Yad etməli
Qəzet sütunlarında dərc olunan məqalələrin çox hissəsi ondan ötrü yazılır ki, oxucular haman gün oxuyub qoysunlar kənara və sabahkı nömrəni gözləsinlər. Amma bu gündəlik məqalələrin içində elələri də var ki, oxucu haman məqaləni oxuyandan sonra qoltuq dəftərinin içinə qoyur, saxlayır ki, yaddan çıxmasın.
O məqalələrin biri “Kommunist” qəzetinin 234-cü nömrəsində “Əziz qonaqlara diqqət” sərlövhədə “R” imzası ilə birinci səhifədə dərc olunan məqalədir. Məqalə belə başlanır:
“Bu axır vaxt Bakıya bəzən ən uzaq qəzalardan bir çox kəndli gəlməkdədir. Bunlar hamısı hal-hazırda kənd təsərrüfatı vergisi cəm edilmək üzrə bir çox məsələləri və ixtilafları mərkəzdə həll etməkdən ötrü kəndlilər tərəfindən göndərilən nümayəndələrdir. Bunlardan çoxu heç bir vaxt gəlmədikləri böyük şəhərə varid olduqda öz işləri cəhətində haraya müraciət etməyi və hansı idarəyə gedəcəklərini bilmirlər. Xalq ərzaq komissarlığında aldıqları məlumat onları təmin etmir, ... Bir idarədən başqa bir idarəyə çapıb, cürbəcür komissarlıqlara müraciət edirlər. Nəhayət, lazımi müavinəti ala bilmirlər... ”.
Məqalənin bir yerində belə yazılıb:
“Biz böyük vəzifələr götürüb şəhərlə kənd arasında rabitə və münasibət vücuda gətirmək istəyirik; fəqət indi yəqindir kəndlilərə hüquqi müavinət göstərmək işini qaydaya salmağa çalışmırıq... ”.
Qoca Molla Nəsrəddin məqalə sahibinə salam söyləyir və öz tərəfindən deyir ki, axır vaxtlarda qoca Molla Nəsrəddin də görürdü ki, Bakının küçələrində hərdən bir cırıq-mırıq kəndli dəstələri divarlara baxa-baxa küçələri dolanırlar. Molla Nəsrəddin bunu bilirdi ki, bunlar kimdilər, nədən ötrü şəhərə qayıdırlar. Amma qoca Molla Nəsrəddin müntəzir idi ki, görək qələm sahiblərimiz nə deyəcəklər? Cavan yazıçılarımız nə yazacaqlar?
Molla Nəsrəddin köhnə dostları hesab olunan kəndlilər barəsində cavanlıq həvəsi və hövsələsi olan vaxt kifayət qədərində yazıbdır. İndi də növbə cavan yazıçılarımızındır.
Qoca Molla Nəsrəddin yenə naümid olmadı: cırıq-mırıq kənd nümayəndələrini Bakının küçələrində pozğun bir halda görəndə Molla əmi öz-özünə deyirdi: əcəba, bunları məndən savayı görən qələm sahiblərimiz yoxdurmu?
İndi Molla əmi şükür edir ki, yuxarıda söylədiyi məqaləyə rast gəldi; minlərcə şükr edir ki, “R” imzalı məqalə sahibi Molla əmini şəkdən çıxartdı.
Minlərcə yaşasın kəndlilərə nisyə yox, nəqd tərəfdar olmağı bacaran “R” imzalı məqalə sahibləri!..
Molla Nəsrəddin.
Və bir də:
Söhbətini saldığımız məqalənin anlayanlar üçün mənası çox dərin və əhəmiyyəti çox artıqdır.
Anlamayanlara dəxi mən nə eləyim...
M. n.
“Molla Nəsrəddin”, 24 oktyabr 1923, №36
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yad-etmeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dunyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəllərindən “Atalar sözü” namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəsturüləməl etsinlər.Atı atın yanında bağlasan – xan görüb deyər: Birini bağışla mənə. Ata malı olan yerdə özün qazandığın haramdır.
Molla Nəsrəddinin teleqramlarıDövlət dumasına baykot (kənar olmaq)Varşava – aprel 13. Polyaklar dövlət dumasını “baykot” edib intixaba qarışmırlar.
Tiflis xəbərləriAprel ayının onunda yaranal Sumbatov şəhərin duma idarəsinə bir belə ərizə verib: Sənə 1860 miladiyyədə Rusiya hökumətinin Tiflisdə əyləşən məmurları müsəlmanlara məhəbbət və iltifat nəzərilə baxıb qərar qoydular ki, Tiflisin cəmi fahişəxanaları müsəlman məhəlləsinə köçsünlər və bu qırx beş ilin müddətində nə qədər ki, Tiflis müsəlmanları elm, maarif, ticarət və mədəniyyət babından tərəqqi tapıblar – bunların hamısına səbəb əvvəl mənəm ki, evlərimi belə iş üçün icarəyə vermişəm və ikinci haman qızlardı ki, mənim evimdə mənim əziz qonaqlarım idilər.Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis müsəlmanları min doqquz yüz doxsan ərizə veriblər ki, hökumət bu qızları müsəlman məhəlləsindən köçürtsün, amma hökumət məhz müsəlmanları səmimi
Çerivanski ilə yoldaşının söhbəti– Yenə nə dərin fikrə gedibsiz? Görünür təzə və xeyirli bir zakon yolu daha tapmaq istəyirsiniz.Çerivanski – Bəli, müsəlmanların adam və abrozovannı olmaları üçün bir neçə yaxşı üsul tapmışam. Məsələn: biri budur ki, birdən ziyadə övrət alan müsəlmanın ixtiyarları əlindən alınsın.
Başqa şairlərin şeirləri · Satira
(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında
İnşaallahÖlkəmiz mərkəzi-ürfan olar, inşaallah,Oxuyub xalqımız insan olar, inşaallah!
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Arzu ("Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!")Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!