Hər il Nadirin ad günü iki yerdə mütləq qeyd olunurdu: evdə, trestdə.

Evdə Məsmənin ailəsi, balaları, Nadirin dost, yoldaşları yığılır, qəhrəmanı xatırlayır, deyib-danışırdılar. Trestdə də Nadirin xatirəsini əziz tuturdular, onu inşaatçıların cavan, nakam müəllimi sayırdılar. Hər dəfə xatirə məclisi düzələndə hamıdan qabaq Məsməyə zəng olunur, məsləhətləşir, günü, saatı onunla razılaşırdılar.

Nadirin buradakı xidmətini hörmətini göstərmək üçün gərək əhvalatı başdan danışaq:

Nadir məktəbin yeddinci sinfini qurtaranda Təzəşəhərdə böyük bir inşaat tresti açıldı. Buraya savadlı fəhlə yığmağa başladılar. Nadir də həmin təzə tikintiyə gələn gənclərdən biri idi. Çox az bir zamanda Nadir tikintidə hörmət qazandı. Əvvəl onbaşı, sonra texnik oldu. Layihələrin, plan və təkliflərin müzakirəsində, istehsalat tədbirlərində Nadirin səsini çox eşidir, qiymətləndirirdilər. Xüsusilə, cavan fəhlələr Nadiri sevir, sözünə inanırdılar. Çox təəssüf ki, Nadirin mühəndislik işi uzun sürmədi.

1941-ci ildə Vətənin üstündə təhlükə görünəndə, faşist qoşunları hücuma keçəndə Nadir də bütün qeyrətli cavanlar kimi qələmini, xətkeşini silah ilə əvəz etdi.

Trestdəkilər elə güman edirdilər ki, Nadir orduya gedəndən, hərbi ixtisas alandan sonra daha trestə qayıtmaz, qayıtsa da böyük vəzifələrə qayıdar.

Nadir cənub cəbhəsində döyüş rəşadətinə görə təltif olunanda ailəsinə vurduğu gözaydınlıq teleqramını trestə də vurmuşdu və demişdi:

– Orada inşaatda məni əvəz edənlərə, yeni bina ucaldanlara xəbər verib deyin ki, mən də burada iş yoldaşlarımın dinc əməyini qoruyuram. Zenit toplarımla gündə neçə faşist təyyarəsini vurub salıram.

Nadirin bu məktubu axırıncı məktub oldu. Onun Kerç yarımadasında hücum döyüşlərində qəhrəman kimi həlak olduğunu biləndə trest fəhlələri qəhrəmanın əziz xatirəsinə and içdilər.

İndi il olmaz ki, Nadirin xatirəsi xüsusi bir hörmətlə yada salınmasın.

Bu xatirə məclisini qiymətli bir hədiyyə bəzədi: həvəskar rəssamlar Nadirin naxışlarla, tikinti materialları ilə çəkilmiş şəklini komsomol komitəsinin otağına vurmuşdular. Şüşə, dəmir, çınqıl, balıqqulağı bu şəkildə ayrı bir rəng, ayrı bir parıltı kəsb etmişdi. Sanki onlar bu dəfə xüsusi mərasimə, qəhrəman, gənc komandir topçunun xatirələrdə yaşayan simasını canlandırmağa gətirilmişdilər. Sanki bu müqəddəs məqsəd üçün yaranmışdılar. Komsomol katibi şəkli Məsməyə təqdim edib əlini sıxanda ana elə bildi ki, oğlu cəbhədən sağ-salamat qayıtmışdır. İyirmi illik ayrılıqdan sonra əsgər qüvvəti, qələbə günlərinin eşqi, hərarəti ilə anasını salamlayıb deyir:

– Anacan, uşaqları niyə gətirməmisən, onları mən burada görmək istəyirəm!

Trest cavanları yığıncaqdan sonra şəkli götürüb Məsmənin evinə gəldilər. Ananın qəhrəman oğlu üçün ayırdığı otağın lap baş divarına vurdular.

Evə daxil olan dostları hamıdan qabaq Nadiri salamlayırlar. Ev sahibi kimi, Vətənin şərəfli oğlu kimi salamlayıb "xoş gəldin" deyirlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ədəb söhbəti

Qonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...

19632 dəq
Xəzinədar

Bu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.

19634 dəq
Maşında

Maşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.

2 dəq
Məhəbbət, yaxud qəlp pul

Qəlp pul yayan kəs ölkədə cinayətkar hesab olunur və ən ağır cəza ilə cəzalanır. Çünki, bu peşənin sahibi dövlət və xalq təsərrüfatını pozub dağıdan, aralığa hərc-mərclik salan adamdır. Hansı yerdə qəlp pulun kökü kəsilməsə, oranın əhalisi rahat yaşaya bilməz. Bu azara təkcə təsərrüfatda yox, əxlaqda da təsadüf olunur.Xüsusən bəzi nadürüst cavanlar, üzdəniraq, nəcisi konfet kağızına bükən kimi ürəklərini məhəbbət yazılı bəzəkli-düzəkli ibarə ilə m əsum, sadəlövh qızların qarşısında beş günlüyə səxavətlə xərcə verirlər: "Həyatım qədər sevdiyim", "Qəlbimin sultanı, ömrümün baharı, filan xanıma!"

196313 dəq

Başqa şairlərin şeirləri