Bu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!

Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.

Bizim görüşməyimizin qüssəli bir tarixçəsi var. Başağrısı olsa da, danışacağam.

Sədrin otağında oturub növbə çəkir, seçiciləri qəbul edirdim. Abı qədəkdən sırıqlı geymiş, addımlarını döşəməyə soldat kimi bərk vuran gödək kişi şəstlə qapını açıb içəri girdi.

Papağını çıxarıb dik-dik mənim üzümə baxdı:

– Gəlmək olar, yoldaş?

"Gələndən sonra daha niyə soruşursan?!"

Bu cavabı dilimin ucundan qaytardım.

– Nə buyurursunuz?

– Buyurmağım odur ki, yoldaş deputat, bir balaca ərizə gətirmişəm!

– Nə ərizədir?

– Sovet vətəndaşmın ərizəsi!

Gödək kişi mənim sualıma gülürdü. "Sovet vətəndaşının ərizəsi"

– deyəndə bir də göz qapaqlarım qaldırıb dik üzümə baxdı: "Necə yəni nə ərizə. Deputatın vəzifəsi ərizəyə baxmaq deyilmi?! Vətəndaşlarm ərizəsinə!"

Gödək kişi kimi düşünənlər var. Onların fikrincə, hansı rayonda ərizə çox olsa, iş də çoxdur. Oraya çox da deputat lazım olur ki, ərizələrə tez-tez qol qoysun.

Gödək kişinin qoltuğunda bir rayonun, ya sovxozun illik hesabat dəftəri kimi uzun və qalın ərizəni görəndə məni tər basdı:

– Nə barədədir?

Öz aləmimdə düşündüm ki, "yəqin müəyyən bir təsərrüfat idarəsində vəzifə sahibi imiş, işini yoxlayıb məhkəməyə veriblər. Əlinə gələn materialları toplayıb gəlib, deputatdan kömək istəyə."

– Yazı barədə, yaradıcılıq barəsində...

Yox, bu deyəsən ayrı şeydir.

Rayon sovetinə şikayətçilər gəlir, cürbəcür ərizələr də olur. Biri mənzilinin təmir olunmasmı xahiş edir, biri qoca nənəsinə pensiya kəsdirmək istəyir. Birini iş yerində incidirlər, bir başqasının irs iddiasına kağız lazım olur.

Rayon sovetində oturanlar da, necə deyərlər, bəqədri-qüvvə şikayətçilərin xahişini eşidir, kömək eləməyə çalışırlar.

Amma bu gödək kişinin xahişini heç mən yaxşı başa düşə bilmədim. "Yazı barəsində, yaradıcılıq barəsində", görəsən, bu nə istəyir, burada mənim vəzifəm nədir? Bəlkə bu, səhv salıb, məni yazanlara oxşadıb, yəqin ki? Mənim suallı baxışımı və susmağımı görüb kişi izah elədi:

– Mən necə ki, bir şair, düzdür, yeni başlayan gənc şair, sizdən, deputat yoldaşlardan kömək istəyirəm.

– Şair?

– Bəli, mən yazıram, budur bir qədər də prob gətirmişəm, istəsəniz, oxuya bilərəm!..

Şair mənim cavabımı gözləmədən qoltuğundan bir dəstə qatlanmış, əzilmiş dəftər-kağız çıxardı. Kirlənmiş, rəngi dəyişmiş dəftərlərdən məlum idi ki, bu yazılar çox səyahət eləyib.

Şairin rayon sovetinə az işi düşür. Onun işi çapxanalar, jurnallar, tənqidçilərlə olur. Soruşmaq da münasib olmazdı ki, sizin isminiz nədir, hansı imza ilə yazırsınız. Ola bilməz ki, şair ola, onu da oxucular tanımaya. Güman etdim ki, indi şairlər çoxalıb, hamısını da oxuyub tanımaq mümkün olmur. Bəlkə də adını eşitmiş olaram.

– Siz, bağışlayın, hansı imza ilə çap etdirirsiniz?

– İmza var, hasanddır. Ancaq dərd burasındadır ki, bəzi, haşa buradan, vicdansızlar çapa yaxın qoymurlar, mane olurlar! Elə ona görə də sizə, deputat yoldaşlara şikayətim var, ərizə gətirmişəm.

– Çoxdan yazırsınız?

– Xeyr, olar bir-iki il.

– Nə əcəb belə gecikmisiniz?

Mən demək istəyirdim ki, bu yaşda adlı-sanlı yazıçılar da qələmi yerə qoyur, pensiyaya gedir, dincəlirlər. Necə olub ki, siz indi başlayırsınız. Şair, görünür, başa düşməmişdi:

– Xeyr, gecikməmişəm, işdən çıxmışam, istəyirəm, sinəmi boşaldam. Heyifdir, əsərlərim xalqa məlum olsun, ancaq ki mane olurlar.

– Kim mane olur?

– Paxıllar, gözü götürməyənlər...

– Deputat yoldaşlar indi, o paxıllara neyləməlidir?

– Necə neyləməlidir? Deputat külli-ixtiyardır, nə istəsə eləyə bilər...

Gödək kişi qovluğundakı "əsərlərinin" üstünə tutarlı bir yumruq vurdu:

– Nə eləyirsiniz-eləyin, elə eləyin ki, bunlar mənim qoltuğumda qalmasın.

Mən işarə elədim ki, əsərlərinizi stolun üstünə qoyun:

– Danışın görək necə mane olurlar, nə barədə yazmısmız, nə de yirlər?

Kişi bunu gözləyirmiş kimi, yaxasının düymələrini açdı, kürsünü yaxma çəkdi, qrafindən bir stəkan su töküb qurthaqurtla içdi, dodaqlarını yumruğu ilə sildi. Dərdini danışmağa başladı:

– Əşi, lap vacib məsələdən yazmışam. Şoferlərdən. De gəl, yazıçıların hərəsinin bir maşmı, hərəsinin bir dilavər şoferi var, qoymur ki, qoymur. Əsərlərimi mənölümə satırlar, oxuculara çatdırmağa qoymurlar. Məsələn, mən yazıram ki, bu filan-filan uşağı yetmiş üçüncü millətdi. İçmək desən var, yalan desən var, arvad desən var. Bu da ki həriflərin xoşuna gəlmir, kefinə dəyir.

– Bəs bunlardan heç tribunada, məclislərdə oxuduğunuz varmı?

– Məclisdə oxunası deyil, yoldaş deputat, uzun əhvalatdır.

"Şair" əsərlərinin məzmununu danışmağa, başına gələnləri saymağa çalışdı. Elə ehtirasla, ürəkdən danışır, əl-qolunu ölçürdü ki, eşidənin ona yazığı gələrdi.

Doğrusu, bilmədim ona nə cavab verim, necə kömək eləyim:

– Yəni bunları, sənin əsərlərini oxuyub fikir-zad deyən olub, ya yox?

– Fikir yox, amma barmaq qoyan çox olub. Şofer görürəm ki, təkəri çıxarıb satır, motoru köhnəsinə dəyişir, fənəri, filanı... Bilmirsən, həmkar-həmkarı istəməz?

– indi vəzifəm nədir, sizə necə kömək eləyə bilərəm?

– Siz gərək mənim dediklərimə inanasınız, inanmasanız, buyurub, zəhmət çəkib bunları oxuyasınız. Sonra da yazıçıların böyüyünə tapşırıq verəsiniz.

– Mənim onlara tapşırıq verməyə səlahiyyətim çatmır axı. Yaradıcı təşkilatdır...

– Necə yəni, sovet vətəndaşıdır, ya yox?

– Sovet vətəndaşı olanda nə olar?!

– Sovet vətəndaşının hamısı deputata baxır. Birbaşa!

– Mən onlardan xahiş eləyə bilərəm.

– Xahiş, ya göstəriş. Sizin bir barmaq kağızınız bəsdir!

– Nə yazmalıyam bir barmaq kağızda?!

– Yazm ki, mənim seçicim filankəsi get-gələ salıb incitməyin!

– Onda sabah iş başlananda gəlin, onlar idarədə olanda...

– Sədrin telefonu məndə var, soruşmaq olar.

– Bu gün qısa gündür, indi orada olmaz.

– Ev nömrəsini də bilirəm.

– Tanımadığım bir yoldaşın evinə zəng vurmaq münasib olmaz.

– Yoldaş, sən deputatsan, hökumətsən, hər yerə zəng vurmağa, çağırmağa ixtiyarın var.

Mən gördüm ki, "gənc" şair əl çəkməyəcək. Adamlardan xahiş etmək üçün heç olmasa bilməliyəm ki, hərif nə yazıb.

– Sabah gələrsiniz danışarıq.

– Onda bunları verim sizə, gecə oxuyun, tanış olun.

– Özünüzdə qalsın, sabah tanış olarıq. Gecə Mərdəkana gedəcəyəm, ortalıqda itər-batar.

"Şair"in sözü kəsildi, əsərlərini könülsüz yığışdırdı.

– Nə deyirəm, sabah olsun.

Sabah idarəyə gələndə "gənc şair"i kabinetin qabağında oturan gördüm.

Yetirən kimi, əl verib əhvalımı, uşaqların əhvalını soruşdu. Mən də razılıq etdim.

– Aç, oxu görüm, nə yazmısan!

Mənim təklifim lap gözlənilməz oldu.

"Gənc şair" heç güman etməzdi ki, əsərini oxuyan olar, özü də özünə oxudub, qulaq asan olar... Stolun üstündə özünə dirsəklənməyə yer açdı. Əsərini vərəq-vərəq səpələdi, bir-bir götürüb qiraətlə oxumağa başladı. Hər cümləni oxuyanda diri və iri gözləri ilə mənim üzümə baxır, təsirini yoxlayırdı, hərçənd dörd-beş səhifə oxumuşdu, amma yazının nədən ibarət olduğu mənə məlum idi. Şairin nağılının şirin yerində dedim:

– Sən özün bu mexanika işini yaxşı bilirsən?

– Necə bilmirəm, yeddi il Azərittifaqm qaraj müdiri olmuşam.

– Elə isə gəl, bizim rayon sovetində işlə. Adam axtarırıq. İki yük maşınımız var, ikisi də böyrü üstdə yatır, bizə kömək elə!

"Şair" əyri-əyri mənə baxdı:

– Gəlim şofer olum?

– Şofer niyə, mexanik. Lap şöbə müdiri.

– Elə işlərə vaxt itirmişəm ki, yaradıcılığım tökülüb qalıb da. Siz də gör mənə nə təklif eləyirsiniz, yoldaş deputat.

Nə yaxşı ki, məni Ali Sovetə çağırdılar. Gödək kişidən üzr istəyib, sevincək çıxdım.

– İndi daha "gənc şair"in qorxusundan idarəyə ayaq basa bilmirəm. Səhər tezdən zəng vurub soruşuram:

– Klara, məni gözləyən varmı?!

Klara bilir ki, nə soruşuram. Adını çəkmədən hərif haqqında deyir:

– Səhərdən oturub gözləyir.

– Deynən naxoşdur.

– Evin adresini istəyir.

– Deynən xəstəxanada yatır.

Sonra uzaq bir yerə məzuniyyətə getdim. "Şair"in əsərlərini oxumaq, ya eşitmək feyzindən məhrum oldum. Məzuniyyətdən qayıdandan sonra da idarəyə ehtiyatla gəlirdim. Qorxurdum ki, gödək kişi qabağımı kəsib əsərlərini təqdim edəcək.

Xoşbəxtlikdən belə bir təsadüf olmadı. Sonralar yoldaşlardan eşitdim ki, şair mənim və rayon işçilərinin "süründürməçiliyi" barəsində köhnə əlifba ilə əsəri kimi uzun bir ərizə yazıb Ali Sovetə təqdim etmişdir. Ərizədə əsərlərindən bir şey danışılmırdı. Ancaq müqəssirlərin "tezliklə" cəzalandırılması tələb olunurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həkim Cinayətov

Gənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli".Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu.

19304 dəq
İstifadə

– Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək...İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım. Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı qaldım ona görə ki, yazın günündə, istirahətə çıxdığımız yerdə nə istifadə bazlıqdır.

193213 dəq
Təzə toyun nəzakət qaydaları

Qardaşlığım kooperativdə işləyirdi. Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi, görüşə bilmirdik. Bu axşam ona rast gəldim.– Soyuq! Etibarsız! - deyə məni çox danladı. Bərk tapşırdı ki, sabah Bəhlulun toyudur, gələrsən.

193412 dəq
Bostan oğrusu

1Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı.

193512 dəq

Başqa şairlərin şeirləri