C. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz.

Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans".

Mən erməni dramaturqunun istedadının böyük pərəstişkarı kimi onun xahişini yerinə yetirməyi özüm üçün müqəddəs vəzifə hesab edirəm və ona görə də Şərq filosofu və şair Mirzə Şəfi haqqında onun istədiyi məlumatı dərhal toplamağa başladım. Mən bu fikirdə idim ki, topladığım materialı şəxsən mərhum Sundukyansa təqdim edim və bu yol ilə də onunla tanış olum. Lakin amansız ölüm qəflətən onu alıb apardı və məni də onunla tanış olmaq xoşbəxtliyindən məhrum etdi.

Mərhum Sundukyans bizim cəmiyyətin müxtəlif tərəflərini və hadisələrini düzgün və bacarıqla müşahidə edən bir müəllif kimi bir çox cəhətdən müsəlmanlarda dramaturgiya sənətinin banisi Mirzə Fətəli Axundovu xatırladır. Onların istedadları arasında ümumi cəhətlər çoxdur. Bu da bizi bir-birimizə yaxınlaşdırır və bir-birimizi ümumi məhəbbətlə isindirir. Onun "Axşam səbri xeyir olar" əsəri müsəlman həyatından düzgün seçilmiş bir əhvalatdır və S.M.Qəniyev onu Azərbaycan dilinə bacarıqla tərcümə etmişdir. Bu böyük dramaturqun və humanist vətəndaşın ölümü yalnız ermənilər üçün deyil, habelə Qafqazda yaşayan digər millətlər üçün də əvəzolunmaz bir itkidir. Allah ona rəhmət eləsin. Bu böyük dərddə onun ailəsinə, dostlarına və xalqına səbr versin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Fatimə xanım "Kəminə"

Qarabağın üçüncü şaireyi-möhtərəməsi ismətməab Fatimə xanım "Kəminə" təxəllüsdür ki, səbiyyeyi-Mirzə Bəybaba vələdi-Əliyar bəydir[1].[1] Mirzə Bəybaba Əliyar bəy oğlu Fəna (1787–1867)--XIX əsr Azərbaycan şairi.

19256 dəq
Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi"

"Beyti-xamuşan" üzvlərinin müqtədirlərindən birisi də Rzaqulu bəy oğlu Həsən bəy idi ki, "Həsən Qara" və "Hadi" təxəllüsü ilə məşhur idi. Onun türk və fars əşarü qəzəliyyatı çoxdur. Nümunə üçün bir türk qəzəli bu məcmuəyə daxil olundu:Şəbi-zülmati-zülfündə fəğanü ahü zarım var,

19257 dəq
Hacı Əbülhəsən Raci

Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Təmam şod divane-mərhumol-məğfure-felan əleyhorrəhme behəsbe-fərmayeşe sərvəre-mokərrəm və məlazol-ekram Məşhədi felan və ya xeyrol-hace-felan ketabforuş və besəyo ehtemame-Kərbəlaye felan surəte-enteba pəziroft. Allahummə ənfəəhu bihə və licəmiil-moumenin"[1]i.a.[1] Tərcüməsi:

192518 dəq
Hacıağa "Fəqir" Ordubadi

Azərbaycan şüərasının məşhurlarından birisi də mərhum Hacıağa ibn Məhəmməd "Fəqir" təxəllüsdür. Fəqirin şərhi-halı və sirəti-əhvalı Naxçıvan, Ordubad tərəfdə və İranın bəzi şəhərlərində cümlə üdəbaya məlumdur. Hacıağa təvəllüd edibdir Ordubad şəhərində təxminən hicrətin 1252-ci[1] sənəsində. Ordubad Naxçıvan nahiyəsində İrəvan quberniyasında qədim qəsəbələrdən birisi hesab olunur. Əhalisi əksəriyyən müsəlmandır; ermənisi də var, azdır və onlar ticarətlə məşğul olur. Ordubad əlan İran ilə Rusiyanın sərhəddində vaqe və Rus dövlətinə mütəəlliqdir.[1] 1836.

19259 dəq

Başqa şairlərin şeirləri