Ulama!
Zülmət gecələrdə hürürsən, yetər!Hər daşı qurd-quldur görürsən, yetər!Bu aydın axşamdan nədir gileyin?Sümüyün bir qazan,Yalın bir ləyən.Köpəyin yanında: burnu söykəli...Yoxsa xəyalında bir it heykəli...Quyruq bulayanda adam kimisən,Ayaq gəmirəndə it qızı itsən.Həyətdə hürməkmi xoşuna gəlmir?Nə fərqi – yüksəkdə,Ya alçaqda hür?!İtlikdən çıxmazsan, ulama bir gün –Görək nə alırsan susmağın üçün.Hürməyin peşədir,Ulamağın yox,Ulama, qancıq!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-ulama
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meymuna əl çalmaq öyrətmə, balaO bir gün özünü oyada bilər.
Yaşat məniBu dünyada qurmaq çətin, yıxmaq asan,Bir təkanla dağ yıxılar, yıxan olsan.
Ağlama, qorxuram göz yaşlarındanYenə gözün dolu, ürəyin dolu,Təsəlli sənindir, gileylər mənim.
Sağlığımda...«Sağlığında qiymət verin insanlara»*Cabir NOVRUZ*
Başqa şairlərin şeirləri
Erdi qulağıma səhər çün hayü huyi-meykədə,Dər xastəm, kərdəm səfər ma niz suye meykədə.
ƏnvəriyyəMüsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Molla Məhəmməd Səfili və dəyirmançi İbrahimin dastaniAşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı dəyirmançı vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzarlığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir:Səfili:**
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,