Əvvəla, Ağa seyid Məhəmməd vaizin mövizə malı xeyli qumaş və özü də solmayandır. Belə ki, ramazanın 8-də axund həmən “Yaşıl günbəz” məscidində minbərə süud edib, belə buyurubdur:

Hər kəs bu mübarək günlərdə orucunu yeyə və namazını qılmaya, onun arvadı ondan boşdur. Yəni dörd ay iddə saxlayandan sonra ərə gedə bilər.

Qeyri ticarətxanalarda satılan müqəddəs mallardan biri də axund Qulamrza tərəfindən “Yaşıl günbəz” məscidində fərmayiş olunan bir ibarədir ki, onu hərçənd axund cənabları məsciddə arvad-uşaq içində danışıblar. Ancaq həmən sözlər nalayiq və həyaya toxunan sözlər olduğundan biz burada yaza bilmədik.

Qaldı təzə bir nadidə və modni bir mal ki, deyəsən, Nəcəf ül-əşrəfdən onu axund, şeyx Qəni həzrətləri təzə gətirib. Belə ki, məscidicamedə və təbrizlilər məscidində ramazanın 9-cu gecəsi əsnayi-mövizədə şeyx cənabları belə buyurdular:

Həzərat! Elə bilməyin ki, dünyada Şümür bir imiş. Xeyr, bir deyilmiş, iki imiş. Biri həmən Şümürdür ki, imam Hüseynin qətlinə fərman verdi. Biri də həmin Şümürdür ki, bugünkü ruznamaləri yazıb, bizi biabır edir. Allah ikisini də cəhənnəmdə məzər eləsin!

(Mabədi olacaq)

Cırcırama

“Molla Nəsrəddin”, 11 aprel 1925, №15

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qənaət

Deyirlər ki, hökumət xəzinəsi kasıbdır. Lazımdır qənaət yolları axtarıb, tapmaq.Bakı şurası maliyyə müdiri Andreyev “Bakinski raboçi” qəzetində yaxşı qənaət yolu ortalığa qoyur:

1 dəq
Qatma-qarışıq

Yəni bu mətləbin o mətləbə heç dəxli yoxdur. O səbəbə ki, əgər sən deyirsən ki, müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədi ilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına girmək icazəsi istəyən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur.Bu mətləbin dəxi idarələri milliləşdirmək məsələsinə dəxli yoxdur. Çünki əgər sən istəyirsən deyəsən ki, maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsa idi, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilə idi. Amma çünki sən mətləblərin hamısını biri-birinə qarışdırıb, bulaşdırırsan, onun üçün sənin sözlərindən də bir mətləb hasil olmur ki, görək aya nə deyirsən? Məsləhət budur ki, sən artıq-əskik danışmayasan. Çünki bu danışıqdan heç bir fayda ələ gəlməyəcək. Bunlar hamısı qəza və qədərdir ki, Xudavəndi-zülcəlalın öz yanındadır.

1 dəq
Cümə

Cümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir.Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar.

1 dəq
Söz pəhləvanı

Çəyirtkə qırmaq aləmindənAtalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.

2 dəq

Başqa şairlərin şeirləri · Satira