Məclisi-milli
Cənab Molla Nəsrəddin! Nömrə on səkkizdə məclisi –məşvirətdə – olan cənabların şəmayili-mübarəkini çəkib nişan vermisiz və zimnidə əcəlli-mərifətləri dəxi məlum olunub. Vəli bəzi əşxas çoxdan çox talibdir ki, siz o məclisin əczasının ismi-mübarəklərini yazıb və söhbətü məşvərəti-məclisi dəxi bəyan buyurasız məclisdə olan məşvərətlər bu vəz ilə idi. Cənab əczanın ismləri: Cənab Ximyazətül-üləma,
Ağa Cəfər Dəbbağ, Ağa Məhəmmədhüseyn Səbbağ, Ağa Məhəmmədtağı Xəbbaz, Ağa Nəcəf Əttar və Ağa Sadıq Dəllak.
Söhbəti-məşvərət
Cənab Ximyazətül-üləma – Əuzübillahi minəşşeytanülləin ərrəcim, bismillahül-rəhmanür-rəhim...
Cənab Ağa Cəfər Dəbbağ – Guya ki, məsələn, belə ki, girəm vəlov on ki sözgəlişi, xülasə, müxtəsəri-kəlam hər ongah məxsus, o necə deyər timasali – şayəd çinançe lazimədir hər ayinə əgər məsələtün, söz yox, girəm ki, hərgah əhyana, çünki gərək hansı ki, və lakin məgər və illa olmuş ola, məgər kaş ki, Allahü ələm, xudanəkərdə, elə ki, Allah eləməmiş, çox da olsa, bayəd, nə bilim, necə ki, şayəd ehtimal elə budur ki, bəlkə elədir ki, biduni – inki, o belə ki, eyb olmasın, çox da, hədsiz ki, leyk, vəlov, türk demişkən, həqiqətən, ələnən, leykin məsələdir ki, Allaha pənah ki, cənab ağayan...
Ağa Məmmədhüseyn Səbbağ – Cənab Ağa Məmmədtağı Xəbbaz, çünki dünən gecə bir qədər öz qərari adətimdən xörəyi çox yemişdim və gecə lüt bir neçə dəfə eşiyə çıxdım, guya mənə soyux dəyib, əvvəl ki sərdəmağım tutulub və başım ağrır və gözlərim qaralır və zükam olmuşam, əhvalım nasazdır, sən buyurgilən, mənim həvəsim yoxdur...
Ağa Nəcəf Əttar – Cənab ağayan hüzurunda bəndeyi-çakərin cəsarət eləməyim çox biədəblikdir.
Haşa ki, mən dər hüzuri-tan tərki-ədəb konəm.
Və dəhən baz gərdə və hərf zənəm ləb ziləb konəm.
Asudə xərəm ki, zəban nədarəm
Dər beyni – xəlayiq sud ziyan nədarəm...
Ağa Sadıq Dəllak – bular hamısı düzələr, amma cənab Ağa Məhəmmədtağı Xəbbaz çünki kardılar, məclisin söhbətini eşitməklux onlara qeyr mümkündür, pəs lazımdır ki, bundan sonra sözləri ucadan deyək. Uca səslənən Ağa Sadıq Dəllak boylə nitqləri buyurdular ki, cənab Ağa Məhəmmədhüseyn Səbbağ sizə ki, soyux dəyibdir, siz sübh əzanı gəlin hamama bir qədər müştmal eləyin və ondan sonra hamamdan çıxıb yaxşı əba və kürkə bulalanıb evə təşrif aparın və bir yavan aş bişirsinlər, iç, yaxşı tərlə və vergilən uşaqlar bir neçə dənə küpə salsınlar və nahar vaxtı mən gəlib alnından bir badkeş qoyaram, yaxşı olur inşallah...
Ağa Məhəmmədtağı Xəbbaz – həzərat, mən buraya gəlmağım və əczai – məşvərət olmağım budur ki, siz hər nə deyirsiniz deyin, mən də bəli deyəcağam, vəli çörək gərək hər batmanı yüz altun baha satılsın. Bəs, durax gedax daha bəsdir.
Dəli
“Molla Nəsrəddin”, 27 oktyabr 1906, №30
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-meclisi-milli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər şəhərdə hər məscidin bir sütunu olar. Necə ki, Naxçıvanda dabbax Hacı Hüseynalı.Bir belə məscid sütunu Bakıda da Kərbəlayı Abdulla Hacı Zərbəli oğludur. Bu adam Suraxanski küçədə Hacı Pirverdi məscidinin sütunudur.
Allahı “çistka” etmək olarmı?Arada çox danışılır ki, aya səbəb nədir ki, Allah-taala çistkadan azad olsun?İndiki əsrimiz məhz azadlıq əsridir, çox böyük-böyük imam və peyğəmbərlər təmizləməyə düçar olurlar; məmləkətin sütunları o yerdə ki, bu gün şiri-cəyan kimi gurulduyurdular, sabah görürsən ki, təxtdən düşüb heç bir şey olublar.
SəbirŞərq aləmində səbir – çox arzu olunan bir haldır: dayanmaq, təhəmmül etmək, tələsməmək – budur səbrin mənası.Şərqin mədəniyyətcə Qərbdən geridə qalmağının filosofiyası elə haman səbirdir və inşallah-taala bir min il də səbrdən sonra Şərq Qərbi də ötüb keçəcək və bəlkə şimal və cənubu da geridə qoyacaq (inşallah!).
Bakının havasıDünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı.O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir?
Başqa şairlərin şeirləri · Satira
Saqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Gəldi “Babayi-Əmir...”Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Yumruq (1)(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,