Eydi-əzha
Qurban bayramı
Qurban bayramı xüsusunda biz heç bir söz danışmaq istəmirdik. Amma müsəlman qəzetlərində bu barədə gözümüzə bir para məqalələr sataşdı.
İndi də əgər biz bu xüsusda bir söz söyləməsək, ola bilər ki, müsəlman qardaşlarımız elə xəyal eləyərlər ki, biz müsəlman qəzetlərində qurban bayramına dair yazılan mətləblərə şərikik.
Özümüzü borclu bilirik oxucularımıza xəbər verək ki, biz qurban bayramı barəsində qəzetlərdə yazılan məqalələrin üstünə qırmızı mürəkkəblə qələm çəkirik və qəti surətdə deyirik ki, ya məqalə sahibləri özləri heç zad anlamırlar, ya da ki, qana-qana camaatı tovlayırlar ki, avamların nəzərində mömün və müqəddəs görünsünlər.
Dəxi bundan artıq söz danışmağa indi vaxtımız yoxdur və lakin söz veririk ki, 50 il bundan sonra qurban bayramı barəsində oxucularımızla uzun bir söhbət eləyək.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 yanvar 1908, №1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-eydi-ezha
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır:Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə
Əl quyularıQırx ildən artıqdır ki, Bakının neft mədənlərində böyük neft buruqlarından savayı çoxluca əl quyuları da işdə idilər. Həmin bu əl quyularının sahibləri kasıb kəndlilərdir ki, quyulardan nefti vedrə ilə çəkib çıxartmaq ilə özlərinə çörək yolu tapmışlar. Bu quyubazlıq axır vaxtlarda elə tərəqqi eləmişdi ki, ildə bunlardan otuz milyon putdan qırx milyona kimi neft çıxarılıb satılırdı.Keçmiş əsrdə hökumət əl quyuçularına mümkün olan müsaidə və köməyini əsirgəmirdi və niyə də əsirgəyəydi? Məgər kənd füqərasının çörək pulu qazanmağının bir kəsə zərəri ola bilər?!
Neft fəhlələriİndi məndən birisi soruşa ki, neft çıxardan fəhlələrin bir parası evdə qalır, bir parası kalafalarda qalır, bir parası heç kalafa da tapmır ki, orada yatsın, bəs, onlar harada qalırlar? – onda mən gərək cavab verəm ki, kalafa tapmayan fəhlələr də yəqin ki, yerlə göy arasında qalırlar.Mən bilirəm ki, mən belə sözü ağzıma alıb danışsam, deyəcəklər ki, dəli olub. Amma indi Bakı şurasının dekabrın 23-də vaqe olan iclasında yoldaş Hüseynov deyirmiş:
PadvodO gündən ki, qulağıma çatdı ki, hökumət rüşvət almağı tükətmək yolunda çox tədbirlər tökübdür, o gündən ki, eşitmişəm ki, hökumət bundan sonra rüşvət alanlara həddindən də artıq tənbeh elətdirəcək, – o gündən mənim beynimə bir söz düşüb: haman söz “padvod” sözüdür.“Padvod” – rusca arabaya deyirlər. Öz-özlüyündə söz elə pis söz deyil, hələ bəlkə lazımlı bir şeydir.
Başqa şairlərin şeirləri · Satira
Mirzə Fətəliyə*Nə xabi-qəflətdi, divanə könül,
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
NəzirəMənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.