Gözəl barəsində
Müasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...
Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:
– Yaradıcılarımız da ki, şükür, yetişib. Daha bu iyirminci illər deyil, altmışıncı illərdi, əsrin ortası. İndi xalqın bizdən tələb etməyə yüz faiz haqqı var. Hə? Necə bilirsiniz?
Əyləşənlərdən xoş bir razılıq eşitmək arzusu natiqin səsindəki qətiyyətə sual ahəngi verdi:
– Necə bilirsiniz? Bəlkə, mən səhv eləyirəm?
– Doğrudur, düz deyirsiniz.
– Yoldaş direktor haqlıdır!
– Tələb etməyə haqlıdır.
– İndi daha söz bizimdir!
– Tamaşaçı yeni əsər istəyir.
– Bəli! Bəli! Borcumuzdur!
Gənc rəssamlar bir-bir müdirin əlini sıxıb vidalaşanda direktor iclası istədiyi kimi, arzusunca başa vurduğu, sənətkarlara "ictimai sifariş" verməyi bacardığı üçün təkəbbürlə öskürdü. Sağ əlini bozarmış saçlarına çəkdi, sol əlini cibinə qoydu, gələcəkdə bəzəyəcəyi "Gözəl nümunələr" zalını gəzə-gəzə quşbaxışı nəzərdən keçirdi:
– Burada, baş divarda gərək elə parlaq bir tablo asıla ki, girənin ağzı açıla qala! "Maqdalina peşiman olub", "Madonna." Qədimlərdən də yaxşı yaratmaq niyə olmaz? Olar, lap yaxşı olar, məsələn, incə bir te-ma: gül gətirən gözəl, yaxud, ay işığında!.. Zövq lazımdır!
Direktor bu xəyallarla gəzinərək, zaldakı şəkillərə öz aləmində qiymət verir, bəzisini şəhadət barmağının işarəsi ilə sıradan çıxarırdı:
– Aparın! "Cavan aqronom!" Aqronomun peşəsi tarla becərməkdir, qoy becərsin. İncəsənət başqadır. Çoban, usta... Bunlar adi, həyati lövhələrdir. Bunlar həqiqət olsa da, sənət sayılmaz. Əsl sənət, gözəl sənət nümunələri lazımdır. Daha biz o dövrləri keçmişik, özü də çoxdan. Sənət sənətdir, şair demişkən, "Çoban-çoluq məclisi deyil..." Olar ha, çoban, məsələn, Qaraca çoban kimi öküzü sapanda qoyub atan, fövqəladə bir çoban ola, nə söz? Yoxsa filan çoban Laçında bir qoyundan üç bala tutur. Doğrusu, bizdə bəzi yoldaşlar sənəti zarafata qoyublar. Lap zarafata!
Direktorun özünə görə qətiyyəti də var idi.
Çoxdan həsrətini çəkdiyi bir vəzifəyə təyin olunmağı, kitablardan oxuduğu hökmləri hərfinəcən rəvan əzbərləməyi, bəzi stajlı sənətkarların iclasda "yoldaş direktor haqlıdır" deməyi onu tamam müştəbeh salmışdı.
Göy xalatlı, cəld, cavan qızlara əmr verir, bəyənmədiyi rəsmləri zaldan götürdür, "bayıra at" demək olan əl işarəsilə dərhal muzeydən kənara çıxarırdı.
– Da!.. İndi...
Öz-özünə mızıldandığı bu nidalarla direktor çox şey demək, daha doğrusu, çox əmrlər vermək əzmində idi. Gözünə sataşan işçilərin hərəsinə bir iş buyururdu. İşçilər də "gələn var" gümanı ilə baş üstə deyib, tələsik gedirdilər.
– Qız, burada niyə dayanmısan?
Təsərrüfat üzrə müavinin sualına utancaq qız nə cavab verəcəyini bilmədi:
– Direktor tapşırıb.
– Necə yəni? Tapşırıb ki, astanada dur? Yolu kəsmə, gəlib-gedən var. Çəkil bir kənara. Bəs bu şəkil nədi?
– Direktor çıxardıb.
– Hara çıxardıb?
– Bilmirəm hara. Dedi, götür bayıra.
Təsərrüfatçı şəkilin o yan-bu yanma keçdi, çiynində çomaq dayanan çobanın təhər-tövrünə baxdı. İllər uzunu tutya kimi əzizləyib saxladığı rəngli şəkil bir anda onun gözündən düşdü. İstədi, o da direktor kimi qıza əmr verib həyəti göstərsin. Xatirinə gəldi ki, iki il əvvəl bu şəkilə münsiflər iclasında ağızdolusu bəh-bəh deyilib, neçə min pul verilib. Sabah-birigün təftiş gələ bilər. Haqq-hesab soruşan olar.
Bir də diqqətlə aldığı mətaha baxdı və direktora şərik oldu:
– Apar, at anbara. Elə at, korlanmasın, bir küncə qoy dursun.
Direktorun müşavirəsi və məruzəsi, doğrudan da, bəhrəsini verdi. İlə çəkmədi ki, rəssamlar muzeyinə təzə şəkillər gəldi. Şəkil sahiblərinin çoxu öz əsərini səliqəli örtük, ramkada gətirir, "hər yetənə" göstərməyə ehtiyat edir, soruşurdu:
– Yoldaş direktor hardadır?
– Vağzala qonaqları qarşılamağa gedib.
– Bəs haçan gələr?
– İnanma ki qonaqları qoyub idarəyə gələ, gözləmə, yoldaş!
Səyyahlara bələdçilik eləmək, banketlərdə nitq demək direktoru çox məşğul etsə də, zirək adamlar kimi idarəsinə baş çəkməyə də vaxt tapırdı:
– Klara, burax gəlsinlər. Şəkil gətirən yoldaşların hamısını burax! Kabinetin baş divarına söykənmiş təzə şəkilləri yan-yana görəndə direktorun rəngi açıldı: "Bax, belə ha! Tapşırıqlarımız hədər olmadı. Öz bəhrəsini verib."
Əyləşənlər və əyləşməkdən yorulub ayaq üstə duranların diqqəti şəkillərə dikilib qalmışdı. Gələn şəkillər içərisindən üçünü seçib müza kirəyə qoymuşdular.
Biri çox səliqəli və müasir geyimli, bəzək-düzəyilə oynayan gözəl rəqqasənin gözəl çəkilmiş rəngli şəkli idi. İkincisi ay işığında meşədə yanaşı oturan aşiq-məşuq, üçüncüsü də inşaat kranında ağır yük qaldıran bir fəhlənin şəkli idi.
Birinci şəkil direktoru valeh eləmişdi. "Nəhayət, bizim muzeydə də bir gözəllik təcəssümü göründü. Meşə də babətdir, təbiəti bilmək, məhəbbətdən nəşələnmək biz sovet adamlarına lazımdır. Bəs bu kimindir, bənna-fəhlə əhvalatı?"
Direktorun hər şəkil barəsində fikri müəyyənləşmişdisə də, hələ dinmirdi. Çünki o, bir vəzifə sahibi kimi fikrini hamıdan axırda deməyə adət eləmişdi. Müzakirədən qabaq xəlvət bir otaqda oturub öz çıxışının tezisini hazırlayırdı. Rəqqasənin şəklini gözəllik nümunəsi kimi mükafata təqdim etməyi niyyətində tutduğu üçün əsərin mədhinə bir neçə şirin söz deməyi vacib bildi:
"Əsər yalnız müəllifin deyil, bütün sənətkarlarımızın müvəffəqiyyəti sayılmalıdır. Rəqqasə vücudunun yuxarısı ilə aşağı hissəsi tam vəhdətdə verilmişdir. Müəllif çox axtarışlardan sonra həyatm nəbzini tutub, nəfəsini duyub vermişdir. Rəqqasənin bədən üzvləri ahəngdar surətdə bir-birini tamamlamaqla qalmayıb, insan qəlbinin çırpınışlarmı əks etdirir..."
Direktor yazdıqlarını qatlayıb döş cibinə qoyandan sonra kabinetə keçdi, gələnləri müntəzir görüb müzakirəni başlamaq istədi.
Əvvəlcə əyləşənlərə müraciət edib soruşdu:
Müzakirəyə qoyulan əsərlər haqqında fikrinizi deməyi xahiş edirəm. Yəqin ki, hamının yadındadır. Neçə ay əvvəl gözəl sənət əsərləri barəsində, müasir tamaşaçının tələbi barəsində müşavirədə danışmışdıq. İndi daha nəzəri mülahizələrdən əməli işə keçirik. Rəssamlarımızın gətirdiyi məhsulu müzakirə edirik. Xahiş edirəm, fikrinizi deyəsiniz!
Direktor belə bir xahişdən sonra irəli yeriyib, inşaatçı şəklini bir qədər kənara itələdi. Güman elədi ki, belə bir şəkilin gözəllər sırasında dayanmağı muzeyə və onun rəhbərinə irad gətirə bilər. "Rəqqasə"yə və "Meşədə aşiq-məşuq görüşü"nə işarə ilə bir də məclisə üz tutdu:
– Xahiş edirəm!
Ucaboy, çeşməkli, yüngül gövdəli, ağır hərəkətli qoca rəssam irəliyə yeriyib yük qaldıran fəhlənin şəkilini bir az da yaxma çəkdi və dedi:
– Məncə, yoldaş direktor çox haqlı olaraq bu əsəri başqa şəkillərdən ayırdı. Bu ayrılmalı bir lövhədir. Bu, çox gözəl bir əsərdir!
İşarəsinin düz anlaşılmadığını duyan direktor təşvişlə qoca rəssamın sözünü kəsdi:
– Yoldaş filankəs, mən o məqsədlə ayırmadım. Demək istəyirdim...
Qoca rəssam macal vermədi:
– Bağışla, bağışla! Siz ayırsanız da, ayırmasamz da bu əsər öz müasirliyi, gözəlliyi, parlaq həqiqət təcəssümü ilə ayrılıb. Neman yoldaşın yaratdığı bu canlı mənzərəyə diqqət edin: tunc bədənli, aslan biləkli, qartal baxışlı müasir fəhlənin, texnikam yəhərləyən bu igidin əmək xa-rüqəsi necə parlaq çəkilmişdir. Kranın nəhəng xortumu enib-qalxdıqca, sıralanmış binalar yüksəlir, yeni mənzillər, sovet adamlarının yeni məişəti yüksəlir, yeni həyatı görünür. Mən şəxsən bu fəhləni, nə adım, nə ünvanım bildiyim bu fəhləni, demək olar ki, hər gün görürəm, görürəm və sevinirəm. Başqa şəkillər haqqında bir şey deyə bilməyəcəyəm, müəlliflər məni bağışlasınlar. Ancaq bu əsər rəssamın çox böyük nailiyyətidir.
Qoca rəssam qayıdıb öz yerində oturmamış, cavan rəssam qız sədrdən söz alıb irəli çıxdı:
– Mən rəssam yoldaşla tanış deyiləm, onun başqa əsərlərini də görməmişəm. Amma inşaat fəhləsinin surəti çox gözəl ifadə olunmuşdur. Məndən əvvəl danışan hörmətli xalq rəssamı deyən kimi, burada parlaq həyat həqiqəti, müasirlik, cəsarət, əmək xarüqəsi... daha bir çox xüsusiyyətlər var. Ancaq bunların hamısı adi texnika, məişət cizgiləri kimi yox, gözəllik şüaları, həyat, inkişaf hərəkəti kimi verilmişdir. Mən Neman yoldaşı və bütün rəssamlarımızı həmin əsər üçün təbrik edirəm.
Direktor özünü saxlaya bilmədi:
– Unutmayın ki, Nailə xanım, bu şəkilləri gözəl nümunələr sərgisi üçün almaq istəyirik.
– Çox yaxşı eləyirsiniz, almaq da vacibdir!
274 Nailə xammdan sonra incəsənət idarəsinin nümayəndəsi nazik və cəld bir oğlan direktora müraciət edərək sözə başladı:
– S iz ki gözəl sənət nümunələri deyirsiniz ha, mənim fikrimcə, gözəllik nümunəsi rəqqasə yox, fəaliyyətdə verilən həmin fəhlənin yaradıcı əməyidir. Çernışevskinin "Gözəl həyatdır!" deməyi də budur. Rəqqasə həm bəzək-düzəkdir, həm də məhdud bir aləmdir. Bu cəsur fəhləni, yoldaşlar deyən kimi, biz hər gün görür, alqışlayırıq. Məişətimizi dəyişən və yüksəldən sosialist əməyinin qüdrət təcəssümü burada çox gözəl və əyanidir.
Bir də xahiş edirəm, rəssam yoldaşlar cavanlarımızın estetik tərbiyəsinə xüsusi diqqət yetirsinlər. Ötən səfər burada maqdalinadan, madonnadan danışdılar. Rəqqasə də ki, görürsünüz, pis oynamır. Zənnimcə, müasir, əsl sənətin, sosialist sənətinin tam ifadəsini buralarda axtarmaq nahaqdır! Əmək və onunla yaranan xarüqələr! Müasirlik budur! Gözəllik də bundadır. Şair demişkən, kainatı söküb venidən quran qüdrətli əmək! Mən xahiş edirəm gözəl, gözəl devəndə bu cəhəti unutmayasınız! Zahir bizi aldatmasın. Həyatın həqiqi mahiwəti diqqət mərkəzində dursun!
Direktorun gah əsəbi, gah zarafatyana atmacaları danışanlardan kimsəni susdura bilmədi. Qalxan Nemanın əsərini təriflədi, gözəl sənət nümunəsi saydı və mükafat tələb elədi.
Direktor tək qaldı. Deyəsən, rəssamlar neçə ay əvvəl müşavirədə onun nitqinə sakitcə tərəfdar çıxan adamlar deyilmiş. Nə "Rəqqasə"və baxan, nə də "Meşədə aşiq-məşuq görüşü"nü saya salan oldu.
Üfüqdən-üfüqə sıralanan çoxqatlı binaların cərgəsində, nəhəng kranda çalışan polad pəncəli fəhlənin göylərə yönələn şahin baxışı, deyəsən, hamını ovsunlamışdı. Tamaşa eləyənlərin hər biri əsərin başqa-başqa məziyyətini görüb deyir, Nemanın əlini sıxırdı:
– Çox mübarəkdir!
Direktor bu mənzərəyə baxıb başını tovlavırdı:
– Bundan sonra daha nə eləyəsən? Bilmirsən nəvə gözəl devəsən, nəyə deməyəsən. Mən lap başımı itirmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-gozel-baresinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakıda yaylaq söhbətləri tez başlanır, martın narın, seyrək və səssiz yağışları kəsilən kimi, şimal küləyi dayandımı, istilər yada düşür. Apreldə, mayda Bakı evlərinin eyvamnda adamların ailəliklə əyləşib nahar elədiyini, çay içdiyini görərsən. Mühəndislər sağ olsunlar ki, indi eyvansız ev tikmirlər. Çünki doğrudan da belə milyonlu, izdihamlı, cənub, sənaye şəhərində açıq havada əyləşmək bir istirahətdir.May günlərindən birində Mirzə Qədirin dənizə baxan eyvanında nahardan sonra dostlar söhbətə əyləşmişdilər. Məsləhətləşirdilər ki, yayı harada keçirsinlər. Hər kəs öz arzusunu bildirir, tanışlarını öz yanma çağırırdı:
Müsəlmanlıq və texniki tərəqqiBəzi ağzıgöyçəklər orda-burda danışır ki, guya müsəlmanlar, yəni mömin bəndələr geri qalır, əsrin tərəqqisindən, texnikasından faydalanmır, faydalanmağı bacarmırlar, filan, behman!..Yalan sözdür! Bu lap ağ yalandır!
ƏmzikAğizlarda deyilənə görə "xırda məsələ" idi. Ancaq iclasın hazırlığı, gələn adamlar, sədrin təşvişi böyük məsələdən xəbər verirdi.Elə də oldu. Sədr sözə həmişəki kimi oturduğu yerdə başlamadı. Ayağa durdu, gələnləri bir-bir, diqqətlə süzdü, gəlməyənləri katibədən soruşdu, nömrə kitabını açıb telefonu olanlara zəng vurdurdu, axırda üzünü katibəyə tutdu, amma sözünü ucadan, ümumi iclasa dedi:
Yamanlığa yaxşılıqÖn cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.