Əgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.

Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.

Biz həmişə eşitmişik ki, osmanlılar Sultanın bərəkətindən yas və təziyə içində olublar və bu ağlasığışan işdir.

Amma indi deyirlər ki, məşrutə verilib, yəni Osmanlı həbsxanaları hürriyyətpərvərlərin ahü nalələrindən xilas olacaq –buna möcüzədən savayı bir ad qoymaq olmaz. Doğrudan, dəxi bundan sora Sultanın ən müqərriblərindən olan meymunçu əbülhüdalar, heyx zafirlər haraya gedib əfsun oxusunlar? Zəki, İzzət, İsmayıl, Kənan paşalar haralarda dilənsinlər?

Bu məğər möcüzə deyil ki, məşrutə veriləndən sora avropalıların ağızlarını sulandıran ləzzətli loğmalar geri alınacaq? Bolğariya imperatorluğu ilə qızışan başların üstə soyuq sular töküləcək, Avropa kabinetlərində xəstə məmləkəti paylamaq planları hörümçəklərə nəsib olacaq, Makedoniya bəhanəsi ilə Osmanlıya soxulan hökumətlər xurcunlarını dallarına alıb təşrif aparacaqlar…

Əgər birisi şirin yatanda bu işləri yuxuda görsə, bunu ağıl kəsər.

Amma həqiqətdə bu işlərin əmələ gəlməsi möcüzədir.

Lağlağı

“Molla Nəsrəddin”, 28 iyul 1908, №30

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Müzəffər! (1925)

Biz uşaqlarla birgə ayın 15-də axşam buradan çıxıb, 16-sında, cümə axşamı səhər Yevlaxda olacağıq. Əgər fayton orada ola bilsə, onda biz xərcimizdə qənaət edə biləcəyik (avtomobil).Şayəd fayton Yevlaxa gələ bilməsə, onda qabaqcadan qısaca bir teleqram vur: “Yox”. Əgər gələcəksə, o zaman teleqram vurmaq lazım deyil.

1 dəq
Əzizim Eynəli Sultan! (13 iyul 1925)

Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil

1 dəq
Həmidə! (22 avqust 1925)

Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.

1 dəq
Əziz ana!

Bu gün poçtla 50 manat göndərirəm. Ayın axırında yenə göndərəcəyəm. Bizə göstərdikləri hörmət üçün Bəyimə (Əlişin anası) təşəkkürümü bildir.Əziz ana! Necəsən? Səni və Ənvəri öpürəm.

1 dəq

Başqa şairlərin şeirləri · Satira