Günəş batar, gündüzünağlı başından gedir,Köhnə yerin yadınatəzə bir axşam düşür.İçindən çıxardığıalov şamı əridir,Əzabın işığındaqaranlıqlar görüşür.

Gəcənin kilidini,Səhərlər günəş açar,Çiçəyi göydən düşər,Gül-çiçək açan yerinGün batar, arxasıncaYerin ləzzəti qaçar,Gedib nəyini tapaqLəzzəti qaçan yein?

Şam sönər, arxasıncaGünəş gedər yatmağa,Göyün çəkdiyi əzabYerin xoşuna gələr...Şam yanar, qaranlığınQanını qaraltmağa,Gün doğar, yer üzününAğlı başına gələr...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri