Qonaqlar gedəndən sonra atası Kamilə dedi :

Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...

– Mən eləmirəm, bəyəm? Qapını kim açdı, anamı çağırdım, nə lazım idi, elədim.

– Elədim, elədim... Nə eləmisən? Kişi əlində papiros çəkir, bir külqabı gətirmirsən. Telefon nömrəsi soruşur, deyirsən “bilmirəm", axı, bu cavabı çoban da verər. Sən savadlı adamsan, ziyalı hesab olunursan, filan yerin nömrəsini soruşan kimi keç o biri otaqda məlumat kitabçasına bax, öyrən, gətir. Qonaq da sənin mərifətinə afərin desin. Yoxsa mal kimi gözünü döymək nəyə lazımdır. Çox da bilmirəm dedin. Qonağa hörmət belə olmaz.

Kamil başını aşağı salıb getmək istəyəndə atası mane oldu:

– Dayan, getmə! Sənə min dəfə demişəm adam yanında əlini cibinə qoyma. Böyük bilmirsən, kiçik bilmirsən, əlini cibinə qoyub, söhbətə başlayırsan. Bunu tərgit, yaxşı deyil!

– Bəs bu ciblər nə üçündür?

– Ciblərin yeri var, məqsədi var, bir şey qoymaq, soyuqdan qorunmaq...

Kamil atasının sözündən tutuldu!

– Mən də soyuqdan əlimi cibimə qoyuram.

Atası divar tərəfə yeriyib termometrə baxdı:

– Evdə 24 dərəcə isti var. Belə yerdə əl cibə qoymazlar. Özü də yaxanı açmısan, soyuqdan şikayətin lap boş söhbətdir, sən adət eləmə, əlləri cibdə saxlamaq yaxşı adət deyil, bunu burax. Oğlum, istəmirəm ki, sənə el arasında ədəbsiz desinlər, bir düşün!

Kamil başını aşağı salıb evdən çıxdı. Öz aləmində güman elədi ki, atası onun hərəkətlərini addımbaşı izləyir, hər dəqiqədə ona bir irad tutmaq istəyir:

– Qocalıqdan, əsəbdəndir. Gərək bir söz desin axı!

Yenə evə kənar şəhərlərdən qonaqlar gəlmişdi. Atanın işləri, evi ilə tanış olurdular. Böyük oğlu Kamil ilə maraqlandılar. Atası Kamili çağırdı. Kamil yaxası açıq köynəkdə içəri girib dayandı. Qonaqlar onunla görüşdülər. Dərsindən söhbət saldılar.

Kamil hər iki əli cibində, bir az qabağa əyilmiş halda dayanıb qonaqların sualına məhkəmə qarşısındakı kimi cavab verirdi:

– Hansı fakültədə oxuyursunuz?

– Hüquqdayam.

– Neçənci kursunda?

– Bu il beşə keçirəm.

– İnşallah, sağlıq olsa!..

Atası oğlunun duruşundan, cavablarından xəcalət çəkir, əsəbiləşirdi.

Qonaqlar gedəndə Kamilin otağına gəlib ürəyini boşaltmaq istədi, nə fikirləşdisə, geri döndü. Kamil yatandan sonra onun kostyumunu götürdü, qara sapla yan ciblərinin ağzını tikdi, yerinə qoydu. Səhər Kamil şalvarını geyəndə əlini cibinə salmaq istədi, sala bilmədi. Bir xeyli axtarandan sonra gördü ki, cibi yoxdur. Diqqətlə baxanda atasının tapşırığını xatırladı və oturub ikiəlli başını tutdu, ağladı.

Anası gəlib təsəlli verməsə, kim bilir, Kamilin göz yaşı qurumayacaq idi. Anası Kamili götürüb atanın yanma iltimasa getdilər.

Ata ciblərin ağzını açmağa icazə vermək istəmirdi:

– Bir neçə gün belə gəzsin, sonra baxarıq.

Ana atanın zabitəsi, oğulun xahişi qarşısında mütərəddid qalmışdı.

Evdə mənalı bir sükut hakim idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İki ananın bir oğlu

O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən günlərin şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla taxta məhəccərə söykənib baxardım.Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, müəyyən cavab demədilər. Səslər gəlirdi:

194510 dəq
Badam ağacları

Ədalət! Yaşıdlarınla gəlin-gəlin oynamalı*vaxtında səni çöllərə salanları, vətənini,*

195318 dəq
Gərək olar

Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və mülayim sual-cavabdan ibarət olur:

195310 dəq
Özündən naxoş

Людей одиноких по натуре, которые как*рак-отщелник или улитка, стараются уйти*

19546 dəq

Başqa şairlərin şeirləri