Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)
Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.
İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.
Bakıdan gələn həkimlərin məsləhətilə iyulun 17-də mən Münəvvərlə birlikdə Xəlfəliyə (İsa bulağından aşağıya) düşdük və avqustun 12-dək Aleksan bəyin bağında çadırda qaldıq. Mən və Münəvvər xeyli kökəlmişik.
Bakıda bu il havalar çox isti keçdi. Ənvər Bakıda qalmış və vaxtını yaxşı keçirmişdir.
Nadya Kürdəmirə getməyə hazırlaşır. Bir həftə orda qalandan sonra Bakıya yola düşəcək.
Anan da kökəlib. Hamımız sənin yolunu gözləyirik. Oğlum üçün bərk darıxmışam və ondan ricam budur gəlsin ki, atası öz balacığazını doyunca qucaqlasın.
Mən bir az kökəlmişəm. Belə güman eləyirəm ki, naxoşluğumun nə ilə qurtaracağı barədə bir o qədər fikir çəkmək lazım deyil. Özünə fikir ver, şad və qıvraq ol və mənim barəmdə heç narahat olma. Özünü soyuqdəymədən, yoluxmadan gözlə, yemək-içməyinə fikir ver.
Arzum budur ki, öz praktikanı vaxtında, həm də müvəffəqiyyətlə başa vurasan.
Səni sevən atan Cəlil
Əgər vaxtın olsa, Bakıya, yaxud Kürdəmir stansiyasına bir-iki kəlməlik cavab yaz.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-eziz-oglum-midhet-susa-seheri-13-avqust-1931
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz müsəlmanlar, əlbəttə və əlbəttə gərək, bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmənik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz. Bu da bir qismətdir ki, gözə görünməyən və dünya və aləmi yox yerdən xəlq edən Allah-taala həzrətləri biz xoşbəxt millətə təyin edibdir.– Vələzzalin.. .
MillətlərAxır vaxtlarda Qafqazda və Rusiyada qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı; bir surətdə ki, Qafqaz millətlərinin içində elə bir millət də tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı Ukraynadan artıq olsun; məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda çalışmağa haqqları ola bilərdi, amma onları bircə şey saxlayır; o da məhz insaniyyət və ədəblilik.Açığı budur ki, guya Rusiya hökumətinin başının qarışıqlığı vaxtında Qafqaz millətləri istəmədilər hökumətə dəxi də artıq dərd-sər versinlər. Guya Qafqaz millətləri istədilər cavan-mərdlik büruzə versinlər; çünki Qafqaz millətlərinə yəqindir ki, hökumət də axır qanacaqsız deyil, əlbəttə, inşaalah başı açılandan sonra ola bilməz ki, Qafqaz yoldaşlarını yada salmasın.
EhsanAxır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).
BambılılarBir neçə gün bundan qabaq Tiflisdə xəbər çıxdı ki, Ənvər paşanı, Tələt paşanı, yenə bilmirəm hansı paşanı öldürüblər, Soltan da özünü öldürüb, İstambulda böyük hərc-mərcdir və türklərin axır nəfəsidir və labüddürlər ki, ruslarla ayrıca barışıq eləsinlər.Lazımdır demək ki, Yevropa davası başlanandan buyana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əsilsiz və yalan olublar.
Başqa şairlərin şeirləri
Qanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
Ey zülfü siyəh, sinəsi əbyəz, gözü aləEy zülfü siyəh, sinəsi əbyəz, gözü alə,Nə türfə cavansan!
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.