Bacım Gülyazın əzizi xatirəsinə

Yuvası saxlayar quşu budaqdaBoş qalan yuvanı su aldı, bacım.Mənimki aranda, səninki dağadaNiyə yurdlarımız boş qaldı, bacım?!

Tale üzümüzə gülmədi nəsəSərsək, örkənində durmaz darımız.Atamız getmişdi gedərgəlməzəVurub ona çəkdi övladlarımız..

Qəhrini çəkməzdim qarlı qışların,Neçəki dilinin duası vardı.Bulaqlar başında yalvarışlarınVətəndən qürbətdə gəlib çatardı.

Ölüm mələyinin bağrı daş olubHəsrət əlləriylə ayırdı bizi.Nə belə sevilən bir qardaş olub,Nə belə tükənməz bacı sevgisi...

Arasam, sevigni yox ki heç yandaDaha bir kimsəyə çatmaz ki, ərkim.Nə dağda qalıbdı, nə də arandaBaşıma haranın daşını töküm?

Çəkilə-çəkilə dərd azalarsa,Çəkim, qürbət adlı qərib adada...Deyilən kimsə, o dünya varsa,Məni unutmazsan o dünyada da...

Sən getdin, əllərim qaldı əllərdəDərddən bir tərəfə yol yox ki, qaçım.Məni bunnan sonra qürbət ellərdəKimin alxışları qorusun, bacım?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran