Şütüri-zəman
Bu axır vaxtlarda mən bazardan keçəndə görürəm ki, tək-tük bazar əhli qəzet oxuyur, bir-birindən soruşur ki, bu Almaniyadakı “şütürizəman”ın mənası farsca zamanın dəvəsi deməkdir?
“Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi bazar əhlinə elan olunur ki, onlara hərdən bir ittifaq düşüb qəzet oxuyanda “Şütüri-zəman” Almaniya baş vəzirinin adıdır ki, onu rus əlifbası ilə “Ştrezeman” yazılır, yeni türk əlifbası ilə də “Ştrezeman” yazılır, amma ərəb hərfləri ilə yazanda doğrudan da “zəmanənin dəvəsi” çıxır.
Cırcırama
“Molla Nəsrəddin”, 17 noyabr 1923, №37
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-suturi-zeman
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi.Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir.
Haqq sözQəzetələr yazır ki, Şamxor müəllimləri acından dilənirlər. Əlbəttə, qəzetələrin sözü haqdır. Əgər maarif müdiri deyir ki, “Mən nə eləyim?”, “Artıq pulu haradan alım ki, müəllimlərə də artıq məvacib verim?”. Əlbəttə, bu da haqdır. Əgər bunun müqabilində Şamxor müəllimləri deyir ki;– Xob, bizə ki, artıq pul tapa bilmirsiniz verəsiz, eybi yoxdu, biz ötüşərik. Amma bu şərt ilə hamı qulluqçular bizim kimi ayda bir dəfə ət pişimişindən artıq bir şey yeməsin və gecə-gündüz yağ ilə bal içində üzməsin. Bu da haqdır.
Ticarət naloquQəzetələrdə gözümüzə bir belə yazı sataşdı:Bir nəfər yazıçı : “Bədbin” imzası ilə yazır ki, Bakı komunxozu alverçilərdən naloq almaqda o qədər tərəqqi edib ki, bir nəfər küçədə susatan uşağa ayda on manat naloq təyin eləyib. Məqalə sahibi komunxozların bu cür naloq almağını oxşadır keçən vaxtlarda İranda bir şəhərin komunxozunun əhalidən naloq istəməyinə. O vədə şəhərin hakimi hökm eyləmiş imiş ki, hər pinəçidən əlli tümən alınsın. Çünki pinəçilik böyük ticarətdi və hər bir çolağdan əlli tümən alınsın. O səbəbə ki, çolağın ikiayaqlılara nisbətən başmaq xərci yarıbayarı azdı. Keçəllərdən həmçinin əlli tümən alınsın. Çünki keçəllərin dəllək xərci yoxdu. Bundan da savay hər bir Məmmədəli adlı əhalidən yenə əlli tümən alınsın. Bu səbəbə ki, İranda Məmmədəli adında adam çoxdu.
Uşaq teatrıİstəyirdim bu gün uşaq teatrı barəsində bir neçə söz yazam. İstəyirdim yazam ki, aya, nə səbəbə böyükləri teatra cəlb eləmək yolunda bu qədər zəhmətlər sərf eləyənlər uşaqları bir dəfə də olsa, yada salmırlar? İstəyirdim yazam ki, bunun çavabında teatr “sahibləri” deyəcəklər ki, uşaqlar üçün pyeslərimiz yoxdur; onda mən yazacaq idim ki, az qala cürbəcür dillərdə pyeslərin tərcüməsinə bu qədər pullar ötürüldüyü yerdə nə olardı ki, uşaq pyesi yazmağa da bir neçə qəpik-quruş verilə idi ki, kasıb və bikar yazıçılarımız nə qədər kefləri istəyir uşaq aləminə dair teatr əsərləri yazıb tökə idilər meydana. Xülasə, bu barədə bu gün istəyirdim bir məqalə yazam; amma bir qədər fikirləşdim və gördüm ki, mənim bu yazmağım bir nəticə bağışlamayacaq. O səbəbə bağışlamayacaq ki, mən yazdığım töhmətin qabağında teatr sahibləri elə bir dəlilli və isbatlı cavab verəcəklər ki, hələ mən onların yanında borclu çıxacağım.Onlar mənə iki dəlilli və isbatlı cavab verəcəkdilər: biri budur ki, deyəcəkdilər ki, biz əgər uşaqları teatra cəm eləmək fikrinə düşmürük, bunun səbəbi budur ki, biz müsəlmanıq və uşaqlarımız da müsəlman balalarıdı. Və məlumdu ki, müsəlman içində uşaqları həmişə böyüklərdən uzaq saxlayıblar və böyüklərin məclisindən onları qoruyublar və yenə qoruyurlar və yenə uşaqları kişilərdən qorxulu saxlayıblar. Əlbəttə, Şərq aləmində bunun bir səbəbi və mənası var. Ancaq bunu hamı bilir ki, bir məclisə, ya bir evə kişi qonağı gələndə uşaqları da arvadları qovan kimi qovublar qaranlıq otağa.
Başqa şairlərin şeirləri · Satira
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Qəribə nitqGecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,
Misyonerlər çalışır cəbr ilə Abxaz qövmiMisyonerlər çalışır cebr ilə Abxaz qövmiEyləsinlər hamısı dini-məsihanİ qəbul.
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.