Təşəkkür
Məcmuəmiz bağlanan vaxt Nuxa, Bakı və Gəncə şəhərinin maarifpərvər cənabları Tiflis general-qubernatoruna teleqraf göndərib xahiş etmişdilər ki, məcmuənin açılmasına izn versin.
Dostlarımızın dualarının bərəkətindən məcmuəmiz açıldı. Və indi də məcmuəmizin açılmağı barəsində Nuxa, Gəncə, Bakı, İrəvan, Culfa, Şamaxı, Şuşa və hətta Şimali Qafqazdan təbrik teleqramları gəlməkdədir.
Təbrik göndərənlərə birbəbir xüsusi surətdə məktub və teleqram ilə rizaməndlik göndərmək bizə mümkün olmadı. O səbəbə ki, dostların çoxusu öz adreslərini müəyyən yazmayıblar ki, onlar ilə müxabirə etmək mümkün ola.
Belə olan surətdə bizim təklifimiz budur ki, “Molla Nəsrəddin”ə məhəbbət göstərənlərə məcmuəmizin vasitəsilə izhari-təşəkkür edək.
“Molla Nəsrəddin”, 1 iyul 1907, № 24
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-tesekkur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.
Məmmədəli! (23 ya 24 fevral 1917)Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu.“Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu.
Həmidə! (11 iyun 1917)Tiflis*Məktubunu aldım. Uşaqlar salamatdırlar, nigaran qalma. Ələkbərə yazmışam ki, arabanı sazlasın. Hazır olan kimi, dərhal Xankəndinə gedib, oradan da kəndə baş çəkəcəyəm. Jurnalımız çıxır. Sənə abunə kitabçaları göndərmədim. Axı, hələlik sənin abunə ilə məşğul olacaq halın yoxdur. Elə ki, lazım bildin, göndərərik. Buralar sərindir, yağış yağır. Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Tez-tez özün haqqında yaz. Mən hələlik Tiflisdəyəm. Jurnal 1500 nüsxə çıxır və hamısı satılır. Səhhətin və əlin necədir? Əziz Həmidəm, səni xəyalən bağrıma basıram. Hələlik, sağ ol.
Məmmədəli! (14 iyul 1917)Genə bir aydan artıqdır ki, səndən xəbər yoxdur. Nədir səbəbi?Cəlil
Başqa şairlərin şeirləri
Zalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
Bu zühre yinile sâz ider ohşarBu zühre yinile sâz ider ohşarMuhayyerlere şeh-nâz ider ohşar
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.