Harda bir atəş görsənAlovu dilim-dilim,O mənim ürəyimdirAlovlanır, sevgilim!

Harda bir tufan görsənSəsindən dinir aləm,Bil ki, həyat eşqiyləCoşan o tufan mənəm.

O dolmuş buludlardaGurlayıb çaxsa şimşək,Elə haray qoparanMənim könlümdür demək.

Harda bir torpaq görsənYanır çöllər, zəmilər,Mənim çarpaz yaralı,Dərdli sinəmi göstər.

Dağlara səsi düşsəSabah igid ərlərin,Məni də ön cərgədəGörəcəksən sən, yəqin...

Qaranquş dimdiyindəGəzdirsə bir tər çiçək,Baharın müjdəçisiO quş da mənəm demək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar