Budur isbati-seyri-sür’ətü me’raci cismani
Ey Xosrovi-kişvəri-səadət,Gəncuri-zəxireyi-şəfaət.Qət’ etdügünə sənin mənazil,Binayiyi-didə oldu racil.
Gözün dilədi görə liqasın,Ta göz aça gördü öz qəfasın.Ta kim baxa dideyi-zəmanə,Çıxdun o məkani-laməkanə.Ayininə düşdü pərtovi-həq,Kəşf oldu rümuzi-kari-mütləq.Əsrari-həqiqət oldu zahir,İqrari-məhəbbət oldu bahir.Əhkami-əvamirü nəvahi,Təlqin olunub sənə kəmahi.Həqdin sənə yetdi çox təhiyyət,Səndin həqə iltimasi-ümmət.Bəsdür bizə olmaduq fəramuş,Oldu sənə yadımız həmağuş.Nə qəm əgər ola yüz məasi,Ol yad verür bizə xilasi.Çıxdun orayə ki, çeşmi-idrak,İdrakidədür zəlilü qəmnak.Ey fərqinə taci-qürbi-əfsər,Çün oldun ol arzuyə həmsər,Bu hey’əti çərxü kuyi-aləm,Mənzurun olub çü nəqşi-xatəm.Gördün qəmu bir nəzərdə asan,Saldun hər firqiyə zilli-ehsan.Döndün gerü eyləyüb ticarət,Düzdün füqəra içün bəzaət.İnsaf degilmi zadeyi-gil,Qət’ eyləyə munceyi-mərahil.Axmaqda hənuz kuzədin ab,Cünbüşdə hənuz həlqeyi-bab.Əxyarə əruci-əmri-məzkur,Cism ilədür e’tiqad məşhur.Bə’zisi əruci-ruhə qail,Olmuşlar əslü fər’ə qafil.Yox reyb ki, çox güruhi-islam,Təhqiqlərindən olmuş ə’lam.Kim cismdurur qəmu məlayik,Hər birisidür bir əmrə salik.
Göy yumub açıncə mümkünati,Seyr eyləyələr o şeş cəhati.Ruhin yerədür nüzuli-vəhyi.Göstərmək özün misali-vəhyi.Əsraruni ol nikü xəsayil,Gördü qəmusini zişəmayil.Cinnilərin ol suluki-rahi,Sür’ətdə kəmali-dəstgahi.Bilqeys sərirdən hekayət,Nəss oldu o nəqlidin rəvayət.İsayi-Məsihə çün zəmanə,Yar olmadı çıxdı asimanə.Bunlər qəmudur səhihü caiz,Ol rəhrövi de ni qıldı aciz?!Bu zahir anın ki, cismidür can,Can qət’i-məsafət etmək asan.Dəxi nola düzsə xərqi-adət,Ol həzrətə rütbeyi-ziyadət.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-budur-isbati-seyri-sur-etu-me-raci-cismani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pərgari-zəmanə dutdu dövran,Saldı ələ möhrünü Süleyman.
Bu, şəbrov hiyləsi, Vərqa xilasi, qətli-ƏntərdürŞah ol gecə girmədi hisarə,Ordu ilə qondu bir kənarə.
Bu, düşmən basulub, Vərqa hicazə ovd qılmaqdürRəf eylədi ta ki, bürqeyin hur,Xəffaşlar oldu cümləsi kur.
Bu, Möhsün şahi-Şami varmaqü Gülşanı almaqdürSaqi, məni yıxdı ehtiyacım,Qəm eylədi münqəlib məzacım.