Dua
Bir söz eşitmişəm, amma inanmıram.
Qəzetlər yazırlar ki, Tiflisdə olan iranlılar buradan İstambula teleqrafla Sultan Əbdülhəmidə dua göndəriblər. Bunu mən eşitcək çox təəccüb elədim və səbəbi də budur:
Əvvələn, hər nə qədər fikir elədim, heç xəyalıma gəlmədi ki, sultan nə bir yaxşı iş görə bilər ki, duaya layiq olsun. Qəzetləri də birbirinə vurdum, heç bir yerdə sultan tərəfindən bir xeyir iş baş verdiyini görmədim.
Saniyən, iranlılar tərəfindən duanın göndərilməsi həmçinin ağla gələn işə oxşamırdı; çünki bu saat yenə sultanın qoşunları, kürdləri və quldur dəstələri İranın bir guşəsin söküb kəndləri dağıtmaqdadır.
Axırı bir iranlı rəfiqimə rast gəlib soruşdum:
– Doğrudurmu ki, siz sultana dua göndəribsiniz?
– Bəli, doğrudur.
– Nə bəhanə ilə göndəribsiniz?
– Ondan ötrü ki, sultan tərəfindən qanuni-əsasi elan olunub.
Mən qorxuram ki, Tiflis iranlıları kimi bir para özgə adamlar da işin əslindən xəbərdar olmayıb, səhvən götürüb sultana bu uzunluqda yolu teleqraf göndərələr və bu səbəbdən özümü borclu bilirəm ki, əhvalatın əsl həqiqətini oxucularıma xəbər verəm.
Qanuni-əsasini iyul ayının onuncu günü Salanikdə gənc türklər elan eləyiblər ki, nəinki sultan Əbdülhəmid. Bu xəbər sultana çatandan sonra, bu tərəfdən də xəbər gəlib ki, qoşunun üçüncü ordusu gəlir İstambulu dağıtsın və sultanı əsir etsin.
Ayın on birində sultan da “xala xətrin qalmasın” babətindən camaatı aldatmaq və qoşunun başının altına yasdıq qoymaq qəsdi ilə guya ki, bəli, qanuni-əsasi elanını eləyib. Amma bunu bilməyib ki, Tiflis iranlılarından savayı heç kəsi tovlaya bilməz.
Osmanlıda qanuni-əsasinin macərası belədir.
Amma bir şeyə mən çox təəssüf edirəm.
Ax yazıqlar, biçarələr, başıdaşlılar, bəxti qaralar! Mənim yazığım gəlir haman millət vəkillərinin balaca uşaqlarına ki, ataları cəm olacaqlar İstambula, millət məclisinə və uşaqları da gözləyəcəklər ki, bir aydan sonra, bir ildən sonra atalarımız qayıdıb gələr və bizə tilməkli qırmızı fəs gətirər.
Doğrudan, Osmanlının əvvəlinci millət məclisinin vəkillərinə çox yazığım gəlir; ondan ötrü ki, göz gördüyündən qorxar. Vallah öz gözümnən görmüşəm, öz başıma gəlib.
Elə hər yanda ki, millət məclisi eşitmişəm, – axırını da belə görmüşəm.
Hələ bilmirəm ki, iranlılar sultandan nə istəyirlər?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 21 iyul 1908, №29
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-dua
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyər “inşallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib.Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşallah”, amma bir neçə gün keçdi, göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşallah”. Bir də görəndə dedim, genə dedi: “inşallah göndərərəm”.
XənnasOruc bayramının günü Bakıda “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundovun sözlərini eşidəndən bu yana mənim fikrimə bir şey gəlir: mən yəqin edirəm ki, indi bir adam özünü tülkü libasına salıb, müsəlmanları yığa başına və deyə ki, “ay camaat, mən Allaham”, hamı bu tülkünün sözünə inanıb, düşəcək səcdəyə və deyəcək ki, doğrudan, elə Allah budur ki, budur.Doktor molla Əbdülxalıq Axundov bayram günü “Səadət” məclisində bu sözləri danışıb: “Həzərat, siz bilmirsiniz ki, nə səbəbə biz müsəlmanlar dalı qalmışıq, Amma mən bilirəm. Səbəb budur ki, bizim evimizi yıxan Avropada təhsil tapmış cavanlarımızdır ki, müsəlmançılığı özlərindən kənar ediblər. Bizə belə oxumuşlar lazım deyil. Biz gərək öz dədə-baba qaydalarımız ilə təlim tapaq və öz köhnə yolumuz ilə gedək. Bizlər köhnə qaydalarımızdan çıxa bilmərik; yoxsa islam əldən gedər. Ona görə sizlər gərək bizə çoxluca pullar verəsiniz ki, köhnə qayda üzrə təzə məktəblər açaq və Tehrandan təzə mollalar gətirək ki, bizim əqidələrimizi düzəltsin”.
Məryəm xanımİnna lillahi və inna ileyhi raciun*Mən “İrşad”ın sözündən çıxmıram: “Ölülər barəsində ya gərək yaxşı danışasan, yainki heç şey danışmayasan”. “İrşad”ın sözünə baxıb, mən mərhum Qafqaz şeyxülislamı barəsində heç bir şey danışmıram və bir də heç sözüm dəxi qalmayıb; hər nə sözüm var idi, öz sağlığında məcmuəmizin 22-ci nömrəsində yazıb qurtarmışam.
Bəqaüs-səltənəMar mar mizənəd, gürzə mar mizənəd*Genə keçən günlər yadım düşdü. Məhəlləmizdə xəbər çıxardı ki, bazarda ilan oynadırlar. Qaçardıq tamaşa eləməyə və görərdik ki, hacılar və kərbəlayılar cəm olub doluşublar bir kişinin başına. Bu kişi qutuları düzüb ortalığa və bir qutunun ağzını açır və bir zorba ilanı qutunun içindən çızardıb atır meydana və üzünü camaata tutub deyir: “hələ bu balasının balasıdı”.
Başqa şairlərin şeirləri · Satira
Bilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.
Ağlaşma ("Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!")Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!