Bu təklifi məndən qabaq cavan yoldaşlar ortalığa qoya bilərdilər və gərək də qoyaydılar.

Söhbət xaçpərəst və islam tarixləri barəsindədir.

Bəs, nə vaxta kimi?

Məgər bəs deyil?

Məgər 1930 il bəs deyil?

Məgər 1348 il bəs deyil?

Və nə qədər, nə vaxtadək İsanı yada salacağıq?

Və nə vaxta qədər Məhəmmədi yada salacağıq?

Doğrusu, peyğəmbər həzrətlərinin hörməti hələ bizim içimizdə baqidir.

Hazır – bu da sübutumuz: indi köhnə il keçdi, təzə il gəldi. Dünən 1929, bu gün 1930.

Nədir bunun mənası?

Bunun mənası budur ki, dünən İsa peyğəmbərin meracından 1929 il keçirdi, bu gün 1930 il keçir (Cəhənnəmə keçir, gora keçir!).

Habelə islam tarixi. İslam tarixi hardan başlanır? Məhəmməd peyğəmbərin hicrətindən. Bu gün 1348 ildir, sabah 1349 il olacaq (axır, mənə nə ki olacaq?).

Xülasə... nəticəyə gələk. Sözün düzu, peyğəmbərlərin dalınca getmək və o tarixlərə tabe olmaq biz şura əsrinin insanları üçün ayıbdır. Bəs, nə edək?

Büsbutünə tullamaq, köhnə tarixlərin üstünə qırmızı qələm çəkmək.

Sonra? Sonra neyləmək?

Sonra onu eləmək ki, köhnə çürük və əsassız tarixlərin yerini elə bir tarixlə doldurmaq ki, küreyi-ərzdə yaşayan cəmi insanlar nəzərində o tarixin böyük bir hörməti olsun.

O da ibarətdir böyük və əzəmətli Oktyabr inqilabından.

Yoxsa İsa və Məhəmməd, doğrudan-doğruya kilsə və məscid yaraşığıdırlar və kilsədən və məsciddən də onları çıxartmaq lazım deyil. Nə qədər kilsə və məscidlər yaşayırlar, qoy onlar da yaşasınlar. Ancaq o qədər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, yanvar 1930, №1

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Fars konsulu

Deyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar.Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik.

1 dəq
Allah, bədnəzərdən saxla!

Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.

1 dəq
Ev adları

Bakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.

2 dəq
Təzə il

Bu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi.Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir.

1 dəq

Başqa şairlərin şeirləri · Satira