Ol şəms nəzirü mah mənzər,Yə’ni Gülşayi-nazpərvər.Bir vəz’ ilə oldu hüsnə gəncur,Kim buldu cəhan o gəncdin nur.Bir qan tökücü cəhan bəlasi,Üşşaqlərin günü qərasi,Bir naz itabü qəmzə dastan,Bərhəmzəni-kişi-bütpərəstan,Bir can alıcı, könül xərabi.Evlər yıxıcı, dil iztirabi.Dilbərligə şivəsi mükəmməl,Ünvani-girişməsi müsəccəl.Şirin sözü xəndəsi şəkərriz,Şəngül özü, işvəsi dilaviz.Aləm-aləm həyavü azərm,Dünya-dünya məlahətü şərm.Rə’navü lətifü şuxü tənnaz,Həmraz onadur təmam həm naz.Gər açsa yüz ol niku şəmail,Xurşid ola gördükində mail.Güm eyləyə ol aradə namın,Əldən buraxa öz intizamın.Hər yan dögülən o zülfi-mişkin,Dağılqan üzə o həlqeyi-çin.Qılmış gülü sünbüli-brumənd,Bəs can o kəməndədür glubənd.Pişanisi qürreyi-səbahət,Ol sübhə təlieyi-səadət.Göz mərdümi hinduyi-nigəhban,Əbrudur əlində tiği-bürran.Kim qılsa xəyal anın vüsalın,Qət’ eyləyə rişteyi-xəyalın.Yüz, pərçəmi-sübhədür müəvvəl,Bini ələmi-səbahi-əvvəl.

Zülfini cəmali-cimü lami,Mim ağzı, əlif burun bəyami.Ağzı ola əqlə gər müməyyəz,Dar daireyi-cəmalə mərkəz.Daim səmər ilə nəxli-tazə,Sibi-zənəxi dəlil o razə.Zülfü durub atalı kəməndi,Olmuş məhü mehr paybəndi.Bu babdə gərçi raz çoxdur,Söz qapusu xatirə açuqdur.Liykən qılalum muna qənaət,Ta rəf’ ola şiveyi-şəfaət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri