Cənab Molla Nəsrəddin.

Hərçənd böyüklərə “bilmirsən” demək biədəblikdir, amma mən deyəcəyəm ki, sən heç zad bilmirsən, dünyada heç zad qanmamısan, heç ruhun yoxdur, heç ağzının ləzzətini bilməmisən.

A kişi! O nədi hər nömrədə götürüb bəzi müsəlman şəhərlərinin arvadlarının tumanının gödəkliyin gah yazırsan, gah şəklin çəkirsən. Guya onları bəyənmirsən da? Guya istəyirsən ki, onlar da özgə millətlərin arvadları kimi uzun libas geysinlər da? İndi mən səndən bircə söz soruşacağam. Arvadlar uzun libas geyəndə nəyə oxşayırlar? Əlbəttə, deyəcəksən ki, arvada. Belə deyilmi? İndi sən də məndən soruş ki, qısa libas, topçu libası kimi libas geyəndə nəyə oxşayırlar? Onda mən və ümum İran əhli və hətta Naxçıvan və sair bəzi Qafqaz şəhərlərinin əhli ağız-ağıza verib sənə cavab verərik ki, oğlana. On dörd-on beş yaşında oğlana. İndi, a biçarə, başa düşdün? İndi bildin ki, sən dünyada heç ləzzət bilməmisən? Di get, bundan sonra bilmədiyin şeyə qarışma.

Qızdırmalı

“Molla Nəsrəddin”, 24 sentyabr 1907, №36

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Əncüməni-xeyriyyə”

Bu axır vaxtlarda “Əncüməni-Xeyriyyə” söhbəti hər yanda danışılmaqdadır ki, guya başbiletlərdən mədrəsə mənfəətinə alınan pulların hesab-kitabı filan, filan, filan.Bunu qabaqca ərz etmək lazım gəlir ki, Əncüməni-Xeyriyyə deməkdə bu özü əslindən xeyirli bir işdir. Çünki Allah-taala özü müqəddəs kitabında buyurubdur: Hər kəs bu dünyada bir xeyir iş tutsa, axirətdə onun qabağına xeyir çıxacaq. Amma şər iş tutsa, axirətdə də onun qabağına şər iş çıxacaqdır.

2 dəq
Tulanbar eşşəyi, məxmər palan

Kəblə Nəsir kişinin bir az ağlı başından çıxıb, ona görə də hər kəsi görüb deyir ki; tulanbar eşşəyi, məxmər palan. Xalq da gülür, deyir ki: a kişi, bu sözün mətləbə nə dəxli var.Doğrudan da ki, dəli kəblə Nəsir, dünən görürəm bir nəfər arvadı tutub deyir ki, sən bura nə üçün gəlmisən? Arvad deyir ki, gəlmişəm qardaşımı evləndirmək üçün qız bəyənim. Deyir: qardaşın nə iş görür? Deyir ki, dəniz kənarında ticarəti vardır. Deyir: Yaşı neçədir? Deyir: 60-dan bir az yuxarıdır.

1 dəq
Müsəlla

Necə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu.Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir?

2 dəq
Peyğəmbərlik, ya ki kişmiş davası

Mən qabaqlarda mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu fırıldaqçılar, doğrudan da, dünyada hər bir insan peşəsini tullayıb özlərini qoyublar adam aldatmağa ki, nə bilim cənnət belə gəldi və cəhənnəm belə getdi.Hətta, Allah şahiddir ki, mən həmişə öz qələmimlə hər yeri düşəndə və fürsət vaxtı gələndə mollaları pislərdim.

2 dəq

Başqa şairlərin şeirləri · Satira