Sazda güç simə düşərNəvası kimə düşər?Kölgən içimə düşərDayansam üzü günə.

Arı, məni sirrə çəkBir ilahi şerə çəkHislərimdən şirə çək,Süzülüm üysüyünə.

Səndən əvvəl necəydim?Bildiyin bilməcəydim.Köynəyindən keçəydimDönəydim əski günə.

Bulud olub sulandım.Gəzdiyini bulandım.Barmağına dolandımYaxşı bax üzüyünə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri