Səhifə 12 / 12 · 92%

– Hamını ayağa qaldırmaq lazımdır! Biz yəqin tuzlara ümid bağlamışıq, – deyə baş mühəndis Aslanovun tənqidini xatırladı, amma Lalənin həyəcanını duyub bir daha dinmədi...

11

Qüdrətin maşını sahildə dayanmışdı. Özü tanış müxbirlə yanaşı durub, sakit-sakit ləpələnən dənizə baxırdı.

– Mən sizi çox gözlədim, – deyirdi, – indi Ramazan artıq poeziyadan prozaya keçmişdir. Yalnız iki gündən sonra təzə buruğu qazmağa başlayır.

Müxbir, sual verir kimi, Qüdrətin üzünə çəpəki nəzər saldı.

– İstirahət bizim dildə əsil prozadır!.. – deyə Qüdrət əlavə elədi.

– Bir də, biz indi köhnə səhvimizi təkrar etməyəcəyik. Adətən trestin müdirlərinin bir çoxu ümidini ayrı-ayrı briqadaların nümunəvi işinə bağlayırdı. Partiya bu səhvi bizə göstərəndən sonra, ən adi quyulara da ciddi fikir verməyə başlamışıq. Axı dəniz özü ayrı-ayrı damcılardan yaranır! Doğrudur, 155-ci buruğun hər gün verdiyi beş yüz ton neft trestin gündəlik məhsulunda böyük faiz təşkil edir, amma biz qətiyyən onun hesabına yaşaya bilmərik. Biz hər gün yeni-yeni neft mənbələri əldə etməliyik. Çünki neft təkcə bizim çörək ağacımız deyildir. Neft bütün vətənimizin qüdrətini təyin edən dəqiq bir barometrdir. Bunu başa düşən hər bir neftçi, öz işinin sürətini artırmaq üçün yeni-yeni yol tapır, daima irəliyə, gələcəyə baxmağı da bacarır!

Qüdrət, özü də fərqinə varmadan, müxbirin qarşısında dənizdə aparılan işin perspektivini açıb söyləməyə başladı:

– Bax, bu Xəzərdəki tükənməz neft mənbələri gərək yaxın bir zamanda ölkəmizin xidmətinə verilsin!

Müxbir bloknotunu çıxartmamışdı, indi ona hər şey aydın idi.

– İndi məni bir məsələ maraqlandırır, – deyirdi, – Xəzər dənizi içərisində yaranan təzə Abşeronun neft ehtiyatı nə haldadır?

Qüdrət uzaqlara, üfüqlə dənizin birləşdiyi yerə baxdı:

– Abşeronun neft yataqlarını Xəzər dənizinə bənzətmək olar. Onun da suyu get-gedə azalır. Ancaq nə zaman qurtaracağını fikirləşməyə ehtiyac yoxdur. Əslinə baxsanız, bu müqayisəyə də bir qədər tənqidi yanaşmaq lazımdır. Çünki Xəzər dənizinə yeni çay qarışmayacaq, amma Abşeron neft yataqlarına Azərbaycanın bir sıra yeni neft çeşmələri qarışır. Bunların hamısı yeni çeşmələrdir... Belə yaza bilərsiniz ki, “Azərbaycanın neft buruqları daima qaynayacaq!”

– Bəli, bəli, bu daha düz olar, – deyə müxbir Qüdrətin sözlərini təsdiqlədi.

Birdən dənizdə qayıqlar göründü. Onlar beş deyil, on deyil, saysız-hesabsızdı.

– Bunlar hara gedir?

Qüdrət özü onların hara getdiklərini bilmirdi. Ancaq o, dənizdə yaranan yeni Abşeronun haradan başlanıb-harada qurtaracağını müxbirə söyləməli idi.

– Yeni neft adasının sərhəddini təyin etməyə gedirlər!.. – dedi və özü də elə yenicə uydurduğu bu cavabdan xoşlanıb gülümsündü.

Bəzən dalğalar sahili döyəcləyir, ancaq tufan zamanı çatdığı nöqtəyə heç yaxın da gələ bilmirdi. Uzaqlaşan qayıqlardan yalnız bir nəfərin nəğməsi eşidilirdi. Bu nəğmədə neftçilər ordusunun gəncliyi və zəfəri tərənnüm edilirdi.

...Oxuyan Tahir idi. O indi neftçi dostlarına mədhnamə deyir, qarşısında oturmuş Lətifəyə baxa-baxa mahnısını zilə çəkirdi.

Qüdrət isə dinmir, cavan aşığın bağrından qopub gələn bu nəğməni dinlədikcə, ürəyi tel-tel olurdu.

Qayıqlar ayna suları yararaq irəlilədikcə, elə bil dəniz geri çəkilir, bu gün də olmasa, sabah onun qoynunda buruqlar səltənəti yaranacağına heç bir şübhə yeri qalmırdı.

Tahirin nəğməsi isə həyat qədər şirin, məhəbbət qədər güclü idi...

1947–1948-ci illər, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 dəq
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 dəq
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 dəq
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 dəq

Başqa şairlərin şeirləri