Mükafat
Hər bir zəhmətin axırı mükafatdır ki, zəhmət çəkənə verilər.
Türk tənqid-təbliğ teatrosunun da zəhmətkeş müdirlərinə layiqincə mükafat verildi. Bu da ibarətdir ondan ki, bu ilin teatr mövsümü axıra çatan vaxtlarda teatrın maliyyə işlərini diqqəti-tam ilə bir neçə həftənin müddətində təftiş və təhqiqdən, uzun-uzadı sualcavabdan keçirtdilər ki, görsünlər hər bir şey yerbəyerdir. Rəsmi surətdə xəbər verildi ki, türk təbliğ-tənqid teatrosu işlərində heç bir nöqsan və xəyanət müşahidə olunmayıb.
Bu, belə.
Amma zənn edirəm ki, iş bununla gərək qurtarmaya. Çünki danışırlar ki, türk tənqid və təbliğ teatrosundan şeytənət edən cənab həmin teatrodan qabaqlarda xaric olan yoldaşların biri imiş ki, bu hərəkəti ilə intiqam almaq istəyirmiş.
Əlbəttə, məsələ bununla gərək tamam olmaya. Çünki yoldaşdan danos verən yoldaş dəxi bundan sonra səhnə kimi pakizə bir yerə qədəm qoymağa çox-çox gərək həya edə.
Lağlağı
“Molla Nəsrəddin”, №20, səh. 3, 14/IV-1923
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-mukafat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
May ayının 16-da hökumət tərəfindən şəhər hamamlarının təmizliyi barəsində sadir olan qərardadı oxuduq ki, on üç maddədən ibarətdir.Və lakin həmin qərardadı diqqətlə mülahizə edəndə məlum olur ki, burada ancaq əcnəbi millətlərin hamamları nəzərə alınır, nəinki müsəlmanların; çünki bu on üç maddədə bir kəlmə də olsun şəraiti-istehmam yaxud adabi-həna və nurədən bəhs olunmur.
Kəndlilərə yavıqBelə-belə sözləri qəzetlərdə çox yazanda mən qorxuram təzə həkimlərimiz bu sözləri öz üstlərinə götürələr. Çünki məlum şeydir ki, bu qədər xərc ki, cavanlarımızın ali təhsili yolunda qoyulur, kənd əhalisi də müntəzir ola bilər ki, darülfünundan ilbəil təhsilini tamam edən təbiblərimiz kəndli qardaşlarını yada salalar və bilələr ki, onlar ziyalı cavanların köməyinə çox möhtacdırlar.Amma mən bu barədə üzr istəyirəm və qəti surətdə deyirəm ki, novrəs təbiblərimizin kəndistana getməklərinin heç tərəfdarı deyiləm və bu iş də baş tutan iş deyil. Buna iki böyük səbəb var:
Qurban bayramıNecə ki mömin din qardaşlarıma məlumdur, üzümüzə gələn zilhəccə ayının onuncu günü Qurban bayramıdır ki, ərəb dilində ona “Eydi-Əzha” da deyilir.Bu bayramın əzəməti və şərafəti çox-çox böyükdür. Hətta inqilabdan qabaq Bakıda nəşr olunan “Azadixah” İslam ruznamələri və bizim ən məşhur əhli-elmlərimiz Qurban bayramının hörmətinə dair o qədər qələm çalardılar ki, məscidlərdə əmmaməli vaizlərimizə macal verməzdilər.
“Əncüməni-xeyriyyə”Bu axır vaxtlarda “Əncüməni-Xeyriyyə” söhbəti hər yanda danışılmaqdadır ki, guya başbiletlərdən mədrəsə mənfəətinə alınan pulların hesab-kitabı filan, filan, filan.Bunu qabaqca ərz etmək lazım gəlir ki, Əncüməni-Xeyriyyə deməkdə bu özü əslindən xeyirli bir işdir. Çünki Allah-taala özü müqəddəs kitabında buyurubdur: Hər kəs bu dünyada bir xeyir iş tutsa, axirətdə onun qabağına xeyir çıxacaq. Amma şər iş tutsa, axirətdə də onun qabağına şər iş çıxacaqdır.
Başqa şairlərin şeirləri · Satira
Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Füzuliyə bənzətməMəndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?Abrunun nolduğun bilsəydim, ar etməzmidim?
GapBirdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.
Deyirlər, çıxdı bir gün Tura MusaDeyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,