O bulağın gözləriYaşımın axdığı yer.Dünyanın gecə-gündüzTanrıya baxdığı yer..

Göyə aynadı içiTanrı içindən keçir..İçir, içdikcə içir,Yenir quraqlığı yer..

Balası-bal arısıDodaqla dil arası,Allahla qul arasıÖlçər uzaqlığı yer…

Könlün göz-qulaq olsun,Gözlərin bulaq olsun,Ölsəm, başın sağ olsun,Başımın sağlığı yer..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq