Bu yaşda fikrinə yağan nə qardı,Gənclik çağlarından ələnir həm də.Sən olan zamanın qulağı kardıEşidən deyildi nə söyləsən də...

O hansı nəfəsdi qarı əridirDonu olmayanın buxarı olmur.Dağlar dərələrin həsəd yeridiBöyük olanların dostları olmur.

Gözündə vətən də qürbət donundaCavabsız sualın niyəsi oldun.Vardan kəsirin yox, ömrün sonundaBir sürü qan-qarğış yiyəsi oldun..

“Bir gün” düşünmüşdün çatdı o “bir gün...”Hər kəsin qəlbinə damanı gəldi.Yaşaya yaşaya axırda ömrün“Bu gün var, sabah yox” zamanı gəldi.

Bu yorğun vücudun ruhuna yükdüSalanlar nəyini salacaq yada...Vətən, sən gələndə boynubükükdü,Boynu buruq qalır səndən sonra da.

İşıqda qaranlıq! Nədir bu qaydaŞər yoxsa xeyir də yox olub gedər..Hə şeyin sonu var, ən uzun çay daHardansa başlayıb hardasa bitər..

Qışın sazağında buza dönənsənBir də ümdini birə beş qala.Allah amanında, taledi, sənsənBu fani dünyada kirəkeş qalan..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri