbdır, o millət özü dəxi itib-batmayacaqdır və həyat üzrə baqi qalacaqdır. Elə ki, dil unudulub istemaldan düşdü, dilin sahibi dəxi çox yaşamayacaqdır və onun fövt olmasına şəkk qalmayacaqdır. Bu barədə rusların mürəbbisi və ədibi Uşinski «Ana dili» sərlövhəsilə yazdığı məqaləsində deyir: «Madam ki, bir millətin özünə məxsus ana dilisi xarici dillərin təqəllüb və təsəllütündən salamat qalıbdır, o millət özü də salamatdır. Əgər onun cəmi maddi və mənəvi dövlətini əlindən alasan, vəli ana dilinə toxunmayasan, o millət fövt olmaz və az müddətin zərfində yenə özünə mal və dövlət cəm edər. Və biləks heç bir mal və dövlət ilə bir milləti əhya etmək olmaz, zəmani ki, onun ana dilisi və milli lisanı olmaya».
Mərhum Zakirin öz milli dilinin şivəsi və ruhunu nə dərəcədə bilməyi onun nəzm ilə tərtib qıldığı bir çox nağıl və hekayələrindən görünür. Onlardan bir neçəsini «Balalara hədiyyə» nam adlı kitabçamızda dərc etdirmişik. Tanış olmaq istəyənlər o kitaba rücu etsinlər.
Mirzə Fətəli Axundova yazdığı başqa bir naməsində Zakir yenə Qarabağın əhvalından filcümlə məlumat verib, hər bir sinfin şüğlü karını və əmali-şəniəsini Mirzəyə kəşf qılır. Bu namə daha da ziyadə şairanə yazılmışdır. Namənin ibtidasında şair öz könlünə üz tutub bir növ qəflətdən bidar etmək qəsdilə baharın yetişməyini xəbər verir və ona xitabən deyir: «Ey könül, dünyanın qəmi sənə ha qalmayıbdır?! Beş günlük ömrün var, ye, iç; eyş-işrətlə vaxtını keçirib, zövq-səfaya məşğul ol! Gərdişi-dövranın möhnət və cəfasını ancaq gərdişi-şərab apara bilər. Əgər özün sufilik biruz edib, şəraba meyl etməsən də, barı qeyrilərin eyş-nuşuna tamaşa qıl və bahar fəslinin ruhpərvər havası ilə qəlbini təzələndir. Bax gör qadirü rəhman sənin könlünü açmaqdan ötrü nə türfə şeylər yaradıbdır, nə gözəl nemətlər əta buyurubdur.
Sonra şair keçmiş əsrlərdə olan böyük padşahları, bimurad aşiqləri və namdar pəhlivanları bir-bir yad edib deyir ki, onlara qalmayan dünya sənəmi qalacaqdır? Bəs, vaxtı fövt edib möhnətdə keçirmək yaramaz!
Bu tənbih və tövsiyədən sonra şair Mirzə Fətəlinin özünə rücu edib zərifanə deyir ki, sən mənim kimi deyilsən. Tiflisin içində olursan; məskənin də yol üstündədir; gəlib-gedənə tamaşa edib, kef və ləzzət aparırsan. Xüsusən bazar günləri Hallavarın gözəlləri bəzənib, dəstə-dəstə kəlisayə cəm olurlar. Onlara baxdıqca sənin ruhun təzələnir. Şair ona məsləhət görür ki, axunddan[19] xəlvət, mümkün olsa, düşəndə bir Balaəhmədi də yanına alıb, gedib mələksimaya baxsın. Belə zarafatdan sonra şair keçir öz vilayətinin övzavü əhvalını şərh qılmağa. Onun öz kəlamına rücu edək:
[19]- Axund -- yəqin ki, burada şeyxülislama işarədir.
Nə xabi-qəflatdir, divanə könül,
Aç gözünü, süni-xudayə bir bax!
Sənə ki, qalmayıb qəmi aləmin,
Seyri-baği-zövqü səfayə bir bax!
Qıl tamaşə novərusi-baharə,
Qənimətdi beş gün ömri-dübarə;
Səhni-çəmənlərdə qümri, həzarə
Nə xoş verib səda-sədayə, bir bax!
Gərdişi-dövranın, ey xanəxərab,
Aparır möhnətin gərdişi-şərab;
İçməsən də içmə özün meyi-nab,
Eyşü nuşi-bayü gədayə bir bax!
Yasəmənin ətri çöküb caləyə,
Gəlir gülüstandan buyi-qaliyə;
Gahi bənəfşəyə, gahi laləyə,
Gahi də nərgisi-şəhlayə bir bax!
Sərvü sənubərin afəti-xəzan
Soyub libasını qoymuşdu üryan;
Gəlib tərəhhümə sərvəri-rəhman,
Verdiyi xələti-zibayə bir bax!
Əgərçi xəstəsən, dur bir ayağə,
Ahəstə-ahəstə güzər qıl bağə;
Qəh-qəhi-minayə, rəqsi-üşşaqə,
Cah-cəhi-bülbüli-şeydayə bir bax!
Seyrə çıxıb dəstə-dəstə gözəllər,
Çiçək dərib tər buxağə düzərlər,
Qaqqıldaşa-qaqqıldaşa gülərlər,
Canlar alan sövtü sədayə bir bax!
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-qasim-bey-zakir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
Molla Pənah "Vaqif" təxəllüsləriAzərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd NizamiŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Şirvan və ŞamaxıŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Başqa şairlərin şeirləri
Dalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,