Uşaq teatrı
Bu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır.
Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur.
Hələ məxsusi uşaq əsərləri öz qaydasınca, bizim böyük teatrlarımızda qoyulan əsərlərin içində elələri var ki, onları uşaqlara göstərməyin nəinki heç bir eybi yoxdu, hələ bəlkə xeyri ola bilər, halbuki biz bu barədə hələ heç bir fikirdə olmamışıq.
Hətta bu dairədə qabağa gəlmək əvəzinə biz bəlkə bir az geri də qayıtmışıq. Çünki otuz il bundan qabaq səhnəmizin atası Mirzə Fətəli Axundovun “Kimyagər” “Hekayəti-Molla İbrahimxəlil kimyagər”) pyesini cavan artistlər Naxçıvan kimi kiçik bir şəhərdə bir gün məxsusi məktəb uşaqları üçün tamaşaya qoydular. Haman bu gün elə yadımızdadır: iki yüzdən artıq məktəb şagirdlərinin bir böyük bayramı idi. Necə asan imiş iki-üç saatın içində bu qədər uşağı xoşbəxt eləmək!
Bəs, hanı indi o işlər! Biz yekələr başımızı salmışıq aşağı və özümüz bu gün bir teatra, sabah o biri teatra gedib deyirik ki vəzifəmiz bitdi.
Amma haman uşaq teatrında nə qədər böyük bir aləm var ki, biz ona əhəmiyyət vermirik. Bunun özgə bir tərəfləri hələ qalsın kənarda, bircə bu kifayətdir ki, bizim uşaqlar öz xüsusi teatrlarına getməyi adət etsələr, o vaxt biz böyüklərin lotuxanaya oxşar gecə teatrlarından yadırğıyıb xoşbəxt olarlar.
(Yenə danışarıq)
Köhnə müəllim
“Yeni yol”, 17 fevral 1923, №7
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-usaq-teatri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgər Bakıdakı müsəlman qardaşlarımız bir az ehtiyatlı dolanmasalar, hələ bundan da pis nəticə törəyə bilər. Vaqeən, axır hökumət lap aşkar görür ki, Bakıda müsəlmanlar birləşiblər və bu birləşmənin əsərləri çox işlərdə zahirə çıxır, xüsusən məktəb işlərində.Hələ buradan başlayaq ki, Bakıda şəhər məktəblərinin müsəlman müəllimlərinin arasında qəribə bir ittihadi-müslimin əmələ gəlib. Əvvələn, bunların bəzisinin libasları Bakı qoçularının paltarına oxşayır. İkinci əlamət budur ki, cəmi müəllim qardaşlar söz bir eləyiblər ki, heç bir iş görməsinlər; bu özü də elə əsl ittihadi-müslimindir; çünki əgər müəllimlərin biri, ya bir neçəsi iş görməsə, eybi yoxdur; amma əgər cəmisi iş görməsə, əlbəttə, bu olacaq “ittihadi-müslimin”.
BizBiz nəyik?Bəzi vaxt mən öz-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”. Amma qəribə burasındadır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır; bəlkə elə lazımdır ki, bizi bir şey hesab edib, bizdən ehtiyat eləsinlər?!
Altı milyonOsmanlı qəzetləri yazırlar ki: “İstambul şeyxülislamı fitva verib Kərbəla mövqufatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”.Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır:
TeatrTəəccüb etməli işdir ki, hələ indiyə kimi eləyə bilmirik teatr işində də özgə millətlərə möhtac olmayaq.Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın kənarda; müsəlman qızına nə biz, nə də “İşıq” izn verir ki, teatr oyunbazlarının içinə girib səhnədə oynasın. Biz hələ kişiləri deyirik: Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar və bizi o günə qoyurlar ki, gedirik ruslardan, ermənilərdən yalvarıb artist gətiririk ki, bizə müsəlman teatrı çıxartsınlar.
Başqa şairlərin şeirləri · Satira
Mənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,
Cəvankən fəqrdən etmə şikayətCəvankən fəqrdən etmə şikayət,Cəvanlıqdan böyük bir sərvət olmaz!
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
Maddeyi-tarixYatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.