Od və su
İngiltərə hökuməti ilə Şuralar ittifaqının pozuluşması təbiidir: necə ki, od ilə suyun yola getməməyi təbiidir.
İndi oxucularımız bunu bilmək istəyəcəklər ki, bu iki tərəfin hansını biz od adlandırırıq və hansını su?
Bu baxar odla suyu nə cür təfsir edərsən: belə edərsən – belə olar, elə edərsən – elə olar. Bunlar asılıdır İngiltərənin Şuralara və Şuraların İngiltərə hökumətinə nə nəzərlə baxmaqlarından.
O ki, Çemberlendir – o, Şuralara deyir ki, “sən odsan”, o səbəbə ki, qabağına hər bir imperialist ki, rast gəlir, onu yandırmaq istəyirsən.
Şuralar da İngiltərə hökumətinə deyirlər ki, sən də öz əmlakını və sərvətini artırmaq yolunda lazım gələn yerdə atəş istemal etməkdən geri durmursan.
İndi bu iki tərəfin hansı birisi haqdır, – onu tək bircə Allah bilir; necə ki, fikri tənbəl mömün bəndədən hər bir çətin məsələni soruşanda onun cavabını Allaha həvalə edib, öz yaxasını kənara çəkir, bir surətdə ki, Allah özü heç bir dəfə də olsun çətin məsələyə cavab verməyibdir (çünki özü də bilmir).
Bunlar hamısı öz qaydasınca və lakin oxucularımız bizdən ha soruşmaqdadırlar ki, bu İngiltərə və Şuralar ədavətinin axırı hara gedib çıxa bilər?
Biz də dünyada uzun-uzadı təcrübələri görüb qurtarandan sonra, bu barədə bu əqidəyə gəlirik ki, əvvəla, bu işlər hamısı Allah-taalanın məşiyyətindən asılıdır (əgər Allah-taala doğrudan da varsa).
Və saniyən, möhtərəm oxucularımıza (xah nəqd oxucularımıza, xah nisyə oxucularımıza) bunu ərz edə bilərik ki, bu Çemberlendir nədir, – onun bu axırkı atılıb-düşməyindən və Şuralara qarşı xəncər itilətməyindən heç gözüm su içmir və bu ərzimin də təsdiqi budur ki, bu “evi xarab” Şuralar İttifaqı elə bir qayaya dalını dayayıb ki, ağlım bavər eləmir o qayanı asanlıqla vurub yıxmaq ola: bu qayanın adı cahan zəhmətkeşləridir.
Və mən elə görürəm ki, Çemberlen rəfiqim, deyəsən, doğrudan da necə ki, deyərlər – odla oynayır; çünki əgər o, xəyalında qoysa da ki, Şuraları vurub yıxa bilər – bəs o necə bu həqiqəti unuda bilər ki, Şura İttifaqı tək deyil: bunun dalında cahan zəhmətkeşləri kimi bir yekə qaya var?
Hər halda, odla oynamaqda çox ehtiyat lazım gəlir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 2 iyun 1927, №23
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-od-ve-su
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağdam, 29 avqust (1910)*37-ci nömrə dedikcə yaxşıdır. Çox sağ ol.
Məmmədəli! (4 sentyabr 1910)Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz.Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq.
Əzizim Məmmədəli! (4 oktyabr 1910)Bu gün tel vurdum ki, Manya gəlməsin və kabinet boşalsın. Bu sözlərin mənası budur ki, Vera Akimovna evdən çıxsın.İki gün bundan qabaq Səmədovlara tel vurdum ki, sənə 50 manat versin. Al, lazım olan yerə xərclə.
Əzizim Məmmədəli! (25 oktyabr 1910)Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim.Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin.
Başqa şairlərin şeirləri · Satira
Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
İranlılarBarəkallah, çox nəcib insandılar iranlılar,Her kim eşşəksə ona palandılar iranlılar.
İnsan vəzifəni bəzəsin gərəkOturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.