Şamaxı realnı məktəbinin direktoru Leontiyef buradan dəyişilib özgə şəhərə gedir.

İndi hamının fikrinə gələ bilər ki, görəsən, bundan soraya Şamaxıya təzə təyin olunan direktor müsəlmanlar ilə nə cür rəftar edəcək?

Mən deyirəm ki, təzə direktorda Leontiyef kimi müsəlmanları istəməyəcək. Səbəbi var: Səbəbi budur ki, təzə direktor gəlib görəcək ki, köhnə direktor müsəlmanlara nə qədər bədxah olduqca da, genə axırda Leontiyef dəyişilib gedəndə müsəlmanların əğniyaları və intelligentləri Leontiyefə cəlallı qonaqlıq verib artıq hörmət ilə yola saldılar və qonaqlıqda da mehriban nitqlər söylədilər.

Təzə direktor da dəli deyil ki? Bu da yəqin eliyəcək ki, müsəlmanları istəsən də, istəməsən də – hallarına təfavüt eləmir.

Ondan, ondan ötrü ki, şeyxlər və mərsiyəxanlar mürur ilə müsəlmanların qanını öldürüblər.

Cırcırama

“Molla Nəsrəddin”, 28 iyul 1908, №30

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira