Çin qızı
İsti yay günlərindən birində, Yantseya dəmiryoluna tərəf enən çılpaq yamacdan ayaqyalın bir qız uşağı yeyinləyirdi. Onun saçları pərişan, yaxası açıq idi. Çiynindən məktəbli çantasına oxşayan boz bir həmayil aşırmışdı. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Vətən göylərinə yol tapan hava quldurları – amerikan təyyarəçiləri zenit topçularının qorxusundan şəhərə soxula bilməmiş, bu yerləri – kənd evlərini, yolları, tarlaları bombalamışdılar. Səkkiz yaşından anadan yetim qalmış olan Lan-ni atasını da burada itirmişdi.
O dəhşəti gözü ilə görəndən sonra Lan-ni evə-eşiyə, kəndə yovuşa bilmirdi. Bir az tərəddüddən sonra qız, atasının təzə qəbrini son dəfə qucaqlayıb birbaş şəhərə yola düşmüşdü.
O bilirdi ki, istidə, piyada bu uzun yolu getmək çətindir, lakin bu çətinlik onu fikrindən daşmdıra bilməmişdi.
O, vacib bir məsələ ardınca gedənlər kimi, gedirdi. Lan-ninin – on dörd yaşlı bir yetimin nə məqsədi ola bilərdi? O, şikayətəmi gedirdi? Ümid bağladığı qohumlarının dalınca, yaxud iş axtarmağamı gedirdi?
Qızın fikrində bunların heç biri yox idi, o tamam başqa məqsəd iiçün gedirdi.
– Gedəcəyəm!
Qəlbindən gələn bu qətiyyətli söz uşaqlara yox, böyüklərə məxsus bir iradə və əzmdən xəbər verirdi. Lan-niyə elə gəlirdi ki, onu heç bir qüvvə bu əzmindən döndərə bilməz, heç bir kəs onun yolunu kəsə bilməz, çünki, o, məhz bir məqsəd üçün, böyük bir məqsəd üçün yalnız Lan-niyə, yalnız uşaqlara yox, həm də böyüklərə, Çinin, Koreyanın bütün əhalisinə aydın və əziz olan bir məqsəd üçün gedirdi. O, intiqam almaq üçün gedirdi.
Lan-ni axşam qaranlığında böyük yola çatdı. Orada cəbhəyə yollanan könüllü dəstələri görəndə qız sevincindən addımlarım yeyinlətmək istədi. Ancaq ayaqları ona tabe olmadı. Keyimiş dizləri, sanki, hissini itirmişdi. Lan-ni silahlıların uzaqlaşdığını görüb, var gücü ilə qışqırdı:
– Yoldaşlar! Qardaşlar!
Dəstələrin axırında gedən əsgər, uşağın nə isə bir mətləbi olduğunu başa düşdü, arabasını saxladı. Lan-ni əlini qaldırdı, salam verib dedi:
– Məni də götürün!
– Hara gedirsən, qız?
– Sizinlə gedirəm.
– Biz düşmən qabağına, döyüşə gedirik! – deyə əsgər cavab verdi.
– Mənə də silah verin!
Əsgər qızın xahişində, onun sözlərində milyonlarla koreyalının, çinlinin düşmənə – imperializm təcavüzünə olan odlu nifrətini duydu.
– Qızım, – dedi, – sən məktəbə getməlisən! Vətənimizin gələcək ləvaqətli vətəndaşı olmaq üçün sən oxumalısan. Sənin silahın qələmdir.
– Əsgər cibindən çıxartdığı bəzəkli qələmi Lan-niyə bağışladı. – Sənin silahın bu olsun. Balaca vətənpərvər, müəllimin sözlərini bununla yazarsan!
Əsgər başı ilə "hələlik" işarəsi edib, arabanı sürdü. Lan-ni dərin bir həsrətlə volun kənarına çəkildi, sükutla gedənlərin dalınca baxa-baxa qaldı.
Qıza kənddə demişdilər ki, sənə heç kəs silah verməz, çünki, sən uşaqsan, belə işi bacarmazsan!
O, başa düşə bilmirdi ki, ona niyə etibar edib, silah vermirlər? Məgər o, buna layiq və qadir deyilmi? Məgər onun ürəyindəki intiqam alovunu gözlərində oxuya bilmirdilərmi?
"Nə üçün mənə, heç olmazsa, bir tüfəng vermirlər? Mən atəş xəttinə necə cumardım, atamın, həmvətənlərimin intiqamını necə alardım!
– Gecə-gündüz yuxu, rahatlıq bilmədən irəli gedərdim! Yaralarımı qəzəblə sağaldar, səsim həmişə qabaq cərgələrdən gələrdi, mən bunu bacarardım!"
Kənd qızının arzu və həsrətlərindən xəbər tutan qoca bir həkim onu hərbi xəstəxanaya xidmətə götürdü.
– Bu, – dedi, – vətən uğrunda, döyüş qədər müqəddəs bir işdir. Sən bizim yaralı döyüşçülərin müalicəsinə kömək et! Vətən səndən çox razı qalar.
Lan-ni xəstəxanada şəfqət bacısı vəzifəsində canla-başla işləsə də, qulağı səsdə, gözü yolda, ürəyi intizarda idi. Güman edirdi ki, nə qədər mehriban, xoşrəftar adamlar içində çalışsa, nə qədər müqəddəs iş görsə də, onun intiqam almaq arzuları bu otaqlara sığmayacaqdır. O tez-tez baş həkimdən xahiş edib deyirdi:
– Mən rahat ola bilmirəm! Mən oraya köməyə getmək istəyirəm.
Günün birində Lan-nini Sülh tərəfdarları Komitəsinə çağırdılar. Qız ancaq burada, özü kimi cavanlar yığıncağında bildi ki, onu Moskvaya, Ümumdünya sülh tərəfdarlarının konfransma göndərirlər. Bu xəbəri eşidəndə Lan-ni sevincindən bilmədi, nə desin. Yoldaşları da sevinirdilər. O birbaş idarəyə, baş həkimin yanma getdi.
Orada da qızı təbrik etdilər. Ona yol tədarükü gördülər. Səhiyyəçi cavanlar Moskvaya bir məktub yazdılar. O məktubda sovet adamlarının, onların böyük müəllimi, dünyada sülhün, səadətin bayraqdan olan böyük Kommunist Partiyasına məhəbbət və minnətdarlıqlarını bildirdilər. Amerikan imperialistlərinin Asiyada törətdikləri cinayətləri, Çin, Koreya xalqlarının müharibə qızışdıranlara olan qəzəb və nifrətini izah etdilər. Yoldaşları Lan-ninin əlini sıxıb yola salanda, hərə bir dillə ona tapşırırdı:
– Moskvaya salam deyərsən!
– Sən nə xoşbəxtsən!
– Moskvada eşitdiklərini yadında möhkəm saxla ha!.. Sən gərək hamısını bizə danışasan!
Qatar Moskvaya çatmazdan hələ bir gün qabaq Lan-ni pəncərə qabağından çəkilmirdi. O, əlindəki "Pravda" qəzetinin hər səhifəsinə baxdıqca, barmağını ayrı-ayrı kəlmələr üstünə qoyub mütərcimdən sözlərin tələffüzünü, mənasını soruşurdu.
Sovet adamları qardaş Çindən gələn cavan dostlarını hər yerdə doğma məhəbbət, hərarətli bir sevinc, səmimiyyətlə qarşılayırdılar. Lan-ni bu dostların dilindən düşməyən "sülh" sözünü, "SSR İ", "Ç in" sözlərini təkrar edirdi.
Moskvada, Çin qızının ilk ayaq basıb gəzdiyi yer onun çoxdan bəri kitablarda oxuduğu, radiolarda eşitdiyi, rəssam lövhələrində gördüyü əzəmətli yer – Qızıl meydan oldu. Lan-ni minlərlə sovet adamlarına qarışıb böyük Lenin məqbərəsini ziyarət etdi.
Lan-ni burada özünü doğma atasının qarşısında olan kimi sərbəst hiss etdi. Nədənsə onun qəlbi, buzu qırılmış bir ümman kimi tərpəndi. Qızın sinəsi coşqun və sakit bir hisslə doldu. Bu, illərdən bəri çəkdiyi həsrət, bəslədiyi arzu, aşıb-daşan bəxtiyarlıq sevinci idimi?.. Lan-ni ürəyini dolduran, illərdən bəri ifadə edilməyən qəhərli sözləri deməyə "sanki" dünyada ən münasib yeri, ən münasib adamı tapmışdı. Lan-ni hiss edirdi ki, çoxlarına müyəssər olmayan bir imkanı o ancaq indi tapmışdır. Bəlkə, buna görə, məhz buna görə odlu gənclik duyğularının köyrəldiyini, sanki, qəlbinin birdən-birə genişlənib açıldığını zənn etdi. 0, gözlərini əzəmətli, müqəddəs məqbərəyə dikərək pıçıldadı:
– Ata! Uzaq Çindən – azad Çindən bütün uşaqların, gənclərin məhəbbətini və salamını gətirmişəm.
Lan-nı bunu ata ağuşuna atılan bir bala kimi, həyəcanlı qəlbinin bütün hissiyyatı ilə dedi.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-cin-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ana, gündə neçə dəfə çay qoyursan?– Heç sayı-hesabı var ki, səhər durandan gecəyarısmacan. Maşallah, hey çayniklər dolur-boşalır.
Düşünmək istəyirəmBakının isti iyul günlərindən birində, uca, çoxmərtəbəli, daş binanın qabağında adam əlindən keçmək çətin idi.Güman etməyin ki, bir mərasim, ya yığıncaq var idi. Bu dəhşətli istidə nə mərasim? Göydən tökülən, daş-divardan, asfaltdan qalxan təndir havasına dözüb-dayanmaq mümkün deyildi. Ancaq buraya yığılanlar məcbur idilər. Cavanların aylardan bəri həsrətlə gözlədiyi gün gəlib çatmışdı. İçəri otaqlarda sənət institutuna qəbul imtahanı gedirdi. Yüzlərlə cavanlar gözləyirdilər.
Gör fələk nə sayırTalib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
Biri var idi, ikisi yoxYoldaş!Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.
Başqa şairlərin şeirləri
رسوا تو مرا کردی نزد همه مرد و زن
Yanar cismim bu gün atəşlərə canü cigərdən çoxYanar cismim bu gün atəşlərə canü cigərdən çox,Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox.
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.