Şərq qadını
“Şərq qadını” məcmuəsi çıxmağı münasibətilə
Başıbəlalı bir məsələ, xəta-bəlalı bir danışıq... Qan qoxusu gəlir, barıt tüstüsü görsənir, qeyrət hissi oyanır!..
Ədə, filan, filan şudə, sən cürət elədin mənim arvadımın adını soruşdun? Qarnını doldurram!..
Ört üzünü, ay məlunə! Allah sənə lənət eləsin!
“Şərq qadını” islam aləminin tamam bədbəxtliyidir. Təbriz kimi böyük bir şəhərdə tək bircə tikili görə bilməzsən ki, onun uca-uca divarlarında küçəyə çıxan bir baca olsun: heç bir tərəfdən nəfəs gələn yeri yoxdur; qeyri islam şəhərləri də belə.
Səbəbi? Evləri dustaqxanaya döndərməyə nə lüzum?
Həmin Şərq qadını məsələsi!..
Başımız çox ağrıdı. Çox töhmətlərə giriftar olduq, çox lənətlər qazandıq, çox zərərlər çəkdik. 1907-ci ildə birinci dəfə məcmuəmizdə qadın azadlığını söhbət salan günü Tiflisdə bazar-dükan bağlandı. Müdirimiz qaçdı gizləndi. Möhtərəm Şeytan bazar müsəlmanlarını məscidə çəkib cavab istədilər. Astaradan bir hacı orada olan əlli beş nəfər abunəçilərimizdən jurnalımızı yığıb idarəmizə geri göndərdi ki, “dəxi bizə belə jurnallar lazım deyil... ”
İndi gəldik çatdıq bu günlərə: Şura aləmində qadın da bir insandır, kişi də insandır; qadına da ixtiyar lazım, kişiyə də, qadın da nəfəs almaq istəyir, kişi də. Nə kişi qadına sahib ağadı, nə qadın kişiyə: ancaq bunlar yoldaşdırlar. Biz də belə deyirik.
“Şərq qadını” da bu sözləri eşidib çıxdı meydana. İndi dəxi islamın zənciri onun ayaqlarına dolaşmağa gücsüzdür. İndi dəxi şəriətmədarların “cəhənnəm odlarından” qorxan yoxdur. İndi dəxi arvad qeyrətləri çəkən “qeyrətli” qoçular puç olublar. İndi dəxi Əli Bayramovun yadigarına açılan Şərq qadını əncümənindən “qadın azadlığı və qadın xoşbəxtliyi” kimi münacatın sədası Şərq aləminə dağılmaqdadır.
Bunu biz istəyirdik və bunu axtarırdıq. Dedik, dedik axırda arzumuza çatdıq.
Dünən axşam Əli Bayramov klubunda idim. Dünya və aləm Şərq qadını ilə dolu idi. Qadınlar yoldaşı, yoldaş Xavər xanım səhnədən söz danışırdı.
Nə danışırdı? Nə deyirdi?
Deyirdi:
– Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız; oxumasaz qaranlıqda qalacaqsınız; oxumasaz, bədbəxt olacaqsınız və öz bədbəxt olmanızdan savayı uşaqlarınızı da bədbəxt edəcək[siniz].
Salam olsun qoca Molla Nəsrəddin tərəfindən azad Şərq qadınlarına!
Salam olsun onların azad yol göstərənlərinə!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 yanvar 1924, №2
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-serq-qadini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bunu bilmək lazımdır ki, günahi-kəbirlərin birisi binamazlıqdır. Əgər birisi binamazlıqda israr edə, o vədə onun qətli vacibdir. Demək, bu saat küçə və bazarda gəzən müsəlmanların hamısının qətli vacibdir; çünki hamısı binamazlıqda müqəssirdirlər, yəni israr edəndirlər. İnşallah-taala onların hamısı axirətdə əzabi-əlimə giriftar olarlar.Çünki həqqi-taala cəllücəlala fərmudə ki: yövmə yətəsalənun əla mücrüminə masələküm fisəqər; yəni soruşarlar ruzi-qiyamətdə günahkarlardan: sizdən nə günah baş verib ki, duzəxə sizi kəşankəşan eləyiblər, cavab verərlər ki, bizdən bir günah baş verməyib, savayı ondan ki, bizi elm təhsil etməyə mədrəsələrə göndərdilər, rabfaka göndərdilər, texnikuma göndərdilər. Və orada möhür tapa bilmədik namaz qılaq. Və bir paramız da qılmaq istəyəndə qeyri mərdümazar yoldaşlar lağa qoyub, üstümüzə gülməyə başladılar.
Şükür eləməlidirMənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi.Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi:
Bakıdan Qarabağa. Naxçıvan malıBir ay bundan qabaq uşaqlarımın böyük bacısını və uşaqları götürdüm və beş-on manat “Nakladnoy rasxod” verib Bakı vağzalında iki yüz min növ cəhənnəm əzabı ilə bilet tapıb, minəkləri və minəklərimizi itələyə-itələyə vaqona oturduq. Kürdəmir vağzalında hava təzə işıqlanırdı. Bizim qız yuxudan oyanıb əl-üzünü yudu və başını vaqonun akoşkasından çölə çıxardıb, baxırdı.Vağzalın səkisində bir-iki bığıburma müsəlman cavanı qol-qola gəzirdilər. Bizim qıza baxa-baxa vaqonun qabağında gah o tərəfə, gah bu tərəfə keçirdilər. Birdən birisi bizim qıza tərəf göz eyləyib, yoldaşına dedi:
XəbərdarlıqBu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur.Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar.
Başqa şairlərin şeirləri · Satira
Şah dedi: – Ağlayıram, bəs ki, üzüm çirkindir,İldə bir görsəm əgər ayinədə surətimi!
Yumruq (3)(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında
Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”)Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.