Belə eşidirik ki, türk teatrını bir neçə yad adamlar icarəyə götürmək istəyirlər.

Çox lağlağılıq da bir şeyə yaramaz: söz müxtəsər lazımdır.

Və bunu da deyirlər ki, bu yad adamların içində özümüzünkülərdən də birisi var.

Ağacı qurt içindən yeyər. Ağama ərz olsun ki, əgər bu söhbət doğru olsa, bunun bir yaxşı nəticəsi ola bilər: o da budur ki, teatrımızda müdirlik və rejissorluq üstə baş verən intriqlər dəxi öz-özünə yox olar.

Söz müxtəsər yaxşıdır, yoxsa lağlağılıqdan bir mətləb hasil olmaz.

Əgər teatrı yadlara icarəyə vermək ondan ötəridir ki, teatrın məxaricinə davam gətirə bilmirik-mümkün imiş xərcləri azaltmaq. Məsələn, məgər ağır xərc götürən balet dəstəsi ki, indi onun heç lüzumu yoxdur, teatrdan uzaqlaşsa zəlzələ olar?

Əgər bu yerə də qala ki, məsələn, hələlikdən – nümayişlərin lap şirin yerində çalmağı yarımçıq qoyub müdirin otağına məvacibdən ötəri doluşan muzikaçılar hələlikdən teatrdan uzaqlaşsa, yəqin ki, ”vəl-vəleyi-səqfü asiman” olmaz.

Doğrudur, bu qısaltmalar xudanəkərdə, baş tutsa, Quba meydançaları bizdən xeyli narazı olalar gərək.

Amma, əcəba, teatrımızın əlli illik yubileyi əsrində bizə məgər yenə gərək səhnəmizi küçə lotularının məzaqına uyuşduraq?

Söz müxtəsər lazımdır: əgər bir yavuq vaxtda teatrımız icarə ünvanı ilə yadların ixtiyarına keçsə, bunu da gərək teatrın yubileyi günü qeyd edək və o günü teatr dostlarına mücdə verək ki, teatrımızın ömrü əlli il imiş ki, birinci nümayişi başlanıb. Mirzə Fətəlinin ”Hacı Qara”sından və axırıncı nümayiş yenə haman əsər ilə imama yetişir.

Demək, dramamızın ömrü əlli il imiş.

Lağlağılıq bir şeyə yaramaz.

Lağlağı

“Yeni yol” 31 mart 1923, №11

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Lüğət

Axır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.

1 dəq
Təfavütü yoxdur

Deyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.

2 dəq
O elə – bu belə !

Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.

2 dəq
Çox nigaranam

Bir neçə şeydən yana çox nigaranam:Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.

2 dəq

Başqa şairlərin şeirləri · Satira