Həmidə! (28 noyabr 1923)
Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:
- Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.
Midhət və o birilər məktub yazmağa macal tapmadılar.
Səndən çoxdan məktub yoxdur. Deyirlər, Tiflisdən köhnə tanışın sənə qonaq gəlib. Yəqin ki, Neçayeva, yaxud Olqa Qriqoryevnadır; bəlkə də Olqa Alekseyevnadır. Bakıda havalar ilıq keçir. Amma bahalıqdır. Bu gün çörəyin girvənkəsi 125 milyonadır. Mən gündə yarım put çörək işlədirəm. Xərc çoxdur, amma birtəhər ötüşürük. Uşaqlar yaxşı oxuyurlar. Əlibəyin paltosu və hər iki qardaşın uzunboğaz çəkməsi yoxdur.
Hamıya salam.
Cəlil
Həmidə, sənin səhhətin necədir? Səndən rica eləyirəm illah sünbül, dəyirman və pambıq barədə qayğılarla özünü bərkə salma. Bu işlər öz yerində, qoy onlarla Müzəffər məşğul olsun, sən isə rahatlığını elə, özünə korluq vermə. Elə ki, hər şey səni təngə gətirdi, dərhal çıx gəl Bakıya, öz oğlanlarının yanına.
C.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hemide-28-noyabr-1923
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əlimdə bir vacib yazım var idi.Hamı öz yazısını vacib hesab eləyir. Qapı döyüldü. Dedim:
Su budkalarıSu budkaları cümə günləri bağlı olur.Su budkaları cümə axşamları ancaq günortayadək açıq olur.
Hov“Hov” – qədim istilahdır; yəni “hay” deyib adam çağırmaqdır. Bu soz məhz kəndlərdə işlənir. Əlsiz-ayaqsız kəndliyə cəmən yardım göstərmək lazım gələn vaxt, o vədə bir nəfər adam salırlar kəndə, gedir evbəev gəzir və haraylaya-haraylaya deyir:– Ay camaat! Hər evdən bir cüt çıxsın, Həsənquluya bir-iki çuval yer cızlasın. Ta ki, yazıq kişi gələn il acından ölməsin.
Tehran müxbirimizəİndi düz bir ildir ki, ən azı iyirmi məktub göndərmisən ki, “Tehran hökuməti İran Azərbaycanında yaşayan dörd milyon türk xalqının qaranlıqda qalmasını nəzərə alıb beş yüz min tümən pul buraxıb Təbrizdə, Xoyda, Səlmasda, Mərənd şəhərində türkcə məcmuələr və qəzetlər çıxartsınlar”.Biz sənin məktubların gələn kimi özünə yazmışıq ki, belə şey olmaz. İran şahlığı razı olmaz ki, onun camaatı parçalanıb biri farsca, biri türkcə danışsın.
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Mənim nəyim varSözümüz, şerimiz, şeriyyətimizÖlçüyə sığışmaz, hesaba gəlməz,
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.