Saqi, məni yıxdı ehtiyacım,Qəm eylədi münqəlib məzacım.Yox səbr dəxi bu inqilabə,Möhtacəm əlindəki şərabə.Necə verə bu qübari-surət,Ayineyi-xatirə küdurət.Vergil mənə badeyi-zücaci,Oldur bu küdurətin əlaci.Vermə anı qeyrə, ey təbibim,Ol badə durur mənim nəsibim,Getdim əgər iki gün nəzərdən,Gizləndim o şahidi-bəsərdən.Açmə yüzə rahi-bivəfalıq,Səhl ola bir-iki gün cüdalıq.Ol rəncbəri-riyazi-əxbar,Bu növ’ ilə qıldı qürsi-əşcar.Kim var idi Şam ilində bir şah,Dad ona cəlisü ədl həmrah.Möhsün adı ol xücəstə namın,Sahib ehsani mülki-Şamın.

Anın kimi çəkməmiş miyanə,Bir nəqş müsəvviri-zəmanə.Kim ədlinə sürsə rəxşi-təmsil,Kəsri qala ünsdə dü səd mil.Gər cudi ələm açarsa pərçəm,Müdxil ola andə nami Hatəm.Aləm qəmu helminin rəhini,Adəm qəmu ədlinin əmini.İnsafi yetəndə ittisafə,Şəmşir bəyan girər qilafə.Zati qəmu nəqsdin müərra.Nət’i qəmu eybdin mübərra.Hər nə dilər arzu müyəssər,Liykən verməz şükufəsi bər.Sövdayi-məza vəcində hali,Ol suddən idi dəst xali.Əsdafə tökərdi qətrə neysanLö’lə verməzdi dişrə ol kan.Ol mə’nəvi mə’dəni-mürüvvət,Ol mümkünü məxzəni-fütüvvət,Olmuşdu o qüssə paybəndi,Olmazdı o şivə dilpəsəndi.Hər kanın eşitsə ismü rəsmin,Gəncin aluban pozar tilismin,Düşməz ələ liyknəqdi-xatir,Olmazdı güli-murad zahir.Bir gün durub ol şəhi-cəvanbəxt,Gülzari-nişatə göndərüb təxt.Açdurdu riyazi-eyş babın,Çağırdı o şəhr şeyxşabın.Hər qövmdən ol bülənd payə,Bir cəm’ə yetirdü zilli-vayə.Mənzil-mənzil gəzərdi ol mah,Hər qövm ilə söhbət eyləyüb şah,Ol dövrdə yetdi payi-pərgar,Bir mənzilə kanda idi tüccar.

Ol söhbətə şah qıldı rəğbət,Gərm eylədi anlar ilə söhbət.Əsnayi-mühavirətdə əshab,Bir tayifi açdı gəncdin bab.Qılduqda dua şəhi-cəhanə,Gülşa sözünü salub miyanə,Bir tərz ilə rəngi-ruyi-tə’rif,Verdi şəhə saydı nəqdi-tovsif.Düşdü şəhə şövqi-qayibanə,Yandurdu oda mətai-lanə.Şəh dedi ona ki, ey cəvanmərd,Mə’lum olunur ki, səndə var dərd.Durduqca sözün təmam əsərdür,Xurşidə bu nuri-rahbərdür.Döndü mənə hal bu xəbərdən,Düşdü dilə suz ol şərərdən.Ol kim qərəzin bəyandəndür,Söylə görəyim nə kandəndür?Gər layiq ola bü qədrü şanə,Tiri-tələbə qılam nişanə.Xacə dedi: olmasın məlalın,Düxti durur ol məlik hilalın.Qərdaşı yerinə imdi şəhdür,Ol qövmara sahibi-küləhdür.Əhyayi-hicaz rami anın,Bəllüdür o yerdə nami anın.Əmma ki, ol afəti-zəmanə,Qoyduqda əvəl qədəm cəhanə.Bazari-cəhan salub nəzadə,Bənd olmuş o qeydi-namzadə.Liykən arada oxunmamış əqd,İstər bular ol nigah içün nəqd.Damadə yetüb bəsi xəsarət,Əsbabilə mali oldu qarət.Vərqa adı ol məlik xisalın,Qərdaşunun oğludur Hilalın.Guya degil atə-anə razi,

Mənzur olara kəlami-mazi,Talib olu ki, bular dilər mal,Yoxdur ona malü eylər ehmal.Boş sağəri badeyi-əməldən,Avarə olubdur ol xələldən.Yox varü yoxundan ittilaim,Al, ya alma budur mətaim.Eşitdi qəmu şəhi-niku fal,Ol taciri-taifidən əhval.Meyl eylədi özü ol diyarə,Bildi ki, bitər onunla çarə.Ol mətləbi saxlayub nihani,Ta olmuya ona kəsri-şani.Yüz dutdu təriqeyi-güzafə,Der Kə’bəyə gedirəm təvafə.Bəs Məkkə saru yeritdi məhmil,Əsbab götürdü, kəsdi mənzil.Götürdü özilə ol qədər mal,Həsrində zəbani-əql olub lal.Olduqda müşərrəf ol təvafə,Pa qoydu təriqi-insirafə.Çün bərri-mə’yin oldu mə’bər,Oldu bələd ol təriqə rəhbər.Hər kimə ki, ol qılar güzari,Yetər ona ömrünün mədari.Hər qövmə ki, ol olurdu mehman,Verirdü o cəm’ə hasili-kan.Gördü hər mərz mərzibanın,Ehsanilə bağladı zəbanın.Çün duydu anı səvakini-bər,Oldu ona cümlə töhfə avər,Bilfərz ona kim gətürsə bir nan.Padaş görür cəhani-ehsan.Ehsani-şəhi-xücəstə ayin,Qoymadı o bərr içində miskin.Bir həmdəmi kim qılurdu məhrəm,Təqribilə ol şəhi-mükərrəm,

Əhvalını istəşüb Hilalın,Açar sözün ol pəri xisalın.Cümlə dedilər ona ki, ey şah.Yox bu arada ədili-ol mah.Həqqa ki, degil bəşər o huri.Qüdsi kimi yox anın qüsuri.Vəsfində zəbani-əql-ə’cəm,Bu şivə ona durur müsəlləm.Ol xosrovi-kişvəri-səxavətHər gün bir ağac kəsüb məsafətTa yetdi büneyni-Şeybə rahi,Qarşuladı pəs Hilal o mahi.Qılduqda əda rüsumi-təslim,Fe’lə yetişüb lüzumi-tə’zim.Dedi ona, ey bülənd sayə,Sal sayeyi-lütf bu hümayə.Təşrif ilə qıl bizi müşərrəf,Lütfin ilə olalum müləttəfBu şərt ilə eyləyüb iqamətBir neçə gün edəsən fərağət.Şükranəsinə ol iqtifatın,Padaşına eyləyən səbatın.Nə mal, durub nisar edəm can,Layiq o şəbaşədür bu mehman.Qılduqda Hilal lütfi-vafir,Dil açdı cəvabə ol müsafir.Pəs söylədi, ey güzini-əşraf,Bənd etdi məni bu dami-əltaf.Kəsdi yolu ləcceyi-məhəbbət,Yıxdı məni badeyi-məvəddət.Saldı bizə sayə çün hümayın.Fərman-fərmanü ray-rayın.Səd şükr xuda, bu biəzaət,Kəsb eylədi sə’yidən səadət.Yolçu vara gər təriqi-duri,Yol kəsmədədür anın hüzuri.Əglənməgə çünki var neylin,Yaxşı olmaz xilafi-meylin.

Həqqa mənə dəxi bu şərəfdür,Ömr olmasa yarsız tələfdür.Yüz şükr ki, hasil oldu fürsət,Yetişdi bizə bu feyzi-xidmət.Döndərdi o hillə irtihali,Bədr eylədi yenglədin hilali.Ol sərvərə saldı sayə Cəmşid.Çün təhti-şüai-mahü xurşid.Bir həftə o mərz mərzibani,Mehmaninə qıldı mizbani.Bin lütf ilə göstərür cahandar,Hər saəti şahə tazə rüxsar.Şəh Möhsün o neyyəri-cəhantab.Açdı duruban zəxirədin bab.İl adəmini yıqub sərasər,Bəxş eylədi zər, dağıtdı gövhərNikü bədə qoymayub təmizi,Xurşid tək etdi feyzi-biziEhsan anın ilə düzdü şanın,Adın eşidən verirdü canın.Firdovs misal olundu pünhan,Ol qövm arasında rəşki-hirman.Növbətzəni-Şam hər səhərgah,Bir töhfə qılardı xasseyi-şah.Durardı düzüb təbəq-təbəq zər,Mərcanü əqiqü lə’lü gövhər.Sandıq-sandıq mürəssə alat,Yük-yük belə məhmilü səqərlat.Baş-baş sayub ol niku şəmayil,Eylərdi cəm’i cinsə şamil.Üzr istəyü göndərir Hilalə,Heyran qalmış Hilal o halə.Ol sahibi-təxti-istitaət,Bu pürsişə qılmayub qənaət,Ol töhfələrə qoyanda bünyad,Banu Qəməri dəxi qılur yad.

Ta ram ola görsə bu xəraci,Əhli-hərəmin dəxi məzaci,Əzbəs ki, saçıldı danəvü dam,Səyyadə qılub vəhşi olub ram.Çün şahə bu şivə oldu zahir,Seyd etdi mücaviri müsafir.Filhal çağırdı bir ləbibi,Ta ol mərəzin ola təbibi.Bir söz bilici cəhan həkimi,Hər məşğələdə anın nədimi.Şər şüğlə o filsofi-kamil,Ta döndərə yüz olurdu hasil.Bir kargüzari bir füsunsaz,Bir raz ənbazü nüktə pərvaz,Göftarə gəlüb qılanda təqrir,Təqriri edərdi daşə tə’sir,Ən’am ilə eyləyüb bərümənd,Götürdü o gənci-xanədin bənd.Şərh eylədi ona cümlə halın,Başındakı arzu xəyalın.Dedi ona: durgil, ey süxənsənc,Bu babdə çək məşəqqüt rənc.Məndin getgil Hilal şahə,Ərz eylə dua o mehrü mahə.Söylə ona, ey şəhi-hicazi!Sən Kə’bəyə bağladım nəmazi.Ta ömr ola bu qəbilədin dil,Döndərmənəm, ey niku şəmayil.Gərm oldu aradə aşinalıq,Müşkül görünür dəxi cüdalıq.Ol xosrovdən budur ümidim,Qət etmiyə rişteyi-nəvidim.Çün ilkdə lütf qıldı ağaz,Axırda həm eyləyə sərəfraz.Qəvvaslıq eyləyüb bu mehman,Sən bəhrdən istər oldu mərcan.Üzmə gəl əlimni damənindən,Cövhər bizə ver o mə’dənindən.

Qıl nəxli-ümidimi bərumənd,Ol qönçəni bu nihalə peyvənd.Çün nəsli ümiddən təhi cam,Ola ki, verə bu arzu kam,Dola o sürahidin əyağım,Ol nuri görüb yana çirağım,Meylim bu, o şəbciraği-nami,Neylim bu, o gövhəri girami,Eyləyə şəbi-ümidimi ruz,Bilsübhi-ümidi ruzi-novruz.Zahir ola mahdən sitarə,Lö’lö düzə əqdi-ruyi-karə.Ey qibleyi-dideyi-iradət,Şahənşahi-məsnədi-səadət.Bu şivəni şanə ar bilmə,Mehmanını xarü zar bilmə.Bəllü bu xəlasədə əyarım,Bir-birinə yüz var e’tibarım.Hər nə’tdəyəm şəhiri-afaq,Həm bəzmə vəhidü rəzməyəm taq.Bu gəlməkü qılmağımda xidmət,Hər bisərü payə qılma nisbət.Sikkə zireh urdu nəqşi-namımŞahid muna xətti-nəqdi şamım.Əhbabi-mühibbətim füsuni.Ə’dayi-ədavətim cünuni.Vermiş ona qürrətü büləndi,Qılmış munu dərdə müstəməndi.Bu əmrə durur necə zəruri,Olmazsa biri bular qüsuri,Birisi igitligü biri mal,Birisi kəmaldur biri hal.Biri həmqədrü biridür din,Lazım ikiyə bir olmaq ayin.Yüz şükr bu cümlədin hüzurəm,Var-yox bu zərurdin qüsurəm.Ol yarə ki, çeşmi-intizarın,Var idi anın ilə qərarın.

Ol qılduğu və’də oldu axir,Nəbudü nə budu oldu zahir.Avarə olubdur ol təhi dəst,İdbari büləndü rütbəsi pəst.Ol kim ona idi ruyi-rahi,Anın də pozuldu dəstgahi.Əntər gəlüb etdi zurdəsti,Verdi Yəmən əhlinə şikəsti.Ol kişvəri qıldı qətlü qarət.Yetirdü o sərvərə xəsarət.Bazar yanub pozuldu ayin,Məhbus durur şəhü səlatin.Vərqa andasa oldu zaye,Gər bilməsə anda döndü tale,Dərdinə əgər buleydi çarə,On gəz gəlmişdi bu diyarə.Yoxdur ona gəlməgi xəyali,Gər gəlsə, de qani mülkü mali?!Ol sərvərdin var iltimasımBu şüğlidə yüzmiyə əsasım,Görsən məni ansan ol əzizin,Bu igidin eyləsən təmizin,Qansısına meyl edürsə peyda,Çəksin durub ol misalə tuğra.Dəxi de o banuyi-zəmanə,Bu xeyr işə qılmasın bəhanə.Vərqa hərçənd canə candur,Vacib sənə qədri-mihmandur.Vərqayə əgər yetər qərabət,Yox ona bu miknətü bu halət.Vərqanın əgərçi var nazi,Yoxdur ona xud bu şüğlü sazi.Gər yüz rəd eyləsən səvalım,Qayıtmağa yoxdur ehtimalım.Hərcayi degilmən, ey səmən buy,

Ta bitməyə kar döndərəm ruy,Eylər qəmu mülkü mali şabaş,Ömrüm olalı bu başü bu daş.Bu nəhcilə qıldı dürfəşani,Bəs saldı təriqə tərcümani.Düşdü yola mö’bədi-süxənsənc,Kan etmiş ani zəxireyi-gənc.Ərbabi-mətai-qilü qalə,Bir bari-cəvabəvü səvalə.Bal açdı fəzayi-pişgahə,Pərvanə yetişdi şəm’i cahə.Ol babdə sahiri-süxənsaz,Bir növ ilə oldu nüktəpərvaz.Xəm qıldı qədi-Hilali heyrətBulmaduğidin cəvabə fürsət,Durdu gedübən hərəmsərayə,Ta vaqiəni deyə ol ayə.Banuyi-hərəm çü oldu agah,Kim onlardin qız istər ol şah.Xəndan-xəndan dedi Hilalə,Bu fikrdə batma gəl xəyalə.Gör rəddü qəbul qansıdur sud,Dut ol ikidin təriqi-behbud.Dedi ona: ey mənim ənisim,Hər guşeyi-razdə cəlisim.Kim istəsə gəncü mali-aləm,Ol babdə bu durur müsəlləm.Növbətzənidür təmam Şamın.Sərxeyli durur o xasü amın.Var bizə qərabətində çox sud,Var feyzi-vücudi gənci-məqsud.Vermək ona qız degil ziyanım,Birinə – yüz arta qədrü şanım.Bu şüğlə əgərçi ramdur dil,Vərqa sözüdür aradə müşkil.Gər muna verəm ol aftabi,Vərqa gəlsə nədür cəvabi?!

Mundan əgər edə yüz kəranə,Qorxum bu ki, gərdişi-zəmanə,Vərqa xeyirinə olmuya yar,Avarə anı qılə o qəddar.Ol gündə bizə yetə qəramət,Nə sud qılur dəxi nədamət?!Əldən çıxacaq bu rəncsiz gənc,Bu dadə nədarəd ola şeşü pənc.Belə deyilür ki, Əntəri-gəbr,Ol şahi-Səlimə eyləmiş cəbr,Gər sihhəti olsa bu kəlamın,Qalmamış ola meyi – o camın?Vərqa nə yüz ilə bu diyarə,İstəyə gəlüb bu dərdə çarə?!Mundan bir növ o novcəvani,Saldun yola yandı cismü cani.İnsaf əgər olursa mənzur,Bizdən o figar olundu rəncur.Etdük anın ilə bivəfayi,Qılduq ona bu qəmu cəfayi.Əfsus ki, yar çıqdı əldən,Şərməndeəm imdi ol əməldən.Kədbanu çü gördü kədxudasın,Vərqa qəmidin olan cəfasın.Göz yaşını dağıdub o pürfən,Öz küştəsi içün etdi şivən.Bir rəng ilə qıldı muyə ağaz,Od saldı dili-hilalə ol saz.Pəs göz açuban dedi Hilalə,Qoyma şərəfin düşə vəbalə.Yox faidə çəkməgin nədamət,Vəpqa ölmüş, sən ol səlamət.Bir neçə zəmandur, ey vəfadar,Bu vaqiədin mənəm xəbərdar.Bu şivədə səbri-payi-mərdi,Səndin pünhan edüb bu dərdi,Yox faidə qılmağgumdan izhar,Düşmən sözünə ola xəbərdar.

Gər bu sözün olməsə vüqui,Vəqtində qılardı ol rücui.Bu gəlməməgi qılur dəlalət,Kim doğru durur ona bu halət.İmdi sənə həm budur səzavar,Pünhan edəsən bu rəmzi, ey yar.Döndərmə bu qüssədin məzaci,Yox oldu və nəng əlaci.Ölməkdə nə eylədün Hümamə?!Sən qıldun anı bu nik namə,Məşhur bu göftilə şünudə,Min yazidə olsa yeg bir evdə,Övrət ərə söz demək xətadur,Sən aqilə pənd narəvadur?Qəmdin özü bihüzur qılma,Bu surü süruru şur qılma.Ola ki, xilaf ola bu göftar,Qayıda əgər səlamət ol yar,Bu qüssədin olma gəl hərasan,Dilcuyliqi anındur asan.Çün və’dəsinə yetişdi qayət,Mə’qul degil qıla şikayət.Qıl dövlətini bu rahə rəhbər,Fövt olmuya ta güzari-əxtər.Gər zil ələ versə leylətül-qədr.Fövt etməgi ani əqlədür ğədr.Bir başə qona hümayi-dövlət,Uçurmağıdur nişani-nəkbət.Vəsvas o sədrə qıldı xənnas,Bir nəhc ilə düzdü söz o nəsnas.Döndərdi rəvan dili-Hilali,Ol nəqddin etdi dəsti-xali.İş püxtə olub o xam rayə,Döndərdi cəvab o canfədayə.Der söylə ona ki, ey yeganə,Rövşən oldu çiraği-xanə.

Lütfün durub oldu çün dəhənbənd,Aldı bizdən rizayi-peyvənd.Döndərdi müfərrəhin məzacım,Yox verməməgimdə həm əlacım.Əmma andan bu iltimasım,Var tə’neyi-xəlqdin hərasım.Ol dür çü bir özgə dürcədür bənd,Ömrü ilə bilgil, ey xirədmənd.Çıqduqda o dürcdin bu danə,Tə’nə oxuna olam nişanə.Gər zahir olursa bu əlamət,Nikü bəd edə məni məlamət.Gəl görmə rəva mənə zəbuni,Bir növ’ apar o mahruni,Ol şivədin olməsin xəbərdar,Bu dairə içrə hiç dəyyar.Çün qasidə oldu bu işarə,Açıldı ona dəri-bəşarə.Qayıtdı rəvan o müjdə avər,Dedi şahə qissəni sərasər.Tə’kidi-bəliği-həzrəti-şah,Az kimsəni andan etdi agah.Əsdi çü nəsimi-vəsli-dildar,Pəs durdu şəhi-xücəstə kirdar.Əsbabi-nikahə saldı sayə,Ol ilə qəmu yetürdü vayə.Göndərdi Hilalə mali-büsyar,Rəsm içün o şahi-nikkirdar.Ol ləcceyi-malə verdi çün dil,Kəşti qiyası itürdü sahil.Pünhan-pünhan o karsazi,Oldu düzülüb qəmu cəhazi.Əqd oldu yazıldı mehrnamə,Kabini kəsildi Mülki-Şamə.Əmma xəbəri yox ol nigarın,Bu əqddin ol dili-figarın.

Ata-ana çün o dilnəjəndi,Qılduqda nikahi-paybəndi,Həngameyi-və’də oldu axir,Vəqt oldu qıla səfər müsafir,Durmuşdu təriqi-intizarə,Ta bürcə gələ o mahparə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri