Ömür əldən çıxıb gedirNəyi varsa yığıb gedir.Su bulaqdan axıb gedirBulaq baxa baxa qalır.

Su durulur süzülürsəDüyün yoldu, çözülürsəNə Allahdan kəsilirsəYenə də Allaha qalır.

Alışan yanmaya bilir.Gedən dayanmaya bilir.Yatan oyanmaya bilirAy yatıb sabaha qalır.

Əlindəsə, döz ürək döz.Boşunamı kül olur köz?Birindən kül, birindən sözHərədən bir soyxa qalır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq