Molla Nəsrəddinin hesab məsələləri
Mübtədilərdən ötrü
Nömrə 10. – Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci…
– Əkinçinin özünə nə qədər buğda qaldı?
Nömrə 11. -Bir kişi evinə üç dənə alma gətirdi: birini verdi oğluna, birini qızına və birini də özü yedi.
– Arvada neçə alma yetişdi?
Nömrə 12. – Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu yeddi ildə bir dəyişilir.
– İndiyə kimi bu hamamların suyu neçə dəfə dəyişilib?
Nömrə 13. – Ehsana dəvət olunan molla, xan və bəylər cəm olan kimi küçə qapıları bağlanır ki, fəqirlər həyətə dolanmasınlar.
– İldə iki min dəfə belə ehsan verilsə, neçə fəqirin qarnı doyar?
Nömrə 14. – İrəvan qubernatoru on dörd il ki bu mənsəbdədir, hər il on dörd müsəlmanı qulluğundan kənar edir.
– Bu müddətdə qubernator neçə müsəlman çıxardıb?
Nömrə 15.- Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır.
– Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq?
- -Qafqazda təzə müsəlman mühərrirləri yazdıqları hər bir sətirdə beş dəfə “şu” və yeddi dəfə isə “iştə” kəlməsi işlədirlər.
– Bu hesabla mətbəələrdə gündə neçə dənə “Ş” hərfi tərtib olunur?
- – Tiflisdə “Svyataya Nina” adlı qız məktəbinin təzə məscidində müsəlman qızları namazı rus dilində qılırlar.
– Neçə müddətdən sonra Qafqazda müsəlman qızları millətin tərəqqi və təməddünü yolunda çalışmağa qabil olacaqlar?
- – Şəhərlərdə “Molla Nəsrəddin” məcmuəsini satan vəkillərimizin hər birinə on dörd dəfə kağız göndərilib ki, ələ gələn pulları hər həftə idarəyə yetirsinlər.
– Bu hesabla otuz iki vəkilə indiki kiminə qədər marka verilib.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 23 iyun 1906, №12
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-molla-nesreddinin-hesab-meseleleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər şəhərdə hər məscidin bir sütunu olar. Necə ki, Naxçıvanda dabbax Hacı Hüseynalı.Bir belə məscid sütunu Bakıda da Kərbəlayı Abdulla Hacı Zərbəli oğludur. Bu adam Suraxanski küçədə Hacı Pirverdi məscidinin sütunudur.
Allahı “çistka” etmək olarmı?Arada çox danışılır ki, aya səbəb nədir ki, Allah-taala çistkadan azad olsun?İndiki əsrimiz məhz azadlıq əsridir, çox böyük-böyük imam və peyğəmbərlər təmizləməyə düçar olurlar; məmləkətin sütunları o yerdə ki, bu gün şiri-cəyan kimi gurulduyurdular, sabah görürsən ki, təxtdən düşüb heç bir şey olublar.
SəbirŞərq aləmində səbir – çox arzu olunan bir haldır: dayanmaq, təhəmmül etmək, tələsməmək – budur səbrin mənası.Şərqin mədəniyyətcə Qərbdən geridə qalmağının filosofiyası elə haman səbirdir və inşallah-taala bir min il də səbrdən sonra Şərq Qərbi də ötüb keçəcək və bəlkə şimal və cənubu da geridə qoyacaq (inşallah!).
Bakının havasıDünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı.O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir?
Başqa şairlərin şeirləri · Satira
Xuliqan olma, quzum, fikrini bir isJah et,İstəmə bir bu qədor qəlbden İran şahm.
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
Dad çəkməkdənƏ.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.