Ay şair Ələddin şair dostununAçılmır qabağı-qaşı bir ildir.Olub məhəbbətdən illər xəstəsi,Ayılmır sevdadan başı bir ildir.

Yarın soyuqluğu yara dağ olar.Ürək istəməsə unutmaq olar.

Bilmirəm nə qədər yas tutmaq olar,Qurumur gözümün yaşı bir ildir.

O atdı özünü varın qoynuna,Bahar günlərindən qarın qoynuna.Mən həsrət çəkirim yarın qoynuna,Orda ləzət çəkir naşı bir ildir.

Yenə dost əlinə qalıbdır çara,Loğman ol, dərdimə bir dərman ara.Dönüb könül mülküm xarabazaraGöyərmir torpağı, daşı bir ildir.

Ay Məmməd, haqlıyar səni subaylıq,Islanar, quruyar verdiyi yaylıq.Onun körpəsinin yaşı üç aylıq,Mənim həsrətimin yaşı bir ildir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri