Kəlbəcər qaçqınlarına
Yüz də desək, min də desəkcavab budu:O torpağı biz uduzduq,Sənli, mənli, biz uduzduq;Keçməzliyə keçid olan,Çəhlimlərin açarını,Qıfıllanmış yarğanların,Uçrumların açarınıBiz özümüz uduzduq.Hər qalası səngər olan,Hər qayası əsgər olanDərələri biz özümüz uduzduq.Dəlidağa söykənmədik,Ona sınıq vüqar qoyub gəldik.İtmiş qürur qoyub gəldik.Ormanları, talaları biz uduzduq.Günahı var çəlik tutan qocanın da,Günahı var:Yumruq boyda daş gətirən uşağın da.Çox döyüşü döyüşmədən uduzduq.Günahkarıq, biz hamımız günahkar.Alimi də, şairi də,Çobanı da günahkar.Lap iti də, pişiyi də günahkar.İndi daha əl axtarma,İndi daha ətək gəzmə!Əlin də var, ətəyin də.Öz əlindən, ətəyindənYapış, qardaş, yapış sən,Göydən sizə əl uzatmaz mələklər.
Dekabr, 1995
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-kelbecer-qacqinlarina
← → düymələri ilə keçid, R — təsadüfi şeir