“Tiryək”
Bu axır günlərdə qabaqca yəhudilərin və sonra xristianların pasxa bayramlarını saxlamaqmı və ya saxlamamaqmı mübahisəsi olunmaqda idi.
Bu barədə türk mədəniyyət sarayında bir neçə məclislər təşkil olundu; orada bir tərəfdən Allahsızlar cəmiyyəti mübəlliğləri, digər tərəfdən xristian məzhəbləri nümayəndə və vaizləri, keşişlər, xaxamlar və hazirun – başladılar hərə öz sözünü uzun nitqlərlə meydana qoymağa və dəlillər və sübutlarla təsdiq etməyə.
Allahsızlar bunu deyirdilər ki, pasxa bayramını və ümumən cəmi dini bayramları saxlamağın heç bir mənfəəti və mənası yoxdur; səbəb bu ki, dinlərin cümləsi əsassız bir qurğudur və avam camaatı iğfaldan başqa və onun cibinə hücumdan başqa burada qeyri bir mətləb yoxdur.
Din tərəfdarları da bu qism mürtədlərin qabağına çıxıb, İsa və Musanı şahid çəkib, dad-fəryad edirdilər ki, xudaya, belə də iş ola bilərmi ki, məsum dindarlar – yəhudi və xaçpərəst öz pasxa bayramından əl çəksin?!
Və əhyana, xudanəkərdə, əgər ondan bir belə məsiyət üz verərsə, daha İsa və Musa “əleyhüssəlamın” ruhuna nə cavab vermək olar?
Bu mübahisələrə mən də tamaşa edirdim, ancaq qarışmırdım. O səbəbə ki, – necə ki, ərz olundu, – burada cəmiyyət xristian və yəhudi bayramları barəsində idi və inşallah, baxıb görürdüm ki, burada nə o tərəf və nə bu tərəf cürət edib müsəlman bayramlarının adını çəkmirdi və çəkə də bilməzdi. Allah şahiddir ki, batil olan yəhudi və xristian dinlərinin müqabilində heç bir kəs bərhəqq olan dini – Məhəmmədini tənqid edə bilməzdi (yəni bir dəlil tapa bilməzdi).
Yenə sözüm burada deyil. Sözüm buradadır ki, o mübahisə məclislərinin birində məlun Allahsızlar cəmiyyətinin nümayəndəsi Dubinskidən mən bir “bicəngə” söz eşitdim: “tiryək”.
Həmin natiq sözünü o yerə gətirib çıxartdı ki, dünyada cəmi dinlər bir tiryəkə oxşayır: necə ki, insan tiryəki çəkəndə nəşələnir və dünya və aləmi yadından çıxardır, – habelə də Allaha sitayiş və dinlərə ibadət etmək; burada da ibadət və etiqadın duxaniyyatı insanı elə bir ucalara aparıb çıxardır ki, bir vaxt ayılıb görürsən ki, yenə haman durduğun yerdəsən, ancaq daha sənin əlində cəhalətdən və savadsızlıqdan savayı bir şey qalmayıbdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin” 19 aprel 1928, №16
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-tiryek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Möhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).
ŞorBir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür.Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub.
Müftilik məsələsiİndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir.On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir.
MübarəkbadlıqRusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.
Başqa şairlərin şeirləri · Satira
Zəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Ətəbata çağırıblar ki, Süpehdar gedibƏtəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.
Çox yaşa!Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Baş tutmadıBaş tutmadı hitlerçilərin hiyləsi, rəngi;Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.