İnna Lillahi və İnna ileyhi raciun
Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.
Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.
Həmin əhval mənim yadıma düşmürdü, dünən bir tanış molla bunu mənim yadıma saldı. Dedi:
– Axund Molla Nəsrəddin, sizin yazılarınızla rəftarınız bir-birilə tuş gəlmir. Dedim:
– Necə?
Dedi:
– Bu axırıncı üç-dörd ilin müddətində mən neçə dəfə səni və sənin kimi qələm ilə və dil ilə məsciddən qaçanları və camaatı qaçırdanları Təzəpir məscidində görmüşəm.
Dedim:
– Nə vaxt?
Dedi:
– Filan məsul işçinin cənazəsi məscidə gətiriləndə, filan azadixahın cənazəsi üstə ağbaşlı əməleyi-mövta meyit namazını qılanda və intelligentlər bunların dalında səf-səf namaza duranda və sonra əməleyi-mövtanın dalınca qəbiristana səfər edəndə.
Molla bu sözləri deyib, bir az da üzümə baxdı və soruşdu:
– Yalandı, ya yox?
Mən dinmədim; çünki fikrim çox yerlərə getdi. Fikrim getdi haman Təzəpir məscidinin həyətinə ki, orada bu axırıncı illərdə tut ağaclarının kölgəsində dəstə-dəstə müsəlman oxumuşları dərin-dərin fənn kitabları qoltuqlarında mərhumun cənazəsinin məsciddən çıxmağına müntəzirdirlər. Burada camaat ilə bir yerdə namaza duranlar içində təbiyyat müəllimləri tanışlarımdan, coğrafiya və tarix müəllimləri də yadıma düşür. Avropa darülfünununda uca elmlər təhsilini tapmış cavanlar yadıma gəlir; qalanlarının çoxu yenə orta məktəblərdə fənn dərsləri deyən müəllimlər olub. Bunlar hamısı, özləri kimi, Avropa təhsili tapmış mərhum rəfiqinin cənazəsini Təzəpir məscidinə gətiriblər ki, mərhumun əgər günahları olmuş olsa, bağışlansın.
Mollanın sözünə bir cavab tapa bilmədim, ancaq xəcalət çəkdim və bir para fikirlərə getdim.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 29 noyabr 1924, №25
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-inna-lillahi-ve-inna-ileyhi-raciun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ahənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:
Evi yıxıldıNaxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı.Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi.
Xeyirxahlıqİrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm.Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım.
TərəkəməBir yandan o biri yana keçmək, bu il burada, gələn il bir ayrı yerdə yaşamaq, yay fəsli yaylaqda, qış fəsli qışlaqda güzəran etmək əyyamdan başlanıb. O vaxtlar sənət və ticarət yox imiş və insanlar heyvanların südü və əti ilə zindəganlıq edirmişlər. Heyvanları da bir gün bu çəməndə, o biri gün o çəməndə otara-otara özləri heyvanların dalınca hərəkət edərmişlər.Bu sayaq yaşayan adamlar yer üzündə indi yenə azmaz tapılır. Qeyri yerlərdə bunlara “qaraçı” deyirlər, bizim içimizdə bunların adı tərəkəmədir. Rusiyada qaraçıların vətəni Bessarabiya səhrasıdır. Qafqazda da tərəkəmələrin mədəni Qarabağdır.
Başqa şairlərin şeirləri · Satira
Bir müdirin ki, keçməyə qolunaQolu bulvarda bir gözəl sənəmin,
Qonşularımdan biriGirdi fırıldaq ilə yağlıca bir artelə,Arif olub vermədi vaxtını bir an yelə.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Qiyamətmi qoparXalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?