Bakıdan idarəmizə yəhudi dilində bir belə məktub gəlib:

Cənab Molla Nəsrəddin! Dünən mən getmişdim müsəlman bazarına ev üçün bir-iki yemiş alam. Getdim durdum bir qoca dükançının dükanının qabağında və yemişin qiymətini soruşdum. Dükançı yemişləri tərəziyə qoyub çəkməkdə idi. Gördüm bir müsəlman bir özgə müsəlmana deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. Dükançı yemişləri qoydu qabağıma və mən də istədim yemişlərin pulunu verəm – genə gördüm bir müsəlman deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. İstəyirdim yemişləri vuram qoltuğuma və gedəm, bu heyndə naqafil daldan bir müsəlman yavıqlaşıb başımdan bir qapaz ilişdirdi, elə bərk ilişdirdi ki, şapqam girdi gözümə.

Lazım bildim bu əhvalatı yazıb Molla Nəsrəddin idarəsinə xəbər verim.

Bir nəfər yəhudi Şməvol.

İdarədən: xudavəndi-aləm öz bəndələrinə çox nemətlər göndərib və bu nemətlərin hamıdan qiymətlisi insanın diriliyi və sağlığıdır. Zəmanəmizin indiki qarışıqlığında insan nə qədər ki, sağ və səlamətdir, gərək hər saat və hər dəqiqə minlərcə şükr eləsin.

Yəhudi Şməvol də gərək min dəfə şükr eləsin ki, tək və tənha, yoldaşsız və köməksiz, tüfəng və tapançasız Bakının müsəlman bazarına girib sağ-salamət qurtarıb gedib evinə. Bu özü də insan üçün bir böyük xoşbəxtlikdir.

Yəhudi Şməvol bu mətləbi bilmərrə nəzərə almır və ancaq bir dənə qapazdan ötrü utanmaz-utanmaz götürüb idarəmizə kağız göndərib. Amma bircə şeyi yadından çıxardıb ki, Bakı bazarından bir dənə qapaz ilə qurtarıb qaçmağın özü bir böyük xoşbəxtlikdir.

“Molla Nəsrəddin”, 24 sentyabr 1907, №36

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dağarcıq

Pişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək.Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb. Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, – o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə Allahdan qorxur, – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar.

2 dəq
Təmizləmək

Bizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”.Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”.

3 dəq
Kəc qabırğa

Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.

3 dəq
Bismilla xiragima nirragim

Dünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki:– Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim:

3 dəq

Başqa şairlərin şeirləri · Satira