Kimdən ötəri
Bu yeni hürufat kimdən ötəri icad olundu?
Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.
Doğrudan da öz aramızdı, bu yeni hürufat kimlərdən ötəri lazımdı?
Mən bilirəm sən nə cavab verəcəksən. Sən deyəcəksən ki, bu yeni hürufat tez vaxtda savadlı olmaq istəyənlərdən ötəri lazımdır. Sən deyəcəksən – asan yazıb, oxumaq axtaranlardan ötəri lazımdı.
Amma mən də sənə cavab verəcəyəm ki, axı, sənin mənə zorun ki, yoxdu.
Sən mənə deyirsən: “Savad öyrən!”.
Axı, bir insaf elə, əvvəla, bir mülahizə elə gör mənə savad lazımdı, ya yox? Əgər desən ki, “lazımdı” – onda mən səndən soruşaram ki, “xub, de görüm, savad mənə nədən ötəri lazımdı? Bu beş günlük dünyaya biz ondan ötəri gəlmişik ki, məsaili-şəriyyəmizi bilib, müsəlmançılığımızı yerinə yetirək, ta ki mizan-tərəzi qurulanda Allah yanında şərmsar olmuyaq.
Sən mənə deyirsən: “Savad öyrən!”.
İndi bircə bunu mənə de görüm, sən özün nə bilirsən? Məsələn, sən bilirsənmi behişt əhlinin xörəkləri nədir? Və belə-belə min məsələ sənin qabağına qoyaram ki, onların heç birindən sənin xəbərin olmaz.
Yoxsa çox da “yeni hürufat, yeni hürufat” sözü danışma. Müsəlmançılıq yeni hürufatdan ibarət deyil – müsəlmançılığın özgə yolları var.
Mən ölüm, incimə!
Molla Nəsrəddin
“Yeni yol”, 21 yanvar 1924, №2
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kimden-oteri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İran ya Şirvan – heç təfavütü yoxdur, amma iranlı ilə şivanlının təfavütü çoxdur, bir az açıq danışaq ki, hamı başa düşsün. Məsələn, iranlı Sadıq və şirvanlı Rza, bunların təfavütü çoxdur. Hərçənd bunların ikisi də Allah bəndəsidir, amma sözüm burasındadır ki, əgər Sadıq Rzaya zülm eləsə, Sadığın atasını yandırarlar, amma Rza Sadığa zülm eləsə, keçib gedər, ondan ötrü ki, Sadıq İran rəiyyətidir, amma Rza şirvanlıdır.Bunların təfavütü budur ki, Sadıq iranlıdır, amma Rza şirvanlı.
ÇuvalBir çuval ki, köhnəldi – o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.– Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim.
DəllalBirisinin gözü düşür bir ata, amma qorxur gedib sahibindən istəsin, deyir, bəlkə satmaq istəmədi, ya baha dedi.Burada bir dəllal lazımdı. At dəllalı da hər şəhərdə və hər kənddə tapılar.
SürməBir neçə vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, “müsəlmanların axırı nə olacaq?”. “İrşad” qəzeti də 79-cu nömrəsində bir belə şey yazmışdı.Doğrudan da, Türkiyədə Sultan Həmid kimi bir bədbəxti, İranda Mədəli şahın vücudunu, Əfqanıstanı, Fası, Bakını, Danabaş kəndini görən üçün belə sualı vermək təəccüb deyil, çünki hər bir yana hər bir tərəfdən baxanda görükür ki, işlər bir az şuluqdu.
Başqa şairlərin şeirləri · Satira
Ya rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
Qiyamətmi qoparXalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
Dəryada qərq olan iranlıların yetim balalarına təsəlliİki yüz qərq olan iranlılarınQiymətin bildi əcəb konsulunuz!
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;