Sarı yarpaq nəğməsi
Yuvamız isti sinə,İsindik istisinə.Bilmədik çətin işdir;-Alışan ocaq olmaq.
Elə ki, ayaq açdıqGünün dalınca qaçdıqBilmədik çətin işdir;-Təzədən uşaq olmaq.
Gün döydü narın narınDodağı qaçdı narın.Bildik necə şirinmiş;Çiçəkdən nübar olmaq.
Saçımıza dən düşdü,Sazımız kökdən düşdü.
Bildik necə ağırmış;Saralan yarpaq olmaq!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-sari-yarpaq-negmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəlməsin
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Ey gül, mənə hər cövr eləyirsən, xəbərim varEy gül, mənə hər cövr eləyirsən, xəbərim var,Bir gün yaxar axır səni ahım, səhərim var!
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,