Müsəlman adları
Bu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər.
Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”.
Söz yox ki, idarənin borcudur bu kağıza əməl eləsin. Əvvəl gərək açaq dəftəri, Məşədi Qasımın adını tapaq. İrəvanı pozaq və yazaq Naxçıvan. Açırıq dəftəri, baxırıq, baxırıq, axtarırıq, axtarırıq, amma tapılmır.
Məlum olsun ki, müştərilərin adları əlifba qaydası ilə yazılır. Məsələn, Məşədi Qasım kimi adlar məşədilərin cərgəsində yazılır, məsələn, Məşədi Qasım, Məşdi Heydər, Məşədi Əli, Məşədi Haqverdi…
Amma Məşədi Qasıməli tapılmır. Axtarırıq, axtarırıq və yoruluruq.
Axırda necə zəhmətlərdən və başağrısından sonra məlum olur ki, “qaf” hərfinin cərgəsində yazılıb: “Qasım Hacı Pirverdi oğlu”.
Demək ki, bu alicənab üç-dörd ay bundan qabaq məhz Qasım imiş və ziyarətə müşərrəf olandan sonra olub “Məşədi Qasım”.
Bu belə.
Hələ bu cür də olur:
Məsələn, Kərbəlayi Baxşəli Hacı Bağır oğlu yazır ki, “mənim filan nömrüm gəlib çatmadı, təvəqqə edirəm göndərəsiniz”.
Biz genə məcburuq bu şəxsin adını kitabda tapıb görək bu adam bizə nə vaxt və nə qədər pul göndərib və bəlkə pulunun müddəti tamam olub ki, biz bunun jurnalını kəsmişik.
Axtarırıq “Kərbəyalı Bəxşəli, Kərbəlayı Bəxşəli, Kərbəlayı Bəxşəli” – tapılmır. İki gün axtarırıq tapılmır. Sonra məlum olur ki, “ba” cərgəsində yazılıb müştəri “Bağırov Kərbəlayı Baxış”. Yəni il başında bizə abunə yazılanda adını yazıb Bağırov Kərbəlayı Baxış, amma indi kağızda adını yazır “Kərbəlayı Baxşəli Hacı Bağır oğlu”.
Məhz qəzetxana işindən xəbərdar olan bilər ki, bu cür ad dəyişmək məsələsi nə qədər idarələrin zəhmətini artırır.
Hamı görür ki, müştərilərimizin adreslərinin üstünə bir nömrə qoymuşuq və hər müştərinin bir nömrəsi var. Özgə millətlər içində müştəri idarəyə kağız yazanda çox vaxt heç adını da yazmır. Məhz yazır “filan nömrədə yazılan müştəri”, məsələn, müştəri nömrə 195. Əgər belə yazılsa, biz kor da olsaq, haman dəqiqə müştərinin adını taparıq. Amma indiyədək bir nəfər adam olmayıb ki, bizə kağız yazanda nömrəsini nişan versin.
Bu da belə.
Ad dəyişməkdə müsəlmanlara heç bir millət çatmaz. Biri yazır: “Mirzə Əhməd Əhmədzadə”, haman adam bir özgə yerdə yazır: “Ağa Məhəmməd Əhməd oğlu”, o biri gün yazır; “Məhəmməd ibn Əhməd”.
Çox ittifaq düşüb ki, səhvən bir adamın adını biz dörd yerdə dəftərə yazmışıq. Sonra məlum olubdur ki, bu dörd adam ancaq haman bir adam imiş.
Bir vaxt var idi ki, müsəlmanlar hamısı “of” idilər. Sonra hürriyyət söhbəti başlandı və müsəlmanlar hamısı “zadə” oldular.
İndi də adamlar qarışıb bir-birinə: rusca yazırlar: “Mahmudov”, müsəlmanca yazırlar: “Mahmudzadə”, rusca: “Axundov”, müsəlmanca: “Axunzadə”.
Millətlər içində söylüyürlər ki, müsəlmanların heç bir şeyi dəyişmək ilə araları yoxdu: Doğrudan, köhnə adətlərimizi müqəddəs kimi bir şey hesab eliyirik və bozbaşın çölməyini də dəyişib özgə çölməkdə bozbaş bişirənləri babi hesab eliyirik.
Amma ad dəyişməkdə dünyada mislimiz yoxdur.
Hər bir kərbəlayı və məşədi küçədə bir aşnasına rast gələndə çox vaxt ona diqqət tutur ki, “ay namərd, hələ indiyə kimi niyə adını dəyişmiyibsən?”.
Lağlağı
“Molla Nəsrəddin”, 15 sentyabr 1908, №37
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-muselman-adlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir.Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir.
Komitə işləri barəsindəİki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.
Əkinçilik aləmindənÜzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.
Heykəl açılışıBu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu.Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.
Başqa şairlərin şeirləri · Satira
O viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
RozəxanGet, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Şeyxə bir imdadƏfsus ki, yoxdur yetişən dadına şeyxin,Get məscidə, bax naləvü fəryadına şeyxin.
Sür ömrünü, çək ləzzətini can ələ düşməzSür ömrünü, çək ləzzətıni can ele düşməz,Heç bir belə gün, bir bele dovran ele düşmez.