Biri mənə şair dedi,Dondum yerimdə.Hər çiynimdənasıldı birqurğuşun tayı.Dünya məndən yer istədi bəbəklərimdə,Elə bil ki, canlı yoxdu məndən savayı.

Ağılların uçrumuna ütü çəkməli,Ürəklərin zülmətinə enmək istədi.Qələm dostum, yaxşı rahla əsgər çəkməni,Qanlar tökən dişləri bəs kim tökəcəkdi.

Bir ölkənin caynağından ölkə saldırıb,Neçə-neçə bölünənlə bölünməliyəm.Bir ölkənin sağlığına badə qaldırıb,Bir ölkənin göz yaşına bələnməliyəm.

Tamahlar var, məqam tapıb orbitə çıxsa,Qitələrin gözlərinə qor atacaqdır.Yer şarını bir nar kimi ovcunda sıxsa,Tamahsıyıb, ulduzlara tor atacaqdır.

Neçə ümid gəmisini sürər qanında,Bələdçiyə möhtac olan qərib duyğu var.Bir qarışqa yuvasını dağıdanın daNə vaxtdansa Qacarınan qohumluğu var.

Öz şöhrəti heykəlinə dəmir əridənVətəndaşın vətəni də bir evdir ancaq.Vətən üçün can əridən, ömür əridən –Bir daşa da minnət qoyub, pay ummayacaq.

Dodağından bir yarımçıq ümid doğmayanBeyni batıq, ağlı yatıq riyakara bax!Qızıl-qızıl qayçılarla tale doğrayanO əlləri miz üstündə kim doğrayacaq...

Uşaq yüklü analara muştuluq məndən:Şair əli gülüş əkən bağban kimidir!Yer üzünün hər küncünə yönələ bilən –Buludlara nur daşıdan sarban kimidir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri