İşlərin çox olması səbəbindən kağızının cavabı yubandı. Məhəmmədhəsən, doğrudur, köhnə ustanın yanından çıxıb, amma dəxi eybi yoxdur, çünki təzə yerində dəxi yaxşı təlim almaqdadır və nigaran olmağınıza bir səbəb görmürəm. Ancaq yazınız Ordubada, təzə pasport göndərsinlər.

Dostunuz Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İspalkom imtahanı

Həmən bu otuz ikinci nömrədən məcmuəmizdə “İspalkom imtahanı” sərlövhədə səhifə açmağı qərar qoyduq.“İspalkom” – rus sözüdür, bunun mənası “icraiyyə komitəsi sədri” deməkdir.

2 dəq
Dəmir yol

Dünən getmişdim Bakı vağzalına. Bilet sandığının qabağında düzülən cərgənin quyruğu gəlib küçəyə çıxmışdı. Deyirdilər ki, bu qədər adamın hamısı səhərdən növbəyə durublar.Birinci zəng vuruldu, həmin cərgədə duranlar tərpəşmədilər, ikinci zəng vuruldu, yenə həmin halət: heç kəs yeridən tərpənmir. Üçüncü zəng vuruldu, yenə duranlar yerində durublar. Amma söz burasındadır ki, çox-çox cavanlar gördüm ki, cərgədə duranlara baxmayıb hərə cibindən bir möhürlü kağız çıxartdı, uzatdı bilet satana ki, “mən məsul işçiyəm”. O dəmdə kağıza peçat basıldı və kağız sahibi keçdi getdi vaqonun istədiyi yerində özünə yer tutdu və maşın hərəkət elədi. Dünən mən cərgədə gördüyüm camaatın hamısı qaldı; çünki maşın ancaq məsul işçiləri götürdü apardı.

1 dəq
Maarif işləri

Məktəblər də milliləşdi, yəni hər millətin özünün məktəbi olacaq və hər millətin məktəbinə özgə millətin uşaqları heç bir vəch ilə götürülməyəcək və götürülmür: türk məktəbinə rus, ya erməni götürülməyəcək, rus məktəbinə erməni, türk və gürcü götürülməyəcək və götürülmür.Demək, bu barədə beynəlmilləlik üsulu işləməyəcək.

1 dəq
Yığıntı

Yığıntı təzə sözdür. Əvvəl elə bildim ki, bu sözü “məşhur İstilah komissiyası” icad edib, amma məlum oldu ki, “yığıntı” sözü özgə bir yerdən törüyüb. Bu günlərdə təzə bir kitab çapdan çıxıb: kitabın üstündə yazılıb, “Hesab məsələlərinin yığıntısı”, yəni bəistilahi-rus “sbornik”, bəistilahi-ərəb “məcmuə”.Yuxarıda İstilah komitəsinə mən ondan ötəri “məşhur” ad qoydum ki, bir vaxt o komitə məzəli-məzəli sözlər çıxartmışdı; məsələn: yerbil (coğrafiya), “dörtiş” (əmali–ərbəə, yəni çetıre deystviya).

1 dəq

Başqa şairlərin şeirləri